Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1284/2024 28.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (anası) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması, çəkilmiş və çəkilməsi zəruri olan xərclər” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması, çəkilmiş və çəkilməsi zəruri olan xərclər” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)1646/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq (dəyişdirilərək) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsinin tutulub ona verilməsi, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2004-cü il təvəllüdlü X7 əyani əsaslarla ali təhsil almasını nəzərə alaraq bakalavr səviyyəsində ali təhsilini bitirənədək saxlanılması üçün Cavabdeh Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2382/2022 saylı qətnaməsi ilə müəyyən edilməyən hissədə nəzərə alınmayan, ödənilməyən alimenti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə əsasən 28 avqust 2023-cü il tarixindən hesablanaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsinin tutulub ona verilməsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə əsasən, maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış xx.xx.2004-cü il təvəllüdlü X7 illik təhsil haqqı olaraq çəkilmiş xərcin, ödədiyi 4800 (dörd min səkkiz yüz) manat məbləğində nəğd pulun yarısının 2400 (iki min dörd yüz) manatın Cavabdeh alınaraq ona ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Salyan 16 saylı Mediasiya Təşkilatına dövlət rüsumu olaraq ödədiyi 60 (altmış) manat nəğd pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 30 may 2003-cü il tarixində Neftçala rayonu Şorkənd, İnzibati Ərazi Nümayəndəliyində 07 №-li akt qeydi, AZ-İ № 04542 saylı şəhadətnamə əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X20 adlı övladları anadan olmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1646/2023 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 avqust 2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-664/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilərək, iddiaçı Gülaliyev (Güləliyev) Şahid Gülmirzə oğlu ilə cavabdeh İddiaçı arasında Neftçala rayon Cəngan kənd İnzibati Ərazi Nümayəndəliyində 12 iyun 2003-cü il tarixdə, 12 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X12 onun yanında saxlanılması qət edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1646/2023 saylı qətnaməsi və Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-664/2024 saylı qətnaməsi qət оlunarkən Cavabdeh uzun müddətdir ki, xarici ölkələrdə gəmilərdə işləməsi və onun aylıq qazancının 2000 (iki min) ABŞ dolları məbləğində maaş alması qəsdən, bilərəkdən məhkəmədən və ondan gizlədilmişdir. Onun təcrübəsizliyindən istifadə edən Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi, anası X8 və onun vəkili X21 alimentin tutulması hissəsində, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2004-cü il təvəllüdlü X7 2022-ci ildən Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinin Filologiya fakültəsi Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının əyani şöbəsinin 1 kursuna qəbul olunmasını və hal-hazırda həmin Universitetin İİ (ikinci) kursunda təhsil almasını və illik təhsil haqqının 2100 (iki min yüz) manat olmasını Məhkəmədən bilərəkdən gizlətmişdirlər. Salyan Rayon Məhkəməsi sözügedən hər iki qətnamələri qət edərkən alimentin tutulmasını hər iki uşağa görə yəni, həmin dövr üçün yetkinlik yaşına çatmış, övladları xx.xx.2004-cü il təvəllüdlü X7 2022-ci ildən Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinin Filologiya fakültəsi Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının əyani şöbəsinin İ kursuna qəbul olunmasını və hal-hazırda həmin Universitetin İİ (ikinci) kursunda təhsil almasını və illik təhsil haqqının 2100 (iki min yüz) manat olmasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsmə əsasən, (Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı) 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi tutulmalı olduğu halda, yalnız xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 avqust 2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı Cavabdeh onun təcrübəsizliyindən istifadə edərək, aylıq qazancını və başqa gəlirlərini gizlədərək guya könüllü şəkildə yalnız xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat aiment ödəyəcəyini bildirmişdir. İddia ərizəsinə əlavə elədiyi, Azərbaycan Respublikası Bakı Avrasiya Universiteti tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, T2049-001/20 №-li arayışdan görünür ki, X16 2022-ci ildə Bakı Avrasiya Universitetinin Filologiya fakultəsi Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının əyani şöbəsinin İ kursuna qəbul olmuşdur və hal-hazırda həmin Universitetin İİ (ikinci) kursunda təhsil alır. 2023/2024-cü tədris ili üçün illik təhsil haqqı ödənişi 2100 manatdır. Qanunvericiliyin tələblərinə görə, yetkinlik yaşına çatan uşaq ali təhsil müəsissəsində əyani təhsil alırsa təhsil müddəti başa çatanaqədər onun saxlanılması üçün aliment ödənilməlidir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, (uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı) 76.1.2. 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi tutulmalı idi. Övladı xx.xx.2013-cü il təvəllüdlü X20 hazırda Bakı şəhəri, Xətai rayonu 58 nömrəli tam orta məktəbin 5-ci sinifində oxuyur. Ona görə də, məsrəfləri yetərincə artmışdır. Uşaqların bütün qayğılarını və ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqların ehtiyac və tələbatı artsa da Cavabdeh uşaqlarına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh tərəfindən ona 1 azyaşlı övladının saxlanılınası üçün 200 (iki yüz) manat məbləğində aliment ödənilir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2382/2022 saylı qətnaməsi qət olunarkən, cavabdeh X9 xarici dövlətlərdə gəmilərdə işləməsini, 2000 (iki min) ABŞ dolları məbləğində yüksək maaş almasını məhkəmə nəzərə almamışdır. Hazırda Cavabdeh birgə nikahlarından anadan olan, yetkinlik yaşına çatmayan azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X20 və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış, hazırda əyani şöbədə ali təhsil alan övladları xx.xx.2004-cü il təvəllüdlü X16 hazırda onun himayəsindədirlər. Cavabdeh yüksək qazancı olduğu halda, onların maddi vəziyyəti ilə maraqlanmır, əlavə olaraq heç bir maddi köməklik göstərmir. Cavabdeh qeyri-müntəzəm, dəyişən qazancı var. Onun orta aylıq gəliri öz dediyinə görə 2000 ABŞ dolları təşkil edir. Uşaqların hər ikisi orta və ali təhsil alırlar, tez-tez sağlamlıqlarında problemlər yaranır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Hazırda o himayəsində olan 2 övldlarını böyük çətinliklər içərisində böyütməyə çalışır. Yaşamağa başqa evlərinin və yaşayış yerlərinin olmadığına görə, eyni zamanda övladlarlarının təhsilinə görə 2 övladı ilə birlikdə kirayədə yaşayırlar. Buna görə də o, Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi, artırılması, çəkilmiş və çəkilməsi zəruri olan xərclər tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanununda göstərilir ki, əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də Cavabdeh kifayət qədər yüksək qazancının olmasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir Cavabdeh tutulmalı olan alimentin miqdarı dəyişdirilərək, artırılaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi tutulmalıdır. Cavabdeh tərəfindən ödənilməli olan aliment uşaqların gündəlik tələbatlarına çatmır. İndiki şərtlərlə onun uşaqlarının həm ödəniləcək məbləğdəki аlimentlə saxlanılması qeyri-mümkündür. Uşaqların saxlanılması hər gün çətinləşir və demək olar ki, dözülməz həddə gəlib çatmışdır. Odur ki, Cavabdeh tutulan alimentin məbləğinin dəyişdirilməsi, artırılması, çəkilmiş və çəkilməsi zəruri olan xərclərin tələbinin zərurəti yaranmışdır. Ölkə üzrə yaşayış minimumu hər bir vətəndaşa minimum lazım olan aylıq maliyyə vəsaitinin göstəricisidir. Lakin uşaqlar üçün nəzərdə tutulmuş 235 manat məbləğində vəsait yalnız onların minimum yaşayışının təmin edilməsini göstərir. Belə isə onun uşaqlarının normal yaşantısının təmini üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsində tutulması zəruridir. Cavabdeh ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2004-cü il təvəllüdlü X16 2022-ci ildən Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinin Filologiya fakultəsi Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının əyani şöbəsinin İ kursuna qəbul olmuşdur. Hal-hazırda həmin Universitetin İİ (ikinci) kursunda təhsil alır. 2022-2023-cü il üzrə illik təhsil haqqını 2000 (iki min) manat olaraq "xxxx" ASC vasitəsi ilə Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinə ödəmişdir. 2023-2024-cü il üzrə illik təhsil haqqını 2100 (iki min yüz) manat olaraq "xxxx" ASC vasitəsi ilə Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinə ödəmişdir. 2024-2025-ci il üzrə təhsil haqqının yarı hissəsini 700 (yeddi yüz) manat olaraq "xxxx" ASC vasitəsi ilə Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinə ödəmişdir. Ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğində nəğd pulu xx.xx.2004-cü il təvəllüdlü X7 illik təhsil haqqı olaraq "xxxx" ASC vasitəsi ilə Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinə ödəmişdir. Həmin ödəniş qəbzlərini iddia ərizəsinə əlavə edir. Hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə əsasən, maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış xx.xx.2004-cü il təvəllüdlü X7 illik təhsil haqqı olaraq ödədiyi 4800 (dörd min səkkiz yüz) manat məbləğində nəğd pulun yarısının 2400 (iki min dör yüz) manatın Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması qanuni və ədalətli olar. Salyan Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(057)-1646/2023 saylı qətnaməsi ilə onun Cavabdeh qızına qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh yalnız xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 avqust 2023-cü il tarixdən hesablanmaqla һəг ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət etdiyi üçün və həmin dövrdə Cavabdeh ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2004-cü il təvəllüdlü X7 2022-ci ildən Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinin Filologiya fakultəsi Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının əyani şöbəsinin İ kursuna qəbul olmasını və hazırda həmin Universitetin İİ (ikinci) kursunda təhsil almasını və illik təhsil haqqının 2100 (iki min yüz) manat olmasını nəzərə alaraq, hesab edir ki Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-cü maddəsmin tələblərinə əsasən (alimentin tutulması barədə tələbin verilməsi müddətləri) Cavabdeh alimenti verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığı tam müəyyən edildiyi üçün, əvvəlki dövr üçün xx.xx.2004-cü il təvəllüdlü X11 aid olan hissədəki aliment 28 avqust 2023-cü il tarixdən hesablanmaqla 1 illik müddət həddində verilməsi barədə qətnamə çıxarılması qanuni və əsaslı olar. Cavabdeh nümayəndəsi X8 məhkəməyə dəftərxana vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət ünvanlayaraq, “mən, İddiaçı Cavabdeh qarşı “alimetin miqdarının dəyişdirilməsi, artırılması, çəkilmiş və çəkilməsi zəruri olan xərclərin tələbinə dair” iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişəm. Hazırda Salyan Rayon Məhkəməsinin e-2(057)-1284/2024 saylı mülki işi Sizin icraatınızdadır. Sizin tərəfinizdən e-2(057)-1284/2024 saylı iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası Salyan Rayon Məhkəməsinin inzibati binasında keçirilməklə xx.xx.2024cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Möhtərəm Hakim! İş uzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması-düzgün nəticəyə gəlinməsi üçün sübutların tələb edilməsi barədə qərardad qəbul edilməsi zərurəti yaranmışdır. Cavabdeh qeyri müntəzəm, dəyişən qazancı var. Onun orta aylıq gəliri özünün və etibarnamə üzrə nümayəndəsi, anası X3 dediyinə görə 2000 ABŞ dolları təşkil edir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1646/2023 saylı qətnaməsi qət olunarkən, Cavabdeh xarici dövlətlərdə gəmilərdə işləməsini, ayda 2000 (iki min) ABŞ dolları məbləğində maaş almasını özü və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X10 tərəfindən məhkəməyə ünvanlanan ərizədə etiraf etmişdir. Cavabdeh orta aylıq gəlirin 2000 ABŞ dolları olmasını mən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1646/2023 saylı qətnaməsi qət olunarkən bilmişəm. Lakin hazırki mülki iş üzrə cavabdeh rəsmi qazancı barədə bütün məlumatları məndən gizlədib. Mənim tərəfimdən Cavabdeh rəsmi maaşı barədəki arayışı və məlumatları almaq qeyri-mümkün olduğuna görə məhkəməyə vəsatətlə müraciət edirəm. Cavabdeh aylıq rəsmi qazancı barədə məlumatlar yalnız özünə və Məhkəmə tərəfindən verilən hakim sorğusu əsasında məhkəməyə verildiyinə görə mənim müstəqil olaraq bu sənədləri və məlumatları almağım mümkün deyil. Buna görə də, həmin sübutların məhkəmə tərəfindən hakim sorğusu əsasında tələb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 119 C (poçt indeksi 1069) ünvanında yerləşən, AFEN PLAZA-nın inzibati binasında yerləşən X29-a müvafiq sorğunun verilməsi üçün, məhkəmədən xahiş edirəm; -İş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması-düzgün nəticəyə gəlinməsi üçün sübutların tələb edilməsi məqsədi ilə Cavabdeh müqavilə əsasında Rhine River gəmisində matros vəzifəsində işlədiyi xarici şirkətin Baş ofisi olan, Bakı şəhəri, Nərimanov rayonu, X22 küçəsi 119 C (poçt indeksi 1069) ünvanında yerləşən, AFEN PLAZA-nın inzibati binasında yerləşən X29-a (Bakı ofisinin telefon nömrəsi: ***-***-**-**, Türkiyə ofisinin telefon nömrəsi: +**********62), (mailto:crewing@unitedalliancegroup.comElektron ünvan Türkiyə ofisinin e.mail adresi, https://unitedalliancegroup.com/az/seafarer/add24 Bakı ofisinin e.mail adresi) Cavabdeh müqavilə əsasında Rhine River gəmisində Bosman vəzifəsində işləməsi barədə, aylıq qazancının və başqa gəlirlərinin haqqında bütün sənədlərin məhkəməyə təqdim edilməsi barədə Sorğu verəsiniz” Salyan Rayon Məhkəməsi tərəfindən ünvan 2 ünvanında fəaliyyət göstərən “X29”a sorğu ünvanlanaraq, Cavabdeh Rhine River gəmisində Bosman vəzifəsində işləyib-işləməməsi, işləyirsə əgər hansı tarixdən işlədiyi və aylıq qazancı və başqa gəlirləri haqqında sənədlərin məhkəmə iclasına qədər təqdim edilməsinin təmin edilməsi tələb olunmuşdur. “X29” LTD məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq göstərmişdir ki, Cavabdeh “X29” LTD şirkətində işləmir və adı çəkilən “Rhine River” gəmisi şirkətə məxsus deyildir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (anası) X8 bildirmişdir ki, 300 manat maaşla ailə dolandırmışlar. Oğlu bankdan pul götürmüşdür. Ukrayna Rusiya müharibəsindən sonra gəmi zədə alaraq batmışdır. Bir müddət oğlu işləməsə də, hazırda işləyir. Hər ay 200 manat aliment ödəyir. Alimentin miqdarını 50 manat artıra bilər. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, mülki iş üzrə cavabdehin nümayəndəsidir. Alimentin 50 manat artırılmasına razıdır. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1646/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 avqust 2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-664/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Gülaliyev (Güləliyev) Şahid Gülmirzə oğlu ilə cavabdeh İddiaçı arasında Neftçala rayon Cəngan kənd İnzibati Ərazi Nümayəndəliyində 12 iyun 2003-cü il tarixdə, 12 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X20 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan X15 iştirak edilməməsi barədə arayışın ksero surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və İddiaçı iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan Salyan Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli arayışdan görünür ki, X13 xx xxxxxxxx 1980-ci ildə Neftçala rayonu, Şorkənd kəndində anadan olmuşdur. X5, anası isə X4r. İş materiallarında olan X6 ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X20 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Avrasiya Universitetinin fakültə dekanı tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli arayışın ksero surətindən görünür ki, X16 2022-ci ildə Bakı Avrasiya Universitetinin filologiya fakültəsi Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının əyani şöbəsinin İ kursuna qəbul olmuşdur və halhazırda həmin Universitetin İİ kursunda təhsil alır. 2023/2024-cü tədris ili üçün illik təhsil haqqı öhdəliyi 2100 manatdır. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti başçısının Cəngan kənd İƏDN-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın ksero surətindən görünür ki, X1 rayonu, Cəngan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Şorkənd kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Ukrayna Respublikasında yaşayır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Məhkəmə iddiaçının xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)1646/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq (dəyişdirilərək) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması tələbini qismən əsaslı hesab edir. Belə ki, həmin qətnamə ilə 1 (bir) uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən aliment tutularaq iddiaçıya verilməsi qət olunsa da iddiaçı hazırda 2 uşağa görə aliment tələb edir. Halbu ki, xx.xx.2004-cü il təvəllüdlü X16 yetkinlik yaşına çatmışdır. İddiaçının yetkinlik yaşına çatmış X7 adında məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Bundan başqa, iddiaçı cavabdehin daimi iş yeri və gəliri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyinə uyğundur. Həmçinin “X29” LTD-nin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh “X29” LTD şirkətində işləmir və adı çəkilən “Rhine River” gəmisi şirkətə məxsus deyildir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən sonra həyat standartları və istehlak qiymətləri və.s müəyyən qədər dəyişmişdir. Həmçinin uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması və uşaq üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatının artması, uşaq üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-1646/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməlidir. Eyni zamanda məhkəmə iddiaçının cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X7 əyani əsaslarla ali təhsil almasını nəzərə alaraq bakalavr səviyyəsində ali təhsilini bitirənədək saxlanılması üçün cavabdehdən Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2382/2022 saylı qətnaməsi ilə müəyyən edilməyən hissədə nəzərə alınmayan, ödənilməyən alimenti Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə əsasən 28 avqust 2023-cü il tarixindən hesablanaraq Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsinin tutulub ona verilməsi, Ailə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə əsasən, maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış xx.xx.2004-cü il təvəllüdlü X7 illik təhsil haqqı olaraq çəkilmiş xərcin, ödədiyi 4800 (dörd min səkkiz yüz) manat məbləğində nəğd pulun yarısının 2400 (iki min dörd yüz) manatın Cavabdeh alınaraq ona ödənilməsi tələbi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Plenum qərarına əsasən valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Uşağa görə valideyinin əlavə xərclərin ödənilməsinə cəlb olunmasının əsaslarını qanunverici dəqiq müəyyən etmişdir, bura ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi və digər hallar aiddir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh olunan qərarında isə maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallar dedikdə, qanunvericinin hansı halları nəzərdə tutduğu şərh edilmişdir. Hər bir halda Konstitusiya Məhkəməsi Plenumu bələ nəticəyə gəlmişdir ki, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 60 (altmış) manat mediasiya xərci ödənildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1646/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat pulun əvəzi alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1284/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1284/2024
28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver