Məhkəmə qərarları › İş №e-2(057)-1554/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1554/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1554/2023 28.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 vərəsəsi Cavabdeh cəmiyyətin xeyrinə 13 iyul 2020-ci il tarixli, BPM**********08 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat əsas, 0 manat faiz olmaqla, cəmi 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 68.79 (altmış səkkiz manat yetmiş doqquz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Şirvan” filialı ilə X7 arasında bağlanmış 13 iyul 2020-ci il tarixli, BPM **********08 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 40 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 6200 manat məbləğində kredit verilmişdir. X1 07 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Salyan rayon 2 saylı xüsusi Notariat ofisi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli, 204g nömrəli məktub və 08 dekabr 2021-ci il tarixli X11 hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X5 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı (nəqliyyat vasitəsi) qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş 08 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən X5 vəfat etdiyi tarixə banka ödənilməmiş 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat əsas, 0 manat faiz olmaqla, cəmi 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat kredit borcu qalmışdır. Cavabdeh, mərhum X3 qalmış mirası (nəqliyyat vasitəsi) qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Odur ki, mərhum X5 vərəsəsi Cavabdeh cəmiyyətin xeyrinə 13 iyul 2020-ci il tarixli, BPM**********08 №-li kredit müqaviləsi üzrə ödənilməmiş 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat əsas, 0 manat faiz olmaqla, cəmi 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 68.79 (altmış səkkiz manat yetmiş doqquz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-1554/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № BPM**********08 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, X6 hər ay 207.3 manat ödəmək şərti ilə 40 ay müddətinə, 18 % dərəcəsi ilə 6200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat əsas, 0 manat faiz, cəmi 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat məbləğində borcu vardır. Məhkəmədə elan olunmuş bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 68.79 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan X4 ksero surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Salyan rayonu 2 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2021-ci il tarixli X11 X2 görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X5 vərəsəsi-Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olan arvadı Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə üzrə verilən miras əmlak Şirvan RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AD197657 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBADE21000BM80426, mühərrikin nömrəsi və buraxılış ili 1996-cı il olan BMW 535 minik markalı **-SS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isəaldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi: Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olan - arvadı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 68.79 (altmış səkkiz manat yetmiş doqquz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat məbləğində əsas borc, 0 manat faiz borcu və 68.79 (altmış səkkiz manat yetmiş doqquz) manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4878.43 (dörd min səkkiz yüz yetmiş səkkiz manat qırx üç qəpik) manat, 0 manat faiz borc və ödənilmiş 68.79 (altmış səkkiz manat yetmiş doqquz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4947.22 (dörd min doqquz yüz qırx yeddi manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar