Məhkəmə qərarları › İş №e-2(057)-181/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-181/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-181/2024 30.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5360742A143 saylı kredit müqaviləsinə əsasən 3619.2 manat əsas, 305.19 manat faiz, cəmi 3924.39 manat borc, xx.xx.2022-ci il tarixli BBUM5450687A299 saylı kredit kartına dair müqaviləyə əsasən 919.79 manat əsas, 215.22 manat faiz, cəmi 1135.01 manat borcun, ümumilikdə 5059.4 manat borcun və ödənilmiş 70.59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5360742A143 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 19.19 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BBUM5450687A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1150 manat məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR5360742A143 saylı kredit müqaviləsinə əsasən 3619.2 manat əsas, 305.19 manat faiz, cəmi 3924.39 manat borcu, xx.xx.2022-ci il tarixli BBUM5450687A299 saylı kredit kartına dair müqaviləyə əsasən 919.79 manat əsas, 215.22 manat faiz, cəmi 1135.01 manat borcu yaranmışdır. Ümumilikdə 5059.4 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5360742A143 saylı kredit müqaviləsinə əsasən 3619.2 manat əsas, 305.19 manat faiz, cəmi 3924.39 manat borc, xx.xx.2022-ci il tarixli, BBUM5450687A299 saylı kredit kartına dair müqaviləyə əsasən 919.79 manat əsas, 215.22 manat faiz, cəmi 1135.01 manat borcun, ümumilikdə 5059.4 manat borcun və ödənilmiş 70.59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin rəisi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, № GTKR5360742A143 saylı kredit müqaviləsinin ksero surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 19.19 faiz dərəcəsi ilə 4500 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № BBUM5450687A299 saylı kredit kartına dair müqavilənin ksero surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1150 manat kredit verilmişdir. İş materiallarında olan Cavabdeh adına verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, № GTKR5360742A143 saylı kredit müqaviləsinə əsasən 3619.2 manat əsas, 305.19 manat faiz borcu olmaqla, cəmi 3924.39 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, № BBUM5450687A299 saylı kredit kartında dair müqaviləyə əsasən 919.79 manat əsas, 215.22 manat faiz, cəmi 1135.01 manat borcu vardır. Ümumilikdə 5059.4 manat borcu yaranmışdır. İş materiallarında olan bildirişin (xəbərdarlıq) surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən dövlət rüsumu kimi 70.59 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, kreditalan kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5360742A143 saylı kredit müqaviləsinə əsasən 3619.2 manat məbləğində əsas borc, 305.19 manat məbləğində faiz borcu, cəmi 3924.39 manat, xx.xx.2022-ci il tarixli, № BBUM5450687A299 saylı kredit kartına dair müqaviləyə əsasən 919.79 manat əsas, 215.22 manat faiz, cəmi 1135.01 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.2-ci maddəsinə əsasən, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 70.59 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh müqavilə üzrə öhdəlikləri lazımınca icra etmədiyindən ondan xx.xx.2022-ci il tarixli, GTKR5360742A143 saylı kredit müqaviləsinə əsasən 3619.2 manat məbləğində əsas borc, 305.19 manat məbləğində faiz borcu, cəmi 3924.39 manat, xx.xx.2022-ci il tarixli, № BBUM5450687A299 saylı kredit kartına dair müqaviləyə əsasən 919.79 manat əsas, 215.22 manat faiz və 70.59 manat dövlət rüsumu olmaqla, cəmi 5129.99 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5360742A143 saylı kredit müqaviləsinə əsasən 3619.2 (üç min altı yüz on doqquz manat iyirmi qəpik) manat məbləğində əsas borc, 305.19 (üç yüz beş manat on doqquz qəpik) manat məbləğində faiz borcu, cəmi 3924.39 (üç min doqquz yüz iyirmi dörd manat otuz doqquz qəpik) manat, xx.xx.2022-ci il tarixli, № BBUM5450687A299 saylı kredit kartına dair müqaviləyə əsasən 919.79 (doqquz yüz on doqquz manat yetmiş doqquz qəpik) manat əsas, 215.22 (iki yüz on beş manat iyirmi iki qəpik) manat faiz və 70.59 (yetmiş manat əlli doqquz qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 5129.99 (beş min yüz iyirmi doqquz manat doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar