Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-139/2024 26.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı “Paşa Sığorta" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 6563,56 manat məbləğində vurulmuş zərərin, 85,63 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin alınaraq iddiaçı “Paşa Sığorta" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin ad və soyadının texniki olaraq səhv yazıldığından Cavabdeh 6563,56 manat məbləğində vurulmuş zərərin, 85,63 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin alınaraq iddiaçı “Paşa Sığorta" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** VD ***dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PV *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruzemarkalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. ** PV *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruzemarkalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PV *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 10884,37 (on min səkkiz yüz səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2022 -ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 10884,37 manat (on min səkkiz yüz səksən dörd manat, 37 qəpik) sığorta ödənişi (9224.05 manat ehtiyyat hissələri və təmir xərcləri, 1660 manat 29 qəpik ƏDV olmaqla) avtomobilin təmiri üçün “İdeal Motors" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" Şirkətitərəfindən "xxxx" ASC-yə 4070,81 (dörd min yetmiş manat səksən bir qəpik) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişi və azadolma məbləği çıxılmaqla qalıq məbləğ olan 6563,56 (altı min beş yüz altmış üç manat əlli altı qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi, "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 6563,56 (altı min beş yüz altmış üç manat əlli altı qəpik) manat məbləğində vəsait cavabdeh(lər) Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Odur ki, cavabdeh(lər) Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi 6563,56 (altı min beş yüz altmış üç manat əlli altı qəpik) manat məbləğində vəsaitin 85.63 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı «PAŞA Sığorta” ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AE 054359 saylı, xx.xx.2019-cu il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “BC” kateqoriyası üzrə sürücülük hüququ vardır. AD № 747171 saylı, xx.xx.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074” minik markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. xx.xx.2021-ci il tarixli, 131839 saylı “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatın surətindən görünür ki, ** PV *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtomobilə 10884,37 manat dəyərində zərər dəymişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 085-39574-1221 saylı arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən, 10884,37 manat (on min səkkiz yüz səksən dörd manat, 37 qəpik) sığorta ödənişi (9224.05 manat ehtiyyat hissələri və təmir xərcləri, 1660 manat 29 qəpik ƏDV olmaqla) avtomobilin təmiri üçün “İdeal Motors" MMC-nin hesabına köçürülmüşdür. «PAŞA Sığorta” ASC tərəfindən "xxxx" Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2018/L saylı bildiriş məktubundan görünür ki, subroqasiya tələbi hüququna əsasən 5000,00 (beş min) manat məbləğində vəsaitin «PAŞA Sığorta” ASC-nin bank hesabına köçürülməsi xahiş edilmişdir. «PAŞA Sığorta” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 5045/L saylı bildiriş məktubundan görünür ki, ** VD *** dövlət qeydiyyat nişanlı Vaz 21074 markalı avtonəqliyyat vasitəsi ilə «PAŞA Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PV *** dövlət qeydiyyat nişanlı Chevrolet Crzue markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «PAŞA Sığorta” ASC tərəfindən 10634,37 (on min altı yüz otuz dörd manat 37 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. Cavabdeh mülki məsuliyyəti "xxxx" Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4070,81 (dörd min yetmiş manat 81 qəpik) manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 6563,56 (altı min beş yüz altmış üç manat 56 qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində «PAŞA Sığorta” ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1449 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəə ekspertizasının rəyindən görünür ki, “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq olunmaqla təxminən 7886,00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1449 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəə, məhkəmə avtotexniki ekspertizasının 9/1449 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə razılaşaraq həmin rəyi kifayət qədər əsaslı, tam və dolğun sübut kimi qəbul edir, rəy üzrə gəlinmiş nəticəni düzgün və əsaslı hesab edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin, “Vaz 21074” minik markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, işin materialları ilə sübut olunur. Məhkəmə hesab edir ki, sığortalanmış “Chevrolet Cruze” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə “Vaz 21074” minik markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, (reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6563,56 (altı min beş yüz altmış üç manat əlli altı qəpik) manat məbləğində sığorta ödənişi əvəzi, ödənilmiş 85,63 (səksən beş manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xərci tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 6563,56 (altı min beş yüz altmış üç manat, əlli altı qəpik) manat məbləğində sığorta ödənişi əvəzi, ödənilmiş 85,63 (səksən beş manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xərci tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-139/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-139/2024
26.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver