Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1794/2025 03.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT-nin Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh xx.xx.2024-cü il tarixli, **********2074 saylı kredit müqaviləsinə əsasən 2000 (iki min) manat əsas borc, 322 (üç yüz igirmi iki) manat faiz borcu, 263 (iki yüz altmış üç) manat 97 (doqsan yeddi) qəpik cərimə, ümumilikdə 2585 (iki min beş yüz səksən beş) manat 97 (doqsan yeddi) qəpik və 45 (qırx beş) manat 86 (səksən altı) qəpik məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2631 (iki min altı yüz otuz bir) manat 83 (səksən üç) qəpik alınaraq İddiaçı MM QBKT -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh İddiaçı ilə müddəti 12 ay olmaqla xx.xx.2024-cü il tarixli, **********2074 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2000 (iki min) manat pulu 28% ilə kredit götürmüş, hər ay 194 (bir yüz doqsan dörd) manat olmaqla ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdehin müqavilə üzrə heç bir ödəniş etməmişdir. Odur ki, cavabdehdən 2000 (iki min) manat əsas borc, 322 (üç yüz igirmi iki) manat faiz borcu, 263 (iki yüz altmış üç) manat 97 (doqsan yeddi) qəpik cərimə, ümumilikdə 2585 (iki min beş yüz səksən beş) manat 97 (doqsan yeddi) qəpik və 45 (qırx beş) manat 86 (səksən altı) qəpik, cəmi 2631 (iki min altı yüz otuz bir) manat 83 (səksən üç) qəpik pulun alınaraq İddiaçı MM QBKT -yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********2074 saylı kredit müqaviləsindən görünür ki, Alıcı 12 ay müddətinə cəmi 2000 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixli, **********2074 saylı kredit müqavilə üzrə 2000 (iki min) manat əsas borc, 322 (üç yüz igirmi iki) manat faiz borcu, 263 (iki yüz altmış üç) manat 97 (doqsan yeddi) qəpik cərimə, ümumilikdə 2585 (iki min yüz beş səksən beş) manat 97 (doqsan yeddi) qəpik borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 45 (qırx beş) manat 86 (səksən altı) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla, məhkəmə belə qənaətə gəlir ki, əsas borca münasibətdə cavabdehdən cərimələrin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 2000 (iki min) manat əsas borc, 322 (üç yüz iyirmi iki) manat faiz borcu, 163 (bir yüz altmış üç) manat 97 (doqsan yeddi) qəpik cərimə, cəmi 2485 (iki min dörd yüz səksən beş) manat 97 (doqsan yeddi) qəpik və iddia tələbinin ödənilmiş hissəsinə uyğun 44 (qırx dörd) manat 86 (səksən altı) qəpik məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 2530 (iki min beş yüz otuz) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat əsas borc, 322 (üç yüz iyirmi iki) manat faiz borcu, 163 (bir yüz altmış üç) manat 97 (doxsan yeddi) qəpik cərimə, cəmi 2485 (iki min dörd yüz səksən beş) manat 97 (doxsan yeddi) qəpik və iddia tələbinin ödənilmiş hissəsinə uyğun 44 (qırx dörd) manat 86 (səksən altı) qəpik məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 2530 (iki min beş yüz otuz) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MM QBKT-nın hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetindən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(057)-1794/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1794/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver