Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1598/2023 21.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(073)-844/2020 saylı qətnaməsi dəyişdirilərək, ərizəsi təqdim edilən gündən başlayaraq 01 oktyabr 2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atası Cavabdeh hər ay, hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləği miqdarında alimentin və 50 manat mediasiya rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarındakı nikah Salyan Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(057)-796/2018 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(073)-844/2020 saylı qətnaməsi ilə övladları 01 oktyabr 2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 hər ay manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Hazırki iqtisadi çətinlik dövründə övladının saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağının tələbatlarını heç cürə ödəmir. Əlavə olaraq bildirir ki, hal-hazırda cavabdeh maddi cəhətdən tam təmin olunmuşdur. Sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müntəzəm qazanca malikdir. O, ana kimi azyaşlı uşağının saxlanılmasında maddi cəhətdən çox çətinlik çəkir. Hazırki dövrə qədər cavabdeh öz uşağının təlim tərbiyəsi ilə maraqlanmamış, onun saxlanılması və böyüdülməsində iştirak etməyərək əlavə maddi yardım göstərməmişdir. Buna görə də, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, iddia ərizəsi başqa şəxs tərəfindən tərtib edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)- 796/2018 saylı qətnaməsi ilə cavabdeh ilə aralarındakı nikah pozulmuş və birgə nikahlarından olan 01 oktyabr 2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay, hər uşağa 90 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Daha sonra alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş, Cəlillabad Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(073)-844/2020 saylı qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-796/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən hər ay, hər uşağa 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə ailə qurduqdan sonra Rusiyada bir müddət yaşamış, sonradan Azərbaycana qayıtmışdır. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır. Cavabdeh 6 ay heç bir aliment ödəməmişdir. Son iki ay hər ay 200 manat pul ödəmişdir. Cavabdeh avqust və sentyabr aylarında Azərbaycana gəlsə də borcunu tam olaraq ödəməmişdir. Cavabdeh ona pul vermir, lakin tam gəlirləri barədə məlumat verməmişdir. Özünün hal-hazırda evi yoxdur, kirayədə yaşayır. Aylıq 460 manat əmək haqqı alır. Hər ay, hər uşaq üçün 200 manat aliment tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan Cəlilabad Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(073)-844/2020 saylı qətnaməsindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-796/2018 saylı qətnaməsi ilə 01 oktyabr 2007-ci ildə doğulmuş X4, xx.xx.2009-cu ildə doğulmuş X6 və xx.xx.2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 01 oktyabr 2007-ci ildə doğulmuş X4, xx.xx.2009-cu ildə doğulmuş X6 və xx.xx.2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X1 ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 01 oktyabr 2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyasının üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşaqların saxlanılmalarında çətinlik çəkməsi, uşaqların böyüməsi ilə bağlı tələbatlarının artması, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan 01 oktyabr 2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cəlilabad Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(073)-844/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay, hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mediasiya haqqında Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 46 (qırx altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-844/2020 saylı, 05 iyun 2020-ci tarixli qətnaməsi ilə ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cəlilabad Rayon Məhkəməsinin 2(073)-844/2020 saylı, 05 iyun 2020-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay hər uşaq üçün 130 (yüz əlli) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat ilkin mediasiya sessiyası xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 66.80 (altmış altı manat səksən qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1598/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1598/2023
21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver