Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-135/2024 26.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun qaytarılması tələbi barədə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu rayon məhkəməsinə verdiyi iddia ərizəsində 01 iyun 2016-cı il tarixli 12-2703 saylı kredit müqaviləsi üzrə 23 fevral 2023-cü il tarixə ödənilməmiş cəmi 6353,02 manat məbləğində borcun-bundan 3804,23 manat əsas, 2119,36 manat faiz borcunun, 51,54 manat cərimənin və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitutsiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 377,89 manat faiz borcunun və iş üzrə ödənilmiş 83,53 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmənin icraatında LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş vardır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin, mülki iş üzrə icraata xitam verilsin. 2.1.Tərəflər təsdiq edirlər ki, cavabdehin 12-2703 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə BƏS-də 3804,23 manat əsas borcu, 2119,36 manat faiz borcu və 51,54 manat cərimə borcu mövcuddur. 2.2.Tərəflər razılaşır ki, borc məbləğinin ödənilməsi istiqamətində hərəkətlərin edildiyi, yəni bank əməliyyat sistemində olan qalıq əsas borc tam, faiz borcundan 1000 manat 30 iş günü müddətində ödənilməsi cavabdeh tərəfindən təmin olunmaqla, yerdə qalan kredit borcu isə aylara bölünərək ödənildiyi təqdirdə güzəşt tətbiq edilir. 2.3 Bu sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra kredit müqaviləsi üzrə 3230 manat məbləğinin 18 ay müddətində bərabər hissələrlə ödənilməsi təmin edilsin və yeni ödəniş qrafikinin icrasını cavabdeh öz üzərinə götürür. 2.4.İddiaçı bu sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 ay ərzində əməl edilmədiyi halda, bu saziş qüvvədən düşmüş hesab edilməklə, verilən güzəştlər ləğv edilir. 2.5. İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6.Bu sazişin 2.2 və 2.3-cü bəndlərinin icrası cavabdeh tərəfindən tam təmin olunduqdan sonra bank əməliyyat sistemində olan qalıq borc məbləğinə güzəşt tətbiq edilərək balansdan və bank əməliyyat sistemindən silinməsi təmin ediləcəkdir. 2.7.Tərəflər razılaşırlar ki, bu sazişin 2.3-cü bəndində göstərilən şərtlərinə əsasən 3230 manat məbləğinin 18 ay müddətində bərabər hissələrə bölünməklə ödənilməsinə 2 ay ərzində əməl edilmədiyi halda, qərar qüvvədən düşmüş hesab edilir, bu qərarla verilən güzəştlər ləğv ediləcək və borcun tutulması üçün müvafiq icra qurumuna müraciət ediləcək. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ödədiyi 83,53 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-135/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-135/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver