Məhkəmə qərarları › İş №e-2(057)-1490/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1490/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1490/2023 12.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, iddiaçı "xxxx" Qapalı Səhimdar Cəmiyyətinin cavabdeh Tapdıqova Niyaz Abbasəli oğluna qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhimdar Cəmiyyəti (bundan sonra "xxxx" QSC) cavabdeh Tapdıqova Niyaz Abbasəli oğluna qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tapdıqova Niyaz Abbasəli oğlundan əsas məbləğ üzrə 138.20 manat, faiz borcu üzrə 17.56 manat, cərimə borcu üzrə 21.66 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi borc üzrə 184.22 manat manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə "xxxx" QSC və Tapdıqova Niyaz Abbasəli oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Tapdıqova Niyaz Abbasəli oğluna istehlak yönümlü 400 manat məbləğində, 15 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə əsas məbləğ üzrə 138.20 manat, faiz borcu üzrə 17.56 manat, cərimə borcu üzrə 21.66 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi borc üzrə 184.22 manat manat manat borcu vardır. Göstərilənləri nəzərə alaraq, Tapdıqova Niyaz Abbasəli oğlundan əsas məbləğ üzrə 138.20 manat, faiz borcu üzrə 17.56 manat, cərimə borcu üzrə 21.66 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi borc üzrə 184.22 manat manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin surətindən görünür ki, bank tərəfindən cavabdeh Tapdıqova Niyaz Abbasəli oğluna istehlak yönümlü 400 manat məbləğində, 15 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. İş materiallarında olan "xxxx" QSC-nin maliyyə arayışından görünür ki, "xxxx" QSC ilə Tapdıqova Niyaz Abbasəli oğlunun əsas məbləğ üzrə 138.20 manat, faiz borcu üzrə 17.56 manat, cərimə borcu üzrə 21.66 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi borc üzrə 184.22 manat manat borcu vardır. İş materiallarında olan 05 may 2023-cü il tarixli, 00383 saylı bildirişin (pretenziya) surətindən görünür ki, Tapdıqova Niyaz Abbasəli oğlu kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən dövlət nəfinə 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış kredit müqaviləsi üzrə kredit borcu 138.20 manata mütənasib olmadığından 21.66 manat məbləğində cərimə pulunun 03 manat, məbləğinə azaldılması məqsədəuyğundur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Tapdıqova Niyaz Abbasəli oğlundan əsas məbləğ üzrə 138.20 manat, faiz borcu üzrə 17.56 manat, cərimə borcu üzrə 03 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi borc üzrə 184.22 manat manat məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 27 manat məbləğində dövlət rüsum "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Tapdıqova Niyaz Abbasəli oğlundan əsas məbləğ üzrə 138.20 manat, faiz borcu üzrə 17.56 manat, cərimə borcu üzrə 03 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 02 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi borc üzrə 184.22 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 27 manat məbləğində pul tutulub "xxxx" QSC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar