Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1682/2023 02.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “borc pul” tələbi dair kiçik iddialara iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 27 iyul 2022-ci il tarixli, № BPM**********01 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 300 manat əsas, 60.98 manat faiz olmaqla, cəmi 360.98 manat məbləğində kredit borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Bankın “Salyan” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № BPM**********01 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kredit verilmişdir. Cavabdehlə yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam Salyanda yerinə yetirməmişdir. "xxxx" ASC-nin Salyan filialı tərəfindən tqdim edilmiş maliyyə arayışına əsasən, 03 avqust 2023-cü il tarixə Cavabdeh banka 300 manat əsas, 60.98 manat faiz olmaqla, cəmi 360.98 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 27 iyul 2022-ci il tarixli, № BPM**********01 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 300 manat əsas, 60.98 manat faiz olmaqla, cəmi 360.98 manat məbləğində kredit borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № BPM**********01 saylı xx.xx.2022-ci il tarixli “Tam kart Müqaviləsi”ndən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 300 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka ödənilməmiş əsas borc 300 manat, 60.98 manat faiz olmaqla, cəmi 360.98 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30.40 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh № BPM**********01 saylı, xx.xx.2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən ödənilməmiş əsas borc 300 manat, 60.98 manat faiz olmaqla, cəmi 360.98 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 344-1-344-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh № BPM**********01 saylı, xx.xx.2022-ci il tarixli Tam kart müqaviləsinə əsasən ödənilməmiş əsas borc 300 manat, 60.98 manat faiz olmaqla, cəmi 360.98 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1682/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1682/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver