Məhkəmə qərarları › İş №e-2(057)-1297/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1297/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1297/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 870 (səkkiz yüz yetmiş) manat pul vəsaitinin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçərək (VÖEN **********) fəaliyyət göstərir. Əsasən avtomaşın təkərlərinin satışını həyata keçirir. Müraciət edən müştəri avtomobil təkərlərini nağd şəkildə almaqda çətinlik çəkdikdə, malın nisyə olaraq alqı-satqısı həyata keçirilir. Həmin alqı-satqı onunla müştəri arasında bağlanmış “Nisyə alqı-satqı müqaviləsi” əsasında reallaşır. Müqaviləyə əlavə 1-də alınmış malın adı, qiyməti, dəyəri, qeyd olunur və tərtib olunmuş təhvil-təslim aktına əsasən mal müştəriyə təqdim edilir. "xxxx" QSC-lə (bundan sonra “Faktor QSC” adlanacaq) zaminlik müqaviləsi bağlanır, müştəri öhdəliyi yerinə yetirmədikdə tərəfindən həmin ödəniş banka edilir və bunun əsasında reqress qaydasında məhkəməyə müraciət etmək hüququ yaranır. Sənədlər imzalanmaqla, alıcıya (müştəriyə) müqavilənin şərtləri izah olunmaqla yanaşı, ödənişin hansı formada həyata keçirilməsi də izah edilir və ödənişin aparılması qaydası göstərən nümunə olaraq təqdim edilir. Onunla müştəri Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, “Nisyə alqı-satqı müqaviləsi AKL 001531” nömrəli müqaviləyə əsasən, satıcı qismində çıxış edərək, alıcıya Cavabdeh 04 ədəd, 235/55R/19 Anchcc markalı, hər birinin dəyəri 217,5 manat, cəmi dəyəri 870 olan mal verilmişdir. Müqavilənin şərtlərinə əsasən alıcı xx.xx.2022-ci ildən başlayaraq 6 ay 145 manat ödəniş etməklə malın dəyərini tam ödəməli idi. Lakin alıcı Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməyərək ödənişi tam etməmiş 5 manat borclu qalmış, onunla aparılan danışıqlar bir fayda verməmişdir. Odur ki, Cavabdeh İddiaçı xeyrinə 870 (səkkiz yüz yetmiş) manat pul vəsaitinin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 aprel 2022-ci il tarixli, R-1216/22 saylı Faktorinq müqaviləsindən görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında faktorinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Zaminlik müraciətindən görünür ki, zamin bu müraciətin 1.2-ci maddəsində göstərilən “Nisyə alqı-satqı” müqaviləsi üzrə Cavabdeh Məmmədhüseyn (bundan sonra alıcı adlanacaq) “Satıcı” qarşısında götürdüyü öhdəliyini 60 gün müddətinə icra etmədikdə həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür. Zaminliklə təmin edilən öhdəlik satıcı ilə alıcı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKL001564 saylı Nisyə alqı-satqı müqaviləsindən irəli gələn 870 manat məbləğində pul öhdəliyidir. Bu zaminlik Nisyə alqı-satqı müqaviləsi üzrə alıcı, satıcı qarşısında öz öhdəliklərini tamamilə icra edənədək qüvvədədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AKL001564 saylı “Nisyə Alqı-satqı” müqaviləsinə əlavə 1-dən görünür ki, cavabdehə bir ədədinin qiyməti 217,5 manat olan 4 ədəd Rapid 235/55R/19 adlı mal, 06 ay müddətinə aylıq ödəniş 145 manat olmaqla nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AKL001564 nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdehə bir ədədinin qiyməti 217,5 manat olan 04 ədəd Rapid 235/55R/19 adlı mal, 06 ay müddətinə aylıq ödəniş 145 manat olmaqla satılmışdır. İş materiallarında olan R-1216/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinə əlavə olunan saziş №. R-1216/**-RG-***6 (reqres barədə) görünür ki, onlar X2 şəxsində təmsil olunan "xxxx" QSC ( bundan sonra Faktor adlanacaq) və fiziki şəxs İddiaçı VÖEN ********** ( bundan sonra “Müştəri” adlanacaq) aralarında bağlanan R-1216/22 saylı, xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinə əlavə olaraq aşağıdakılar barədə saziş bağlanmış, yuxarıda qeyd olunan Faktorinq müqaviləsinə əsasən cədvəl üzrə ödənilməmiş cəmi 3168 manat borc məbləği müştəri tərəfindən Faktora reqres qaydada ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 870 (səkkiz yüz yetmiş) manat dəyərində nisyə mal almış, lakin aldığı malın dəyərini müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən, satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan nisyə mal alınmasına dair hüququndan istifadə etmiş, malın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh pulunu ödəmədiyindən, iddiaçı pulun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh qaytarılmamış borca görə 870 (səkkiz yüz yetmiş) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar