Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-982/2025 13.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər əlisahib oğlunun katibliyi ilə, LPO” DəmirBank” ASC -nin - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: LPO” DəmirBank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2944,84 (iki min doqquz yüz qırx dörd manat, 84 qəpik) manat əsas borcun və 49,45 manat dövlət rüsumunun alınaraq LPO” DəmirBank” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli **********54-USD nömrəli X4ndən görünür ki, xx.xx.2015-ci tarixdə İddiaçı ASC tərəfindən cacabdehə 2500 ( iki min beş yüz) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 2500 ABŞ dolları məbləğində pulu götürməsini təsdiq etmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaiti almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, Bank tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlrəin məhkəməyə təqdim edilməməsinin səbəbi "xxxx" ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət palatasının xx.xx.2017-ci il tarixli, 49 saylı qərarı ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması , həmçinin filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və korlanması olmuşdur. Bank tərəfindən müqavilənin təqdim edilə bilməməsinə baxmayaraq, X4nin olması, borc pulun bankdan alınmasını sübut edən sənəddir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi, cavabdehin qeyd edilən müqavilə üzrə, 2944,84 manat borcu vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi baradə dəfələrlə şifahi müraciətlər və bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. İddiaçı bütün buları əsas gətirərək iddianın təmin olunmasını xahiş edir. LPO” DəmirBank” ASC -nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, iddianı tam müdafiə etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. İşdə olan: xx.xx.2015-ci il tarixli **********54-USD nömrəli X4ndən görünür ki tərəflər arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh 2500 dollar məbləğdə pulu bankdan imza etməklə almışdır . LPO” DəmirBank” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 2944,84 manat əsas kredit borcu qalmışdır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 28.002.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, ərizəçi tərəfindən 49,45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, LPO” DəmirBank” ASC tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli **********54-USD saylı X4nə əsasən, Cavabdeh 2500 dollar məbləğində pulu şəxsən imza etməklə almış, lakin bu günə qədər borc öhdəliyini tam icra etməməməsi səbəbindən 2944,84 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında olan X4 ilə müəyyən olunur ki, bu da tərəflər arasında bağlanmış kredit müqaviləsinin tərkib hissəsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh LPO” DəmirBank” ASC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər öz arasında ayrı qayda müəyyən etməmişlər. Odur ki, cavabdeh bağladıqları müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idi. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 49,45 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda məhkəmə xərclərinə aid edilən ödənilmiş 49,45 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2944,84 manat əsas kredit borcu və ödənilmiş 49,45 manat dövlət rüsumunun əvəzi tutularaq LPO” DəmirBank” ASC -yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2944,84 ( iki min doqquz yüz qırx dörd manat, 84 qəpik) manat əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 49,45 manat pul vəsaiti tutulub (alınıb) LPO” DəmirBank” ASC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №e-2(056)-982/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-982/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver