Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1025/2024 07.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1028 manat əsas borc, 164,48 manat faiz borcu, 64,07 manat cərimə, cəmi 1256,55 manat borcun və dövlət rüsumu olaraq şdənilmiş 32,57 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC nümayəndəsi Nümayəndə məhkəmənin “Elektron Məhkəmə Sistemi”nə ərizə ünvanlayaraq, tərəflər arasında mübahisənin məhkəmə qaydasında həllinə zərurətin hələlik aradan qalxdığını nəzərə alaraq, həmin iş üzrə iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Kommersiya Bankı ASC nümayəndəsi Nümayəndə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılması ilə bağlı ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4.-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizəsi və ona əlavə olunmalı sənədlərin qaytarılmaqla baxılmamış saxlanılmasını nəzərdə tutan hüquqi norması olmadığından, analoji münasibətləri tənzimləyən MPM-nin 259.0.11-ci maddəsinə müraciət edilməlidir. Belə ki, MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 13.4, 259-260, 263- 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən ödənilmiş 32,57 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1025/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1025/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver