Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1518/2023 11.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, Cavabdeh (Rəhmilə) Gözəl qızının iştirakı ilə İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyətinin Cavabdeh (Rəhmilə) Gözəl qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" KB ASC) Cavabdeh (Rəhmilə) Gözəl qızına qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmiyyətin xeyrinə 6367.68 manat əsas məbləğ üzrə, 109.94 manat faiz, cəmi 6477.62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 85.18 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3945sSLY/18 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 %-dək olmaq şərti ilə 20000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 04 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Bank bu müqavilə müddətinin sonunadək həmin müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəsmiləşdirə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği banka qaytarmasını öz öhdəsinə götürmüşdür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu müqavilə ilə müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2019-cu il tarixində illik 27% olmaqla 7350 manat məbləğində kredit köçürülmüşdür. Kredit məbləğinin ödəniş kartına köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Salyan Rayon 2 saylı Xüsusi Notariat Ofisinin məlumatına əsasən Cavabdeh (Rəhmilə) Gözəl qızı mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh (Rəhmilə) Gözəl qızından "xxxx" KB ASC-nin xeyrinə 6367.68 manat əsas məbləğ üzrə, 109.94 manat faiz, cəmi 6477.62 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 85.18 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh tərəfindən təqdim olunan şəxsiyyət vəsiqəsi ilə müəyyən edildi ki, cavabdehin adı Rəhmilədir. Cavabdeh adını dəyişdikdən sonra şəxsiyyət vəsiqəsini dəyişmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh (Rəhmilə) Gözəl qızı bildirmişdir ki, iddianı qəbul etmir. Əri ilə birgə nikah dövründə mənzil əldə etmişlər. Əri vəfat etdikdən sonra 26000 (iyirmi altı min) manata sataraq borcları ödəmişdir. Heç bir yerdən gəliri yoxdur. Qaynatasının pensiyası ilə dolanır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 3945sSLY/18 saylı kredit müqaviləsindən görünür ki, X5 ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 %-dək olmaq şərti ilə 20000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli arayışından görünür ki, X3 3945sSLY/18 saylı kredit müqaviləsi üzrə 07 avqust 2023-cu il tarixinə banka 6367.68 manat əsas, 109.94 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 6477.62 manat məbləğində borcu vardır. Məhkəmədə elan olunmuş bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 85.18 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan X4 ksero surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Salyan rayonu 2 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli X11 X1 görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan -arvadı Cavabdeh (Rəhmilə) Gözəl qızıdır və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə ilə verilən miras ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 verilmiş **********30- 05101-093013 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47.9 kv.m olan mənzildən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isəaldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan - arvadı Cavabdeh (Rəhmilə) Gözəl qızıdır və o, miras əmlakdan tam hissədə pay almışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 85.18 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh (Rəhmilə) Gözəl qızından 6367.68 manat məbləğində əsas borc, 109.94 manat faiz borcu və 85.18 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Abbasova Rəhmilə (Rəhilə) Gözəl qızından 6367,68 manat əsas, 109,94 manat faiz borc və ödənilmiş 85,18 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6477,62 manat məbləğində pul tutularaq "xxxx" X12 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1518/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1518/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver