Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-122/2024 09.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh3 Hüseyn oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğlundan 23 sentyabr 2019-cu il tarixli, RB/SHF-5332_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 406,51 manat, faiz borcuna görə 0,18 manat, cəmi 406,69 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq borclunun öhdəliklərini qismən icra edərək qrafik üzrə ödəniş etdiyi üçün və hal-hazırda gecikdirilmiş borcu qalmadığı üçün iddia tələbinin baxılmamış saxlanılmasını, iddia ərizəsinə əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun onlara geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Hüseyn oğlu iddianın baxılmamış saxlanılmasına heç bir etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyn oğluna qarşı vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı ASC-yə qaytarılsın. İddiaçı ASC-nin ödədiyi 30 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-122/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-122/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver