Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-167/2025 12.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı icarə müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 150.33 (bir yüz əlli manat 33 qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi bağlanmışdır.Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı borcu ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 150.33 (bir yüz əlli manat otuz üç qəpik) manat icarə haqqı borcu vardır. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-13594/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Ona görə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, Cavabdehdən icarə haqqı borcu üzrə 150.33 (bir yüz əlli manat 33 qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd edilən qeyri-yaşayış sahəsinin boşaldıldığını və bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edildiyini bildirmişdir. Hazırda, cavabdehin xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan icarə borcu 147.91 (yüz qırx yeddi manat doxsan bir qəpik) təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən 72.2 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və cavabdehdən xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış 147.91 manat (yüz qırx yeddi manat doxsan bir qəpik) məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbinin azaldılması barədə ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə icarə müvaqiləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 3-21-3/2-13594/2024 nömrəli bildirişin surətindən görünür ki, cavabdehə yaranmış icarə haqqı borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Şəxsi hesab vərəqindən görünür ki, icarəçinin 2822 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməli olan 147.91 manat (yüz qırx yeddi manat doxsan bir qəpik) icarə haqqı borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin əməkdaşları Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi X2, aparıcı məsləhətçi Nümayəndə2, Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçi X3 tərəfindən tərtib edilmiş 15 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Salyan "xxxx" MMC-nin balansında olan Salyan şəhəri, Nazim Babayev küçəsi,1 ünvanında, 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72.2 kv.m təşkil edən və Cavabdeh tərəfindən icarə müqaviləsi əsasında istifadə olunmuş qeyri-yaşayış sahəsi xx.xx.2024-cü il tarixində ƏMDXnin nümayəndələrinin iştirakı olmadan boşaldılmışdır. Sonradan sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, obyekt boş və istifadəsizdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı borcu ödənilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd edilən qeyri-yaşayış sahəsi boşaldılmışdır. Hazırda cavabdehin xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan icarə borcu 147.91 (yüz qırx yeddi manat doxsan bir qəpik) təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdeh icarə obyektindən istifadə edərək müqavilə üzrə hüquqlarından istifadə etsə də, icarə ödənişlərini həyata keçirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh icarə müqaviləsi üzrə aylıq ödənişlərinin ödənilməsi barədə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 147.91 manat məbləğində icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 704.1-ci maddəsinə əsasən, Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İş materiallarından görünür ki, qeyd olunan qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun qaydada müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif edildiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, həmçinin, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduğundan, məhkəmə hesab edir ki, iddiaçı icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 147.91 manat məbləğində icarə haqqı tutularaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 2822 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə ödənilməmiş 147.91 manat məbləğində icarə haqqı tutularaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin (VÖEN **********) Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-167/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-167/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver