Məhkəmə qərarları › İş №e-2(057)-1595/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1595/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1595/2024 17.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vermiş olduğu iddia ərizəsində vaxtı keçmiş kredit borclarınn resitrukturizasiya edilməsi barədə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatırın İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının( İddiaçı QSC) Salyan filialı ilə Cavabdeh1 arasında 24 dekabr 2020-ci il tarixli 65 və 66 saylı "Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. 24 dekabr 2020-ci il tarixli 65 saylı Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 2344,04 manat vaxtı keçmiş kredit borcunu və 24 dekabr 2020-ci il tarixli 66 saylı Restrukturizasiya müqaviləsinə əsasən isə 3921,99 manat vaxtı keçmiş borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh1 ilə bağlanmış 24 dekabr 2020-ci il tarixli 65 və 66 saylı Restrukturizasiya Müqaviblərinin təminatı kimi İddiaçı QSCnin Salyan filialı ilə Cavabdeh2 arasında 24 dekabr 2020-ci il tarixli 65 və 66 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1 güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bağlanmış xx.xx.2020-ci il tarixli 65 saylı Restrukturizasiya Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı QSC -yə olan əsas borcu 3336,83 manat, faiz borcu, 48,02 manat, cəmi 3384,85 manat borcun və 24 dekabr 2020-ci il tarixli 66 saylı Restrukturizasiya müqaviləsinə əsasən əsas borc üzrə 1748.91 manat, faiz borc üzrə 24.06 manat olmaqla, cəmi 1772.97 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdeh və onun zamini Cavabdeh2 dəfələrlə müraciət olunmasına baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24 dekabr 2020-ci il tarixli 65 saylı Restrukturizasiya müqaviləsinə əsasən əsas borc üzrə 3336,83 manat, faiz borc üzrə 48.02 manat olmaqla, cəmi 3384,85 manat borcun və 24 dekabr 2020-ci il tarixli 66 saylı Restrukturizasiya müqaviləsinə əsasən əsas borc üzrə 1748.91 manat, faiz borc üzrə 24.06 manat olmaqla, cəmi 1772.97 manat borcun və 71,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq, işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmədə elan olunmuş 24 dekabr 2020-ci il tarixli 65 saylı Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 2344,04 manat vaxtı keçmiş kredit borcunu və 24 dekabr 2020-ci il tarixli 66 saylı Restrukturizasiya müqaviləsinə əsasən isə 3921,99 manat vaxtı keçmiş borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 (beş) il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 24 dekabr 2020-ci il tarixli 65 və 66 saylı Restrukturizasiya Müqaviblərinin təminatı kimi İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh2 arasında 24 dekabr 2020-ci il tarixli 65 və 66 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan bildirişdən görünür ki Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 71,57 manat dövlət rüsümu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib və araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdehlər isə tam icra etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu məcəllə və müqavilə ilə yarı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24 dekabr 2020-ci il tarixli 65 saylı Restrukturizasiya müqaviləsinə əsasən əsas borc üzrə 3336,83 manat, faiz borc üzrə 48.02 manat olmaqla, cəmi 3384,85 manat borcun və 24 dekabr 2020-ci il tarixli 66 saylı Restrukturizasiya müqaviləsinə əsasən əsas borc üzrə 1748.91 manat, faiz borc üzrə 24.06 manat olmaqla, cəmi 1772.97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 71,57 manat tutularaq, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar