Məhkəmə qərarları › İş №e-2(057)-1601/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1601/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1601/2023 25.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 25 oktyabr 2023-cü ildə Salyan rayonu Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı vermiş olduğu iddia ərizəsində Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN-03224-16/22A saylı Kredit Müqaviləsi bağlanılmış və illik 18 faiz hesablanması şərti ilə 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka, ümumilikdə 4868,63 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli, FN -03224-16/22A saylı Kredit Müqaviləsi-nə əsasən xx.xx.2023-cü il tarixə Bank "xxxx" ASC-yə borclu olduğu 4629,68 manat məbləğində əsas, 169,77 manat məbləğində faiz, 69.18 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 4868,63 manat məbləğində pul məbləğinin və 68,69 manat manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə Bank "xxxx" ASC arasında xx.xx.2022ci il tarixli, FN -03224-16/22A saylı Kredit Müqaviləsi bağlanılmış və illik 18 faiz hesablanması şərti ilə 48 ay müddətinə ona 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan pretenziyadan görünür ki, Bank "xxxx" ASC cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməsi, əks təqdirdə iddiaçının məhkəmədə iddia qaldıracağı barədə xəbərdar etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 68,69 manat dövlət rüsümu ödəmişdir. İş materiallarında olan arayışından görünür ki, Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, FN -03224-16/22A saylı Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 4629,68 manat məbləğində əsas, 169,77 manat məbləğində faiz, 69.18 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 4868,63 manat məbləğində pul məbləğinin və 68,69 manat manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı manat məbləğində pul borclu qalmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh bankdan pul götürmüş, götürdüyü pulu ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən, «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4629,68 manat məbləğində əsas, 169,77 manat məbləğində faiz, 69.18 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 4868,63 manat pul məbləğinin və 68,69 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar