Məhkəmə qərarları › İş №e-2(057)-142/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-142/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-142/2025 20.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmad Cəmiyyətinə qarşı «kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhimdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı «kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən əsas borc üzrə 14.861,47 manat (on dörd min səkkiz yüz altımış bir manat, 47 qəpik), faiz borcu üzrə 9105.37 manat (doqquz min bir yüz beş manat, 37 qəpik) olmaqla, cəmi 23.966,84 manat (iyirmi üç min doqquz yüz altımış altı manat, 84 qəpik) borcun, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də yerləşən 1 saylı binanın, blok 24, mərtəbə 10, 40 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin və 162 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-DİPK-88 nömrəli, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nın Nərimanov filialı ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Borclan”) arasında 03 oktyabr 2014-cü il tarixli İ-14/225 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 12 faizlə, 112 ay müddətinə 18.598.87 manat (on səkkiz min beş yüz doxsan səkkiz manat, 87 qəpik) məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km-də yerləşən 1 saylı binanın, blok 24, mərtəbə 10, 40 saylı 1 otaqdan ibarət olan ümumi sahəsi 45.47 kv.metr olan mənzilin alınması üçün tərəflər arasında razılaşdırılmış şərtlər daxilində 24 fevral 2014-cü il tarixdə 18504 saylı alqı- satqı müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin təminatı kimi zamin "xxxx" ASC ilə 03 oktyabr 2014-cü il tarixli, İ-14/225 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən “Borc verən” “Borcalan”a 18.598.87 manat (on səkkiz min beş yüz doxsan səkkiz manat, 87 qəpik) məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Eyni müqavilənin 4.1-ci maddəsinə əsasən kredit öhdəliyinin icrasının təminatı ipotekadır. (4.3-cü bənd) Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 03 oktyabr 2014-cü il tarixli İ-14/225 saylı kredit müqaviləsinin predmeti olan Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km-də yerləşən 1 saylı binanın, blok 24, mərtəbə 10, 40 saylı mənzildir. “Borcalan”a verilən vəsaitdən istifadə müddəti 112 (bir yüz on iki) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktikisayına görə kredit verənə illik 12 (on iki) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdeh1 banka hazırda olan borcu əsas borc üzrə 14.861,47 manat (on dörd min səkkiz yüz altımış bir manat, 47 qəpik), faiz borcu üzrə 9105.37 manat (doqquz min bir yüz beş manat, 37 qəpik) olmaqla, cəmi 23.966,84manat (iyirmi üç min doqquz yüz altımış altı manat, 84 qəpik) təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən əsas borc üzrə 14.861,47 manat (on dörd min səkkiz yüz altımış bir manat, 47 qəpik) , faiz borcu üzrə 9105.37 manat (doqquz min bir yüz beş manat, 37 qəpik) olmaqla, cəmi 23.966,84 manat (iyirmi üç min doqquz yüz altımış altı manat, 84 qəpik) borcun, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də yerləşən 1 saylı binanın, blok 24, mərtəbə 10, 40 saylı mənzilinə yönəldiərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin və 162 (bir yüz altımış iki) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 31 yanvar 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, ipoteka müqaviləsinin yazılı formada bağlanılmadığından məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 22 yanvar 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək, faiz məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlərdən "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; 03 oktyabr 2014-cü il tarixli İ-14/225 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nın Nərimanov filialı ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Borclan”) arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 12 faizlə, 112 ay müddətinə 18.598.87 (on səkkiz min beş yüz doxsan səkkiz manat, 87 qəpik) manat məbləğində kredit verilmişdir. 03 oktyabr 2014-cü il tarixli, İ-14/225 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə zaminlik müqaviləsi bağlanmış və 03 oktyabr 2014-cü il tarixli İ-14/225 saylı kredit müqaviləsinə əsasən 18598.87 manat məbləğində 122 ay müddətinə Borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi, Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməməsinə görə, Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürmüşdür. 24 fevral 2014-cü il tarixli, 18504 saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km-də yerləşən 1 saylı binanın, blok 24, mərtəbə 10, 40 saylı 1 otaqdan ibarət olan ümumi sahəsi 45.47 kv.metr olan mənzilin alınması üçün tərəflər arasında razılaşdırılmış şərtlər daxilində alqı-satqı müqaviləsi bağlamışlar. 20 oktyabr 2017-ci il tarixli, S-DİPK-88 nömrəli təhvil-təslim aktının surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər İddiaçı QSC-yə verilmişdir. 15 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 03 oktyabr 2014-cü il tarixli, İ-14/225 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixinə 14.861,47 manat (on dörd min səkkiz yüz altımış bir manat, 47 qəpik), faiz borcu üzrə 9105.37 manat (doqquz min bir yüz beş manat, 37 qəpik) olmaqla, cəmi 23.966,84 manat (iyirmi üç min doqquz yüz altımış altı manat, 84 qəpik) təşkil edir. 24 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, "xxxx" ASC-nın Nərimanov filialı ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Borclan”) arasında 03 oktyabr 2014-cü il tarixli İ-14/225 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 12 faizlə, 112 ay müddətinə 18.598.87 manat (on səkkiz min beş yüz doxsan səkkiz manat, 87 qəpik) məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km-də yerləşən 1 saylı binanın, blok 24, mərtəbə 10, 40 saylı 1 otaqdan ibarət olan ümumi sahəsi 45.47 kv.metr olan mənzilin alınması üçün tərəflər arasında razılaşdırılmış şərtlər daxilində 24 fevral 2014-cü il tarixdə 18504 saylı alqı-satqı müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin təminatı kimi zamin "xxxx" ASC ilə 03 oktyabr 2014-cü il tarixli, İ-14/225 saylı Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-DİPK-88 nömrəli, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş üzrə iddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2014-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1.); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2.); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3.). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin olunmalı, Cavabdeh1 14.861,47 manat (on dörd min səkkiz yüz altımış bir manat, 47 qəpik), faiz borcu üzrə 9105.37 manat (doqquz min bir yüz beş manat, 37 qəpik) olmaqla, cəmi 23.966,84 manat (iyirmi üç min doqquz yüz altımış altı manat, 84 qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İddia tələbinin tələbdə qeyd edilən məbləğin, həmçinin, müştərək qaydada "xxxx" ASC-dən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" ASC qarşısındakı öhdəliyi digər borclu olan "xxxx" ASC-nin zaminliyi ilə təmin edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 oktyabr 2014-cü il tarixli, İ-14/225 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə zaminlik müqaviləsi bağlanmış və 03 oktyabr 2014-cü il tarixli İ-14/225 saylı kredit müqaviləsinə əsasən 18598.87 manat məbləğində 122 ay müddətinə Borcluya verilən kreditin və ona hesablanmış fazilərin qaytarılmasının təminatı kimi, Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməməsinə görə, Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankadkı vəsaitləri, qiymərli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Göründüyü kimi, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi, ipoteka müqaviləsi yazılı formada bağlanılmalı, notariat qaydasında təsdiq edilməli, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Hazırki iş materiallarından görünür ki, Cavabdeh1 ilə xx.xx.2014-ci il tarixdə öhdəliyin icrasının təminatı kimi yazılı formada ipoteka müqaviləsi bağlanılmamış, kredit müqaviləsinin 4.3-cü bəndində kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km-də yerləşən 1 saylı binanın, blok 24, mərtəbə 10, 40 saylı 1 otaqdan ibarət olan ümumi sahəsi 45.47 kv.metr olan mənzil göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka müqaviləsi yazılı formada bağlanılmadığından, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 162 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən əsas borc üzrə 14.861,47 manat (on dörd min səkkiz yüz altmış bir manat, 47 qəpik), faiz borcu üzrə 9105.37 manat (doqquz min bir yüz beş manat, 37 qəpik) olmaqla, cəmi 23.966,84 (iyirmi üç min doqquz yüz altımış altı manat, 84 qəpik) manat və 162 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən əsas borc üzrə 14.861,47 manat (on dörd min səkkiz yüz altmış bir manat, 47 qəpik), faiz borcu üzrə 9105.37 (doqquz min bir yüz beş manat, 37 qəpik) olmaqla, cəmi 23.966,84 manat (iyirmi üç min doqquz yüz altımış altı manat, 84 qəpik) məbləğində pul və 162 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar