Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1244/2025 03.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/004N05A01674722№-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 6 943,06 (altı min doqquz yüz qırx üç manat 06 qəpik) manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 811,84 (səkkiz yüz on bir manat 84 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 95,51 (doxsan beş manat 51 qəpik) manat məbləğində penya,cəmi 7 850,41 (yeddi min səkkiz yüz əlli manat 41 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbuledildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. 2) İddia ərizəsinin verilməsinə görə 98,51 (doxsan səkkiz manat 51 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehlərdən birgə qaydada İddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/004N05A01674722 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana48 (qırx səkkiz) ay müddətinə, illik 13 % (on üç faiz) ödənilməsişərtilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixliDKM/004N05A01674722№-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olanAnnuitet ödəniş cədvəlinə əsasən Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh2 Kreditor qarşısında gecikdirilmiş borcu 7 754,90 (yeddi min yeddi yüz əlli dörd manat 90 qəpik) manat təşkil edir ki, bunun da 6 943,06 (altı min doqquz yüz qırx üç manat 06 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 811,84 (səkkiz yüz on bir manat 84 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 95,51 (doxsan beş manat 51 qəpik) manat məbləğində təşkiledir. Kredit müqaviləsi üzrəCavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasınıvaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eynizamanda digər Cavabdeh1 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2024-cü il tarixli NÇ-XO- 16.7.2024-001 №-li Xəbərdarlığın və xx.xx.2024-cü il tarixli NÇ-XO-16.7.2024-002 №-li Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirik ki, xx.xx.2025-ci il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada Borc alandan və Zamindən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Odur ki, xx.xx.2022-ci il tarixli DKM/004N05A01674722№-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 6 943,06 (altı min doqquz yüz qırx üç manat 06 qəpik) manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 811,84 (səkkiz yüz on bir manat 84 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 95,51 (doxsan beş manat 51 qəpik) manat məbləğində penya,cəmi 7 850,41 (yeddi min səkkiz yüz əlli manat 41 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbuledildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 % (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. 2) İddia ərizəsinin verilməsinə görə 98,51 (doxsan səkkiz manat 51 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehlərdən birgə qaydada İddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən xx.xx.2025-ci il tarixdə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, xx.xx.2025-ci 11 tarixli, BO-XO-14.3.2025-005 nömrəli iddia ərizəsinə xx.xx.2025ci il tarixli dəyişikliyin (iddia tələbinin həcminin artırılması barədə) edilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsindən 06 (altı) aydan çox vaxt keçdiyini, Borc alan tərəfindən xx.xx.2025-ci il tarixində 200 (iki yüz) manat, xx.xx.2025-ci il tarixində isə 150 (bir yüz əlli) manat məbləğində ödənişlər həyata keçirildiyini, həmin ödənişlərdən 79.23 manat məbləğinin adi faizlər üzrə borc məbləğinə, 270.77 manat məbləğinin isə cərimə borcuna silinməsini, buna baxmayaraq borcun artdığımı nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü (cİddianın dəyişdirilməsis) maddəsinin tələblərini rəhbər tutaraq yuxarıda qeyd edilmiş iddia ərizəsində (xx.xx.2025-ci il tarixli ərizə nəzərə alınmaqla) göstərilmiş tələblərinin 1-ci və 2-ci bəndlərinə müvafiq dəyişikliyi edib, aşağıdakı məzmunda təqdim edir: 1) xx.xx.2022-ci il tarixli DKM/004N054A01674722 Ne-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 6 943,06 (altı min doqquz yüz qırx üç manat 06 qəpik) manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1 381,98 (bir min üç yüz səksən bir manat 98 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci 11 tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 976 (on beş faiz) dərəcəsi ilə hesablanmış 376,37 (üç yüz yetmiş altı manat 37 qəpik) manat məbləğində penya, cəmi 8 701,41 (səkkiz min yeddi yüz bir manat 41 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 90 (on üç faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 50 (on beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. 2) İddia ərizəsinin verilməsinə görə 107,02 (bir yüz yeddi manat 02 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/004N05A01674722 saylı Kredit Müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən borc alana 48 ay müddətinə, illik 13 % ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. DKM/004N05A01674722 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. ASC «Xalq» Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehlərin iddiaçıya 780.93 manat kredit üzrə vaxtı keçmiş əsas borc, 13.71 manat faiz borcu, 13.41 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə cavabdehin iddiaçıya 7032.18 manat əsas, 314.87 manat faiz, 13.41 manat cərimə olmaqla, cəmi 7360.46 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 02 oktyabr 2025-ci il tarixli, 9/3178 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan Borcalan tərəfindən aparılmış ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DKM/004N05A01674722 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə olan borcu 7686,99 manaat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə --------------------7059,09 manat, faiz borcu üzrə --------------------627,9 manat. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 69,61 manat təşkil edir. Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə olan borcu 7756,6 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə --------7059,09 manat, faiz borcu üzrə --------627,9 manat 5% ilə faiz borcu --------69,61 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 oktaybr 2025-ci il tarixli 9/3178 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 98.51 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iddiaçı ASC «Xalq» Bankı ilə Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/004N05A01674722 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 13 % ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə iddiaçı ASC «Xalq» Bankı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1.); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2.); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3.). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə AR Mülki Məcəlləsinin 421.3-cü maddəsinin göstərişinə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında verilən şərhə istinad edərək hesab edir ki, əgər bank kredit müddəti bitmədən kredit alana müraciət edərək alınmış pul vəsaitinin qayarılmasını tələb edibsə kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir. Belə olan halda, iddiaçı həmin tarixdən (xx.xx.2024-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə cavabdehin iddiaçıya həmin tarixə 7032.18 manat əsas, 314.87 manat faiz, 13.41 manat cərimə olmaqla, cəmi 7360.46 manat borcu vardır. Beləliklə, məhkəmə hesab edir ki, kredit müqaviləsinin müddəti xx.xx.2026-cı il tarixinədək qüvvədə olduğuna görə, müddəti bitməyən kredit üzrə Mülki Məcəllənin 421.3-cü maddəsinin tətbiqinə, o cümlədən illik 5 faiz dərəcəsi ilə əlavə faiz hesablanmasına hüquqi əsas yoxdur. Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə isə 150 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Həmin ödənişlərdən 79.23 manat məbləği adi faizlər üzrə borc məbləğinə, 270.77 manat məbləği isə cərimə borcuna silinmişdir. Məhkəmə qeyd edir ki, həmin tarixdən sonra ləğv olunmuş müqavilənin üzərinə faiz və cərimə məbləği hesablana bilməzdi və cavabdeh tərəfindən ödənilmiş həmin məbləğ xx.xx.2024-cü il tarixə gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) məbləğdən çıxılmalı idi. Məhkəmə hesab edir ki, mübahisəli kredit münasibətləri üzrə cavabdeh bank tərəfindən təqdim edilmiş hesablamalar kredit müqaviləsinin şərtlərinə və mülki qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən annuitet ödənişlər yalnız kredit üzrə cari faizlərin və əsas borcun ödənilməsi məqsədi ilə nəzərdə tutulmuşdur və bu ödənişlərin cərimə məbləğinə yönəldilməsi müqavilə şərtləri ilə nəzərdə tutulmamışdır. Cavabdeh bank tərəfindən edilən 350 manatlıq annuitet ödəniş müqavilənin 2.4-cü bəndinə zidd olaraq əsas borcun azaldılmasına yönəldilməmiş, ödənişin 270.77 manatı cəriməyə silinmişdir. Halbuki annuitet ödənişlər yalnız cari faiz və əsas borcun ödənilməsi üçün nəzərdə tutulur və cəriməyə yönəldilə bilməz. Məhkəmə hesab edir ki, bu hal kredit müqaviləsinin 2.4-cü bəndinin pozulmasına, annuitet ödəniş mexanizminin mahiyyətinə zidd olaraq borcun süni şəkildə artırılmasına və borcalanın hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 432.4-cü maddəsi üzrə ödənişlərin silinmə ardıcıllığına dair norma ümumi xarakter daşıyır və konkret halda annuitet ödənişlərinin silinmə qaydasını müəyyən edən xüsusi müqavilə şərtlərini istisna etmir. Buna görə də həmin maddəyə istinad edilməsi əsassız hesab edilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərəflər üçün məcburi olan müqavilə şərtlərinə riayət edilməli, annuitet ödənişlər cəriməyə deyil, ilk növbədə cari faizlərin və əsas borcun ödənilməsinə yönəldilməli idi. Bu səbəbdən cavabdeh bank tərəfindən aparılmış hesablamalar düzgün hesab edilmir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, borclunun ödədiyi 350 manat məbləğ əvvəlcə adi faizlər üzrə borc məbləğinin yəni 79.23 manatın, qalan məbləğ yəni 270.77 manat isə əsas borcun ödənilməsinə tətbiq olunmalı, bununla da borclunun banka 6672.29 manat əsas borcu, 235.64 faiz borcu, 13.41 manat cərimə borcu olmaqla, cəmi 6921.34 manat borcu qalmışdır. İddia tələbinin tələbdə qeyd edilən məbləğin, həmçinin, müştərək qaydada Cavabdeh1 tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" ASC qarşısındakı öhdəliyi digər borclu olan Cavabdeh1 zaminliyi ilə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş DKM/004N05A01674722 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 digər Cavabdeh2 ilə birgə bank qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 85.13 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının xeyrinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 79.54 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 20.46 manat məbləğində pul isə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6672.29 manat əsas borcu, 235.64 faiz borcu, 13.41 manat cərimə borcu olmaqla ümumilikdə 6921.34 manat borc və 85,13 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 79.54 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 20.46 manat məbləğində pul isə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6672.29 manat əsas borcu, 235.64 faiz borcu, 13.41 manat cərimə borcu olmaqla ümumilikdə 6921.34 manat borc və 85,13 manat dövlət rüsumu alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 79.54 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 20.46 manat məbləğində pul isə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1244/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1244/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver