Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-142/2024 08.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə borc və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vermiş olduğu iddia ərizəsində İddiaçı BOKT ASC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00197-01 №-li əsas kredit razılaşmasına əsasən cavabdehə 36 ay müddətinə 6200 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, 50 №-li mənzilini (Azərbaycan Respublikası Daşmmaz Əmlakm Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqımda Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Qeydiyyat № **********, tarix: xx.xx.2020) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tarixli 2022/000197-01İP nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci ildə qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarn Dövlət X3 Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 60.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kımi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: 19 oktyabr 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 5449,00 manat məbləğində qalıq, ona hesablanmış 1074.59 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 7523,59 manat məbləğində borc yaranmışdır. Göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00197-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 5449,00 manat məbləğində qalıq, ona hesablanmış 1074.59 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 7523,59 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 96 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 2b, 23 №-li mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 60.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1074,59 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsmə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 7523,59 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 96 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsinin xahiş etdi hiisəsində yanlışlıqla Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 2b, 23 №-li mənzil sözlərinin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, mənzil 50 Yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 78, M10, m2 sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncuların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş 2022/00197-01 nömrəli 16 avqust 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və iddiaçı cavabddehə 36 ay müddətinə 36 faiz dərəcəsi ilə 6200 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 2022/00197-01 №-li ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, mənzil 50 Yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 78, M10, m2 öhdəliyin təmin olunması üçün yüklü edilmişdir. İpotekanın dəyəri tərəflərin razılaşmasına əsasən 60.000 manat müəyyən edilmişdir. İş üzrə xx.xx.2024-cü ildə məhkəmə mühasibatlıq və daşınmaz əmlakın qiymətləndlirilməsi barədə ekspertiza təşkil olunmuş və rəy verilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.Tərəflərin təqsiri üzündən iş üzrə ekpert rəyinin alınması mümkün olmamışdır.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən iş üzrə ekspert rəyi almadan sübutlara qiymət verərək qətnamənin çıxarılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd olunmuşdur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh1 iddiaçıdan pul götürmüş, borcunu ödəməmiş və ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Ona görə də tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00197-01 nömrəli Kredit Müqaviləsinin ləğv edilməli, Cavabdeh1 kreditin əsas borcu üzrə 5449,00 manat məbləğində qalıq, ona hesablanmış 1074.59 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat məbləğində dəbbə pulu, cəmi 6623,59 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 84,50 manat məbləğində pul tutulmalı, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, mənzil 50 Yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 78, M10, m2-yə yönəldilməli, həmin əmlakın ilkin satış qiymətinin 60.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılmalıvə onun satışından əldə olunmuş pul vəsaiti hesabına tələb ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılmalı, orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə kredit borcu 5499 manata mütənasib olmadığından 1000 manat məbləğində cərimə pulunun 100 manat məbləğinə azaldılması məqsədəuyğundur. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 39.3.1-ci maddəsində qeyd olunmuşdur ki, ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.4. Tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5. Bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Həmin Qanunun 59.1-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00197-01 nömrəli Kredit Müqaviləsi ləğv edilsin, Cavabdeh1 kreditin əsas borcu üzrə 5449,00 manat məbləğində qalıq, ona hesablanmış 1074.59 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 100 manat məbləğində dəbbə pulu, cəmi 6623,59 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 84,50 manat alınıb İddiaçı BOKT ASC-nin hesabına köçürülsün, tələb Cavabdeh2 mülkiyyətində olan olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, mənzil 50 Yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 78, M10, m2-yə yönəldilsin, əmlakın ilkin satış qiyməti (likvid) 60.000 AZN məbləğində müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın,satışından əldə olunmuş pul vəsaiti hesabına tələb ödənilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın,orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-142/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-142/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver