Məhkəmə qərarları › İş №e-2(057)-1224/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1224/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1224/2024 13.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı,Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 1215 manat və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat verən İddiaçı bildirmişdir ki, cavabdeh qızının həyat yoldaşıdır,cavabdeh qızı ilə 3 ildir ki, birgə yaşamışlar. 2022-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda 20, 50, 100 manat və sair məbləğlərdə borc olaraq cavabdehə pul vermişdir. Sonuncu dəfə sentyabr-oktyabr aylarında qızının təhsil pulunu ödəmək üçün 200 manat pulu qızının kartına atmış, cavabdeh həmin pulu xəbərsiz çıxarıb xərcləmişdir. Cavabdeh hazırda qızı ilə yol getmir, onlar boşanma mərhələsindədirlər. Pulu qaytarmağı tələb etsədə, lakin cavabdeh onu təhqir etmişdir. Odur ki iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində izahat verən Cavabdeh bildirmişdir ki, iddiaçının qızı Günay ilə xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, 2 il 7 ay bir yerdə yaşadıqdan sonra aralarındakı münasibət xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Həmin günü ona zəng gəlmiş Günay ona anası Sitarənin gəlib onu aparmaq istədiyini bildirmişdir. Günayla danışdıqdan sonra Günay onu gözləyəcəyin demişdir. Lakin xx.xx.2023-cü il tarixdə Günay anası ilə getmişdir. İddiaçıdan pul almamış, sadəcə yaşadıqları müddətdə iddiaçı qızına görə ona pul vermişdir. Həmin pulları da uşağa sərf etmişlər. İddiaçı tərəfindən qızının kartına atılan 100 manatın 50 manatına pampers və yemək almışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda İddiaçı ondan ümumilikdə 1215 manat və məhkəmə xərclərinin tutularaq ona verilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının cavabdehə borc kimi pul verməsini təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim olunmamış, cavabdeh də borc pul aldığını etiraf etməmişdir. İddiaçı qızı və nəvəsi üçün ailəyə kömək etməsi və sonradan iddiaçının qızı ilə cavabdehin münasibətləri pozulduqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət olunması bir daha onu göstərir ki, iddiaçı tələbində haqlı olmamışdır.Ona görə də məhkəmə iddianın rədd olunmasını əsaslı hesab edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh 1215 manat və ödənilmiş məhkəmə xərclərinin alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar