Məhkəmə qərarları › İş №e-2(057)-1593/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-1593/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-1593/2024 17.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC məhkəməyə müraciət edərək Cavabdeh kreditin əsas borcu üzrə 12000 manat məbləğində qalıq, ona hesablanmış 2013,73 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1788 manat məbləğində dəbbə pulu, cəmi 15.157,73 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 136 manat məbləğində pulun tutulması və tələbin Cavabdeh mülkiyyətində olan marka/modeli: TOYOTA LAND-CRUİSER -PRADO MİNİK TİP UNİVERSAL, buraxılş ili: 2007, ban: № JTEBU29J505112327 rəngi: gümüşü metallik, mühərrik həcmi 4000 sm”3 olan nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 12000 manat məbləğində qalıq ona hesablanmış 2013,73 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1788 manat məbləğində dəbbə pulu, cəmi 15.157,73 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 136 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi Ruslan Əzizov məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlamaqla, əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı BOKT ASC-yə qaytarılsın. İddiaçı BOKT ASC-nin ödədiyi 136 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar