Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1295/2024 21.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi ilə, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********45 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, 24 faiz dərəcəsi ilə 14000 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.Cavabdehlər tərəfindən öhdəliklər vaxtında yerinə yetirilmədiyindən Bank tərəfindən Maraqlı şəxs kredit borcunun tutulması ilə bağlı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş, iddia təmin edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1229/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs ümumilikdə 14769.31 manat pul vəsaitinin tutulması qət edilmişdir. Lakin, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1229/2021 saylı qətnaməsi bugünədək icra olunmamışdır. Bankla Maraqlı şəxs arasında bağlanılmış Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli BPM**********45 saylı zaminlik müqaviləsi imzalanmışdır. Hal-hazırda cavabdehin Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2019-cu il tarixli BPM**********45 saylı Kredit müqaviləsinə əsasən müəyyən edilmiş 14769.31 manat borcdan ödənilməmiş qalan (ödənişlər nəzərə alınmaqla maliyyə arayışı əlavə olunur) 12197.99 AZN əsas, 958.14 faiz borcu olmaqla, cəmi 13156.13 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 129.47 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Maraqlı şəxs və Cavabdeh xx.xx.2023-cü il tarixində 6-2-22/2-13188/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş 14769,31 manat borcdan ödənilməmiş qalan 13156,13 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 129,47 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə “iddiaya etiraz” təqdim edərək göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin iddiası tamamilə əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində məhkəmədən xahiş edir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1229/2021 nömrəli Qətnaməsi ilə Maraqlı şəxs Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulmalı olan 14769.31 manat borcdan qalan 13156.13 manat borcun Cavabdeh tutulması ilə bağlı qətnamə qəbul edilməlidir. Hal-hazırda Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1229/2021 nömrəli Qətnaməsi qüvvədədir və xitam verilməmiş, ləğv edilməmişdir. Məhkmənin iddiaçının iddiasını təmin edib xahiş edilən əsasla Qətnamə qəbul etməsi ilə eyni zamanda müxtəlif icra sənədləri üzrə müxtəlif şəxslərdən eyni borc məbləğinin tutulması mənasına gələcək ki, bu da tamamilə qanuna ziddir və icrası faktiki olaraq mümkün deyildir. İcra haqqında Azərbaycan Respublikası Qanunu”un 54-cü maddəsinə əsasən “54.1. İcra qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir”. Nəzərə alınmalıdır ki, iddiaçı artıq əsas borcluya münasibətdə məhkəməyə müraciət etməkl hüququndan istifadə etmişdir və kreditor "xxxx" ASC ilə bağlanılmış zaminlik müqaviləsi aksessor və solidar xarakter daşıyır, bu qanunun tələbi baxımından artıq zaminə qarşı iddia irəli sürülməsi müddətinin ötürülməsi kimi qəbul edilməlidir. İş materiallarında olan Suraxanı Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1229/2021 nömrəli Qətnaməsindən də göründüyü kimi, iddiaçı "xxxx" ASC əsas borcluya münasibətdə tərəfi xəbərdar etməklə ünvana bildiriş göndərmiş və müqaviləyə birtərəfli qaydada xitam vermək niyyətini (iradəsini) qarşı tərəfə bildirmişdir. Göründüyü kimi, iki fərqli borclu şəxs barəsində eyni iddiaçıya münasibətdə eyni məbləğdə borc tələbinin bir icraatda birləşdirilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən zaminlik müqaviləsində zaminlik müqaviləsinin müddəti 11.02. 2027-ci ilə qədər göstərilib. Bu isə, zaminlik müqaviləsinin "xxxx" ASC ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BPM**********45 saylı kredit müqaviləsi üzrə müqavilənin müddəti olaraq qeyd edilmiş 60 ay müddətindən daha artıq müddətə qüvvədə qalması deməkdir ki, bu da zaminlik müqaviləsinin hüquqi təbiətinə ziddir.Odur ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh qarşı verilmiş kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 2019-cu ilə Maraqlı şəxs ilə Bank arasında kredit müqaviləsi bağlanaraq ona 14000 manat kredit verilmişdir. Eyni tarixdə Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış,sonuncu Maraqlı şəxs Bank qarşısındakı öhdəliyinin icrasına təminat olaraq zamin durmuşdur. Cavabdeh ilə bağlanmış zaminlik müqaviləsi xx.xx.2027-ci il tarixədək qüvvədədir. Əsas borclu Maraqlı şəxs öhdəliyini icra etməyərək Banka olan borcunu ödəməmişdir.Buna görə də Bank Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Maraqlı şəxs cəmi 14769,31 manat pulun alınaraq Bankın xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün müvafiq icra qurumuna göndərilmiş, lakin qətnamə icra olunmamış qalmış, Bank pulunu cavabdehdən ala bilməmişdir. Buna görə də Bank borcunu Cavabdeh da tələb edir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli, BPM**********45 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Maraqlı şəxs 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 14000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BPM**********45 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit götürən Maraqlı şəxs öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-yə məxsus maliyyə arayışından görünür ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə 12197,99 manat əsas, 958,14 manat faiz, cəmi 13156,13 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1229/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs ümumilikdə 14769.31 manat pul vəsaitinin tutulması qət edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən dövlət nəfinə 129,47 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı ilə üçüncü şəxs Maraqlı şəxs arasında müqavilə olmuş, iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, Maraqlı şəxs isə öhdəliyi tam icra etməmişdir. Cavabdeh Bankla zaminlik müqaviləsi bağlayaraq kredit götürən Maraqlı şəxs öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür.Maraqlı şəxs kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin borclu iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Əsas borclu Maraqlı şəxs borcu ödəmədiyi üçün Bank Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh Maraqlı şəxs cəmi 14769,31 manat pulun alınaraq Bankın xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün müvafiq icra qurumuna göndərilmiş, lakin qətnamə tam icra olunmamışdır. Buna görə də iddiaçı haqlı olaraq həmin borcu zamin Cavabdeh da tələb edir. Zamin Cavabdeh əsas borclu Maraqlı şəxs öhdəliyi üzrə onunla birgə Bank qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, Cavabdeh 13156,13 manat kredit borcu və ödənilmiş 129,47 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqı Maraqlı şəxs ilə birlikdə müştərək qaydada tutulub "xxxx" ASC-nin hesabına ödənilməlidir. Cavabdehin vəkilinin məhkəməyə ünvanladığı etirazda irəli sürdüyü vəsatətlər əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatıəqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 13156,13 manat kredit borcu və ödənilmiş 129,47 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqı Maraqlı şəxs ilə birlikdə müştərək qaydada tutulub "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1295/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1295/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver