Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1723/2024 03.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı «Kapital Bank” ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Kapital Bank” ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «Kapital Bank” ASC-nin xeyrinə 5001,24 manat əsas məbləğ üzrə, 806,48 manat faiz üzrə, cəmi 5807,72 manat borcun xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş dövlət rüsumu olaraq ödənilmiş 92,98 manat məbləğində xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmişsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli GTKR**********9 saylı kredit müqaviləsinə əsasən ona 24 ay, illik 17,5 faiz dərəcəsi ilə 8000 AZN kredit verilmişdir. Daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmişsaitinin köçürülməsi yolu ilə verilmişdir.İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB**********9 saylı Kredit müqaviləsinə əsasən illik 27 faiz dərəcəsi ilə 1000 AZN onun kartına mədaxil edilmişdir.Daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmişsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsədə, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.İdiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları Bildiriş məktubu xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş məktubun göndərilməsini sübut edən Poçt reyestridir.Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə "Kapital Bank” ASC-nə xx.xx.2023cü il tarixli GTKR002514B299 saylı kredit müqaviləsinə əsasən 5001,24 AZN əsas: 806,48 AZN faiz: cəmi 5807,72 AZN borcu, xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı müqaviləsinə əsasən 763,30 AZN əsas: 165,68 AZN faiz: cəmi 5807,72 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya Qaydasında olunma) borcun qaytarılması təmin edilməmişdir.Odur ki, Cavabdeh iddiaçı «Kapital Bank” ASC-nin xeyrinə 5001,24 manat əsas məbləğ üzrə, 806,48 manat faiz üzrə, cəmi 5807,72 manat borcun, xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş 87,37 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Kapital Bank” ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, məhkəmə sonuncunun iştirakı olmadan işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; «Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli GTKR**********9 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 17,5 faiz dərəcəsi ilə 8000 manat kredit verilmişdir. «Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 1000 manat kredit verilmişdir. 10 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, bank cavabdehi borc barədə xəbərdar etmiş, xx.xx.2023-cü il tarixli GTKR**********9 saylı kredit müqaviləsinə əsasən 5001,24 AZN əsəs, 806,48 AZN faiz, cəmi 5807,72 AZN borcun, xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş 87,37 AZN dövlət rüsumunun ödənilməsini tələb etmişdir. 22 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli GTKR**********9 saylı kredit müqaviləsinə əsasən 5001,24 AZN əsəs, 806,48 AZN faiz, cəmi 5807,72 AZN borcu vardır. 22 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcu vardır 22 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 87,37 manat dövlət rüsumu ödəmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iddiaçı «Kapital Bank” ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 87,37 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli GTKR**********9 saylı kredit müqaviləsinə əsasən 5001,24 AZN əsəs, 806,48 AZN faiz, cəmi 5807,72 AZN borcun, xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borc və 87,37 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Kapital Bank” ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli GTKR**********9 saylı kredit müqaviləsinə əsasən 5001,24 AZN əsəs, 806,48 AZN faiz, cəmi 5807,72 AZN borcun, xx.xx.2023-cü il tarixli BRCB0470620B299 saylı kredit müqaviləsinə əsasən 763,30 AZN əsəs, 165,68 AZN faiz, cəmi 928,98 AZN borcun və ödənilmiş 87,37 AZN məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «Kapital Bank” ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1723/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1723/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver