Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1036/2024 28.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC) Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 621.61 manat, faiz borcuna görə 54.32 manat, cərimə borcuna görə 202.86 manat, cəmi 878.79 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd, çəkisi 3.2 qram olan 750 əyarlı üzük, 3 ədəd çəkisi 8.2 qram olan 583 əyarlı üzük, 1 ədəd çəkisi 3 qram olan 585 əyarlı sırğa, 1 ədəd çəkisi 4.4 qram olan 585 əyarlı qırıq klon, 1 ədəd çəkisi 1 qram olan 585 əyarlı qırıq qolbaq olmaqla, cəmi 19.8 qram qızıl-zinət əşyalarına yönəldilməsi, bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə cəmi 878.79 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2023cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsinə əsasən illik 27 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1205 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 621.61 manat, faiz borcuna görə 54.32 manat, cərimə borcuna görə 202.86 manat, cəmi 878.79 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən "Rabitəbank” ASC-nin “Səbail” filialına saxlanca verilmiş və həmin əşyalar: 1 ədəd, çəkisi 3.2 qram olan 750 əyarlı üzük, 3 ədəd çəkisi 8.2 qram olan 583 əyarlı üzük, 1 ədəd çəkisi 3 qram olan 585 əyarlı sırğa, 1 ədəd çəkisi 4.4 qram olan 585 əyarlı qırıq klon, 1 ədəd çəkisi 1 qram olan 585 əyarlı qırıq qolbaq olmaqla, cəmi 19.8 qram ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 621.61 manat, faiz borcuna görə görə 54.32 manat, cərimə borcuna görə 202.86 manat, cəmi 878.79 manat pul tutulmalıdır, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, bank tərəfindən ona borcunun ödənilməsi barədə heç bir xəbərdarlıq edilməmişdir. İddia ərizəsindən xəbərdar olmasa da borcundan 50 (əlli) manat ödədiyini, qalıq qalan borcunu ödəməyə razı olduğunu, lakin cərimənin silinməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, iddia tələbinin borc hissəsini qəbul edir və ödəməyə razıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən illik 27 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1205 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 621.61 manat məbləğində əsas borc, 54.32 manat məbləğində faiz borcu, 202.86 manat cərimə borcu olmaqla, cəmi 878.79 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi əsasında illik 27 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1205 manat məbləğində lombard kreditinin təminatı olaraq girov qoyduğu 19,8 qram qızıl-zinət əşyaları kredit mütəxəssisin iştirakı ilə kassaya təhvil-təslim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, Cavabdeh tərəfindən ona məxsus olan qızıl-zinət əşyalarını banka girov qoyulmuşdur. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus plastik kart borc qalığı barədə çıxarışdan görünür ki, cavabdehin kart üzrə borcu 571.61 manat məbləğində borcu vardır. MPM-in 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739.1ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci və 297-ci maddələrinə uyğun olaraq, girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən 202.86 manat cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 571.61 manata mütənasib olmadığından 202.61 manat məbləğində cərimə pulunun 10 manat məbləğinə azaldılması məqsədə uyğundur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 27 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1205 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh özünə məxsus olan qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli Girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilsə də, bu günə qədər borcundan cəmi 50 manat ödəniş etmişdir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddianı qismən qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb qismən təmin olunmalı iş üzrə cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən cavabdehdən xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə 571.61 manat əsas borc, 54.32 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 635.93 manat iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə əsas borca görə 571.61 manat, 54.32 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 635.93 manat məbləğində borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməli, tələb Cavabdeh məxsus olan 1 ədəd, çəkisi 3.2 qram olan 750 əyarlı üzük, 3 ədəd çəkisi 8.2 qram olan 583 əyarlı üzük, 1 ədəd çəkisi 3 qram olan 585 əyarlı sırğa, 1 ədəd çəkisi 4.4 qram olan 585 əyarlı qırıq klon, 1 ədəd çəkisi 1 qram olan 585 əyarlı qırıq qolbaq olmaqla, cəmi 19.8 qram girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməli, qızıl-zinət əşyaları açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-nə ödənilməlidir. İddia tələbinin girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehdən tələb olunması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, hərracın nəticələri bəlli olmadığından və digər əmlaklar barədə sübut təqdim olunmadığından həmin hissədə iddia tələbi təmin oluna bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, SBLMB-10439 saylı kredit müqaviləsi üzrə 571.61 (beş yüz yetmiş bir manat altmış bir qəpik) manat əsas borc, 54.32 (əlli dörd manat otuz iki qəpik) manat faiz borcu, 10 (on) manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 (otuz) manat olmaqla, cəmi 665.93 (altı yüz altmış beş manat doxsan üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Tələb Cavabdeh məxsus olan 1 ədəd, çəkisi 3.2 qram olan 750 əyarlı üzük, 3 ədəd çəkisi 8.2 qram olan 583 əyarlı üzük, 1 ədəd çəkisi 3 qram olan 585 əyarlı sırğa, 1 ədəd çəkisi 4.4 qram olan 585 əyarlı qırıq klon, 1 ədəd çəkisi 1 qram olan 585 əyarlı qırıq qolbaq olmaqla, cəmi çəkisi 19.8 qram girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilsin. Qızıl-zinət əşyaları açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1036/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1036/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver