Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1183/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.400 manat əsas borc məbləğinin və öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış illər üzrə gecikdirmə borcunun üzərinə hesablanmış faiz borcu olan - 3, 784.196 manat məbləğində vəsaitin, ödənilmiş 175 manat dövlət rüsumun isə cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, İddiaçı (Ş/v: AA*******, xx.xx.2021, ASAN 5, FİN: xxxxxxx, d/t: xx.xx.1974) xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə 24400 manat məbləğində kredit müqaviləsi bağlamışlar. Müqavilə şərtlərinə görə, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, qalan məbləği isə aprel ayından başlayaraq sentyabr ayınadək hər ay 2900 manat məbləğində ödəniş edilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanan kredit müqavilənin 2-ci bəndinin tələblərinə əsasən, borcalan krediti xx.xx.2022-ci il tarixinədək yuxarıda qeyd olunan ardıcıllıqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd etməlidir ki, bu qədər vaxt keçməsinə baxmayaraq kredit ödənişi hələ də, ödənilməmişdir. Bu müqavilənin 7-ci bəndinə əsasən, borclu Cavabdeh xx.xx.2022-ci il tarixində, 3 M185 saylı “icra qeydi” barədə bildiriş göndərilmişdir. Lakin hələ də, borclu tərəfindən alınan kredit məbləği ödənilməmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyini zamanında icra etmədiyi üçün bu gün onun iddiaçı qarşısında borc öhdəliyi mövcuddur və bu borc onun tərəfindən ödənilməlidir. Faktiki hallarda qeyd etdiyi kimi, Cavabdeh yaranmış borc vəsaitləri ona geri qaytarmadığı üçün bu gün onun ona borcu yaranıb. Bu borcun mövcudluğu aşağıdakılarla təsdiq edilir: xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci ildə 5000 manat – mart ayı üzrə ümumilikdə 7000 manat; qalan məbləğ isə, aprel ayından sentyabr ayınadək hər ay 2900 manat məbləğində məüyyən edilmişdir: ümumilikdə 17400 manat. Beləliklə, Cavabdeh ona olan ümumi borcu 24400 manat təşkil edir. Cavabdeh qeyd edilən borc məbləğlərini ödəməməklə yanaşı, bu borc öhdəliyini vaxtında yerinə yetirmədiyinə görə həmin məbləğdən borc verənə aşağıdakı faiz məbləğlərini də ödəməlidir. Bank uçot dərəcəsini Mülki Məcəllənin 449.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Mərkəzi Bankın illər üzrə rəsmi saytda qeyd etdiyi məlumatlara əsasən, bank uçot dərəcələri ilə aşağıdakı kimi hesablanmışdır (qırmızı rəng ilə qeyd edilən illər üzrə bank uçot dərəcələrini əks etdirən rəqəmlərdir): 2022-ci il üzrə - 24400 manat x 8,25%=2013 manat:12x9=1.509,h75 manat, 2023-cü il üzrə- 24400 manat x 9%= 2196 manat, 2024-cü il üzrə- 24400 manat x 7, 5%= 1830 manat, 2025-ci il üzrə - 24400 manat x 7,25%= 1769:12 x 3= 442,25, Toplam faiz borcu: 1509,75 manat + 2196 manat + 1830 manat + 442,25 manat = 3784.196 manat təşkil edir. Beləliklə, borclu Cavabdeh ödəməli olduğu 24400 manat borc məbləğindən əlavə, bu vəsaiti əldə olunmuş razılıq üzrə ona ödəməkdən boyun qaçırdığı üçün həmin vəsaitin 3784.196 manat məbləğində faiz borcu da ödəməlidir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq “(MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə) Möhtərəm hakim! Nəzərinizə çatdırmaq istəyirik ki, mövcud borca görə, cavabdehin atası X2 2-ci Cavabdeh qismində icratınızda olan e-2(057)- 1183/2025 saylı məhkəmə işinə cəlb edilməsini istəyirik. Belə ki, atası öz xətti və imzası ilə əsas sənəd olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin arxa hissəsində 24, 400 manat borcu qaytarmağa görə cavabdehlik daşıdığını xx.xx.2022-ci il tarixdə etiraf edir (sənəd təqdim edilir). Hazırda həmin iddianın tələb hissəsini aşağıdakı formada dəyişirik və məhkəmədən aşağıdakı redaktəni qəbul etməsini xahiş edirik: Beləliklə, aşağıdakı əsas borc məbləğlərinin və ya gecikdirmə borclarının 1) Cavabdeh və cavabdeh X1 24.400 (iyirmi dörd min dörd yüz) AZN əsas borc məbləğinin və öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış illər üzrə gecikdirmə borcunun üzərinə hesablanmış faiz borcu olan - 3, 784. 196 AZN məbləğində vəsaitin, 2) ödənilmiş 175 AZN dövlət rüsumun isə cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edəsiniz”. Məhkəmə, İddiaçının nümayəndəsi vəkilin xx.xx.2025-ci il tarixli ərizənin dəqiqləşdirilməsi barədə ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən Cavabdeh və cavabdeh X3 24.400 manat əsas borc məbləğinin və öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış illər üzrə gecikdirmə borcunun üzərinə hesablanmış faiz borcuna görə 3, 784. 196 manat məbləğində vəsaitin, ödənilmiş 175 manat dövlət rüsumunun tutulması barədə ərizəsinə belə qiymət verir ki, İddiaçının nümayəndəsi ərizəsində MPM-in 53-cü maddəsinə əsaslansa da, məhkəmə hesab edir ki, ərizə MPM-in 53-cü maddəsinə əsasən deyil, MPM-in 51.3-cü maddəsinə əsasən dəyərləndirilməlidir. Belə ki, MPM-in 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab edir ki, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər başqa cavabdehin işə cəlb edilməsi barədə ərizə təqdim etmədiyindən iddiaçının iddia tələbi Cavabdeh münasibətdə nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı izahatında qeyd etdi ki, borc məbləğinin gecikdirilməsi ilə bağlı hər hansı bir faizin hesablanması ilə bağlı aralarında hər hansı bir razılaşma olmamış, nədə ki, bağlanmış müqavilədə bu barədə qeyd olmamışdır. Məhkəmənin sualına cavab olaraq iddiaçı iddia ərizəsində göstərilən faiz məbləği ilə bağlı rəqəmlərdə olan uyğunsuzluğun səbəbini bilmədiyini vəkil tərəfindən hesablandığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə və AZEMİS vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən nnotarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixədək Cavabdeh 24400 manat pulu borc vermişdir. İş materiallarında olan borclu Cavabdeh ünvanlanmış bildirişin ksero surətindən görünür ki, ona borcu 20 gün müddətində ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi, öhdəliklərin cavabdeh tərəfindən lazmınca icra edilməməsi işin materialları, məhkəmə iclasında iddiaçının izahatı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739 və 740.2-ci maddələri çıxış edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən edilir ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Mülki Məcəllənin 739 və 740.2-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçı (borc verən) İddiaçı ilə cavabdeh (borc alan) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 24400 manat pulu cavabdehə borc qismində vermişdir. Müqavilə öhdəliklərinə əsasən cavabdeh sözügedən borc məbləğini xx.xx.2022-ci il tarixindən 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixində 5000 (beş min) manat, qalan məbləği isə aprel ayından başlayaraq sentyabr ayınadək hər ay 2900 (iki min doqquz yüz) manat iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddianın cavabdeh tərəfindən pul vəsaitinin qanunsuz saxlamaqla və qaytarmaqdan boyun qaçırmaqla həmin puldan faydalanması əsası ilə 3, 784. 196 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. İddiaçının tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin borc münasibətlərinə əsasən ödəməli olduğu 24.400 manat borcun ödənilməməsinə görə Mülki Məcəllənin 449cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, borc məbləği üzrə cavabdehin borcu ödəmək iqtidarında olmaması, onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 163.20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 11.80 manat isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24400 (iyirmi dörd min dörd yüz) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 163.20 (bir yüz altmış üç manat iyirmi qəpik) manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 11.80 (on bir manat səksən qəpik) manatı isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1183/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1183/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver