Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1000/2025 16.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşiyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1390 manat məbləğində maddi ziyan, avto servisə ödədiyi 50 manat defektasiya rüsumu, Bakı şəhəri 34 saylı vəkil bürosu xidməti üçün ödənilən 20.40 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 fevral 2025-ci il tarixdə, səhər saat 11:40 radələrində Cavabdeh idarə etdiyi **-NM-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” markalı avtomobil, Bakı şəhər Nizami Rayon Dövlət Yol Polisi müfəttişi tərəfindən izlənmədən yayınmaqa çalışarkən Bakı şəhəri Nizami rayonu ərazisində Rüstəm Rüstəmov küçəsindən Mehdi Abbasov küçəsinə dönərək, yeni tikili binanın həyətində, yoldan kənarda parklanmış və ona məxsus, dövlət qeydiyyat nişanı **-HF-***, Mitsubish Pajero markalı avtomobilin arxa hissəsinə çırpılaraq qəza törətmişdir. Qəza baş verən andan bir neçə saniyyə sonra həmin həyətə DYP xidməti avtomobili də daxil olmuş və baş vermiş qəzanın şahidi olmuşdur. Bu məlumatın təfərrüatını sonradan hadisə yerində bina üzərindəki müşahidə kameralarının birindən çəkilmiş video görüntü vasitəsi ilə aşkar etmişdir. Hadisə törədilən zaman, həyat yoldaşı X3 baş vermiş qəzanın səsinə orada yerləşən gözəllik salonundan həyətə çıxaraq hadisənin şahidi olmuş və dərhal ona saat 11:48 də zəng etmişdir. Eyni zamanda DYP xidməti müfəttişi hadisə yerinə Nizami Rayon DYPŞ Polis Baş X1 dəvət etmiş və o, öz növbəsində hadisəni qeydə alaraq saat 12:30 radələrində İXP6871892 №-li protokolu və inzibati tənbeh vermə haqqında TP ******* №-li qərarı tərtib etmişdir. Həyat yoldaşından xahiş etmiş ki, qəzanın baş verdiyi yeri, qəzanı törədən sürücünün avtomobilini və özünün avtomobilinə dəyən ziyanı mobil telefonunun kamerası vasitəsi ilə qeydiyyata alsın. Sonra, həyat yoldaşı dərhal avtomobilini sığortaladığı İcbari Sığorta agentliyi ilə (Paşa Sığorta) zəng edərək əlaqə saxlasın və sığorta işçilərini hadisə yerinə çağırsın. Sığorta agentliyinin əməkdaşları telefon danışığı zamanı yoldaşından qəzanı törədən şəxsin avtomobilinin markasını və dövlət qeydiyyat nişanı barədə məlumatları səsləndirməyi xahiş etmişlər. Məlum olmuş ki, “Khazar LX” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsündə idarə etdiyi avtomobil üçün icbari sığorta (bu hal, DYP protokolunda da geydə alınıb) mövcud deyil və bu səbəbdən “Paşa Sığorta”-nın əməkdaşları hadisə yerinə gəlməkdən imtina ediblər. Nizami Rayon DYPŞ Polis Baş X2 yoldaşının telefonu vasitəsi ilə onunla əlaqə saxlayaraq hadisə ilə əlaqədar izahat almaq üçün Nizami Rayon DYP şöbəsinə dəvət etmişdir. xx.xx.2025 tarixində işdə olduğuna görə idarəyə yalnız xx.xx.2025 tarixində gedə bilmiş və orada tərtib edilmiş protokolla tanış olaraq öz izahatını yazmışdır. Bundan sonra hadisəni törədən şəxs, X4 mobil nömrəsini əldə edərək onunla əlaqə saxlamış və avtomobilinə dəyən ziyanı öz öhdəliyinə götürərək təmir etməsi üçün müraciyyət etmişdir. Lakin o, təmir üçün təklif olunan hər bir variantdan boyun qaçırır və onunla görüşməkdən imtina edir. İcbari sığorta hadisəsi qeydə alınmadığına görə avtomobilini "xxxx" MMC avtoservisinə apararaq orada avtomobilə dəyən zərəri müəyyən etdirmək üçün və rəsmi qüsur aktı almaq üçün müraciyyət etmişdir. Avtomobilə dəyən ziyan servis əməkdaşları tərəfindən muayinə edildikdən və muayinə rüsumu ödənildikdən sonra aktlaşdırılmış və qüsur aktı təqdim edilmişdir. Hal-hazırda Cavabdeh onun əmlakıma dəyən ziyanı ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında iştirak edən Cavabdeh iddianı qəbul etdiyini, təmin olunmasına etiraz etmədiyini bildirimişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsi DYPŞ-də vermiş olduğu izahatından görünür ki, “Khazar LX” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Rüstəmov küçəsindən Mehdi Abbasov dönüb qırağ məhlədə sola dönmə əməliyyatı edərək, tormozlanma etsədə ara məsafə az olduğu üçün dayanmış Mitsubish Pajero markalı avtomobilin arxa sol künc hissəsinə öz avtomobilinin ön hissəsi ilə dəyərək, maddi zərər yetirmişdir. Avtomobilin sahibinin yaxınlıqda olan gözəllik salonunda olduğu üçün dərhal hadisə yerinə yaxınlaşmış və hadisə zamanı xəsarət alan olmamışdır. Etibarnamədən görünür ki, X8 ona məxsus “Khazar LX” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2025-ci il tarixədək qüvvədə olan etibarnamə vermişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 08 fevral 2025-ci il tarixli qüsur aktıdan görünür ki, avtomobilə dəyən ziyan servis əməkdaşları tərəfindən müayinə edilmiş və Mitsubish Pajero markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1390 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Mitsubish Pajero markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə göstərilən xidmətlərin ümumi dəyəri 50 manat təşkil etmişdir. Nizami Rayon DYPŞ-nin Polis Baş X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh idarə etdiyi “Khazar LX” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və İddiaçı maddi zərər yetirmişdir. xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh tərəfindən 18 mart 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, iddianı qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhər 34 saylı vəkil bürosunun hesabına 20.40 manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 03 fevral 2025-ci il tarixdə, səhər saat 11:40 radələrində Cavabdeh idarə etdiyi **-NM-*** dövlət qeydiyyat nişanlı, “Khazar LX” markalı avtomobil, Bakı şəhər Nizami Rayon Dövlət Yol Polisi müfəttişi tərəfindən izlənmədən yayınmağa çalışarkən Bakı şəhəri Nizami rayonu ərazisində Rüstəm Rüstəmov küçəsindən Mehdi Abbasov küçəsinə dönərək, yeni tikili binanın həyətində, yoldan kənarda parklanmış və ona məxsus, dövlət qeydiyyat nişanı **-HF-***, “Mitsubish Pajero” markalı avtomobilin arxa hissəsinə çırpılaraq qəza törətmişdir. Qəza nəticəsində “Mitsubish Pajero” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1390 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1390 manat məbləğində maddi ziyan, avto servisə ödədiyi 50 manat rüsum, Bakı şəhəri 34 saylı vəkil bürosu xidməti üçün ödənilən 20.40 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1390 manat məbləğində maddi ziyan, avto servisə ödənilmi 50 manat rüsum, Bakı şəhəri 34 saylı vəkil bürosu xidməti üçün ödənilən 20.40 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1000/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1000/2025
16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver