Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1373/2024 15.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ (mülki işin aidiyyatı üzrə göndərilməsi barədə) Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi iştirakı ilə iddiaçı “Bank VTB (Azərbaycan) ASCnin cavavdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə mülki işə 15 iyul 2024-cü ildə ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: iddiaçı “Bank VTB (Azərbaycan) ASC Salyan rayon məhkəməsinə verdiyi iddia ərizəsində “Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 332383-CNS-39172 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 4843.74 AZN məbləğində əsas borc, 55.35 AZN məbləğində faiz borcu,149.35 AZN məbləğində cərimə, ümumilikdə isə 5048.44 AZN məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70.48 AZN dövlət rüsumunun Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) ASC -nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank VTB (Azərbaycan) ASC-in nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasınında məlum olmuşdur ki, cavabdeh Cəfərov X1 rayonu, Ulacalı kəndində qeydiyyatdadır. Məhkəmə işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul olunmuşdur. Ona görə də mülki iş aidiyyəti üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin cavavdeh Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsi əsasında qeydə alınmış 2(057)-1373/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1373/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1373/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver