Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-944/2025 29.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı numayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.900 (dörd min doqquz yüz) manat məbləğində maddi ziyanın, 69 (altmış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və vəkillə bağlanan müqaviləyə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində qonorarın alınıb ona ödənilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 14 yanvar 2025-ci il tarixdə saat təxminən 23:45 radələrində Suraxanı rayon Hövsan qəsəbəsi, H.Quliyev küçəsində idarə etdiyi ona məxsus «FORD FUSİON» markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə svetaforun yaşıl işığında sola dönmə əməliyyatı edərkən anidən onun yolunda olan əks istiqamətdən sürətlə gələn Cavabdeh qardaşı X1 məxsus olan idarə etdiyi «VAZ 2107» markalı ** LD *** dövlət qeydiyyat nişanlı avtomobili onun avtomobilinə çırparaq dayanmışdır. Nəticədə o, sol diz oynağından xəsarət almışdır. Ona məxsus avtomobil isə toqquşmanın nəticəsində tam yararsız vəziyyətə düşmüşdür.Hadisə ilə bağlı Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-də araşdırma aparılmış və araşdırma zamanı Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd olunması və onun Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün material Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. "xxxx" Kiçik Müəssisəsi avtoservisinin ekspertləri tərəfindən ona məxsus «FORD FUSİON» markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil texniki baxışdan keçirərkən avtomobilə 4.945 (dörd min doqquz yüz qırx beş) manat məbləğində maddi ziyan vurlduğu aşkar olunmuşdur. Cavabdeh araşdırma zamanı törətdiyi inzibati xətanı tam etiraf etmiş lakin bu günə qədər ona vurduğu maddi ziyanı aradan qaldırmamışdır. Hal hazırdada Cavabdeh vurulmuş ziyanı ödəməkdən imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı numayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, hadisəni törətməsini etiraf edir, mərhum qardaşına məxsus avtonəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törətmiş və inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Lakin hesab edir ki, iddia tələbi üzrə 5000 manat pul çoxdur, iddiaçının maşınına daha az ziyan vurmuşdur. Bundan başqa işləmir, ona görə də tələb olunan məbləği ödəmək iqtidarında deyil və iddianın rədd olunmasını istəyir. İşdə olan Bakı şəhər, Suraxanı RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Elvin Nurəliyevin xx.xx.2025-ci il tarixli «cinayət işi başlanmasının rədd olunması haqqında» qərarının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işi başlanmasının rədd edilməsi, qərarın surəti maraqlı tərəfə göndərilməklə, qərardan şikayət etmək qaydasının izah edilməsi, Cavabdeh barəsində AR İXM-nin 327.2, 332.1 və 332.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Suraxanı RPi-nin DYPŞ-nə verilməsi, qərarın surətinin məlumat üçün rayon prokurorluğuna göndərilmsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, İXP6911141 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 23:45 radərləində idarə etdiyi VAZ 21074 markalı nəqliyyat vasitəsilə inzibati xəta törətməklə Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ƏEM/A44-181/25 saylı rəyindən görünür ki, “Ford Fusion” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5040( beş min qırx) manat maddi ziyan vurulması müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 69 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, EO-612VK-5770/25 saylı Elektron Vəkil orderindən və mpay ödəniş sistemindən çıxarışdan (qəbzdən) görünür ki, iddiaçı tərəfindən vəkil xidmətinin göstərilməsi üçün 320 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh Məmmədağa oğlunun izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə inzibati xəta törətməklə İddiaçı sahibliyində olan “Ford Fusion” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomaşına 4900 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ekspert rəyi və inziabti xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin idarə etdiyi VAZ 21074 markalı nəqliyyat vasitəsi göstərilən yol-nəqliyyat hadisəsinin baş verməsinə və iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, inzibati xəta haqqında protokolla və ekspert rəyi ilə öz təsdiqini tapmaqdadır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi maddi zərər hissəsində təmin edilməli, Cavabdeh 4900 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Bundan əlavə, iddiaçı onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 69 manat dövlət rüsumunun, vəkil xidmətinin göstərilməsi üçün ödənilmiş 320 manat pulun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddə zərərin əvəzinin cavabdehdən tutulması hissəsində tam təmin edildiyi üçün iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin ekspertiza xərcinin tutulması ilə bağlı hissədə qeyd edir ki, "xxxx" MMC tərəfindən ekspert xidmətinin göstərilməsi ilə əlaqədar 300 (üç yüz) manat xidmət haqqı Cavabdeh alınıb "xxxx" MMC-nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN : **********, Müxbir hesab: AZ 03NABZ********************, KOD:805711; SWİFT İBAZAZ2X) hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4900 ( dörd min doqquz yüz ) manat məbləğində maddi zərərin əvəzi və 69 (altmış doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 320 (üç yüz iyirmi) manat vəkil xidmətinin gösərilməsi ilə əlaqədar ödənilmiş pul olmaqla, cəmi 5289 (beş min iki yüz səksən doqquz) manat məbəlğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh ekspertiza xərci olaraq 300 (üç yüz) manat pul vəsaiti alınaraq "xxxx" MMC-nin ( VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN : **********, Müxbir hesab: AZ 03NABZ********************, KOD:805711;SWİFT İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-944/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-944/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver