Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1824/2023 25.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi ilə, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəbrayılova Sevilə Mehbala qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cəbrayılova Sevilə Mehbala qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC Xəzər filialı ilə Cavabdeh1 arasında bağlanmış 431/USD nömrəli,xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 10.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 099 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındaki kredit öhdəliyinin qalığı 8131,66 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kredit müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanılmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9105,39 ABŞ dolları hesablanmışdır.Resturuktizasiya edilmiş kredit müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Resturuktizasiya edilmiş kredit üzrə borcalan bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 9% ödəməli idi. Bu sazişə əsasən Cəbrayılova Sevilə Mehbala qızı zamin kimi cəlb edilmişdir. LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətləri Sığortalanması Fondu ilə Cavabdeh1 arasında 20 dekabr 2019-cu il tarixli resturuktizasiya müqaviləsi bağlanmışdır. Cavabdehin Azərbaycan Respublikasının X1 Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4199,53 manat borc məbləği resturuktizasiya olunmuşdur. Cavabdeh bu müqavilə üzrə müəyyən olunan şərtlərlə qalıq borcu 60 ay müddətinə hər ay qrafik üzrə 70,93 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Kreditin müddəti xx.xx.2024-cü il tarixədək müəyyənləşdirilmişdir. 20 dekabr 2019-cu il tarixli, LM121900954 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cəbrayılova Sevilə Mehbala qızı ilə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********545 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 3989,38 manat təşkil edir və bundan 3872,38 manat əsas, 108,71 manat faiz, 8,3 manat cərimə borcudur. Göstərilənləri nəzərə alaraq, cəmi borcu 3989,38 manat, bundan 3872,38 manat əsas, 108,71 manat faiz, 8,31 manat cərimə borcu və iş üzrə ödənilmiş 59,90 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cəbrayılova Sevilə Mehbala qızından müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 431USD saylı kredit müqaviləsindən görünür ki, cavabdehə şəxsi məqsədlə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 10.200 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 099 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındaki kredit öhdəliyinin qalığı 8131,66 ABŞ dolları hesablanmışdır. Restrukturizasiya edilmiş kredit müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2017 68982772/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cəbrayılova Sevilə Mehbala qızı zamin kimi cəlb edilmişdir. İş materiallarında olan kredit müqaviləsi üzrə bağlanılmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9105,39 ABŞ dolları hesablanmışdır.Resturuktizasiya edilmiş kredit müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 02 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 3872 manat əsas, 108,71 manat faiz, 8,31 manat cərimə, cəmi 3989,31 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cəbrayılova Sevilə Mehbala qızına kredit müqaviləsi üzrə gecikdirilmiş borcun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 59,90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd olunmuşdur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284- 1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cəbrayılova Sevilə Mehbala qızından 3872,38 manat əsas, 108,71 manat faiz, 8,31 manat cərimə, 3989,40 manat ümumi borc və dövlət rüsumu kimi ödənilmiş 59,90 manat məbləğində pul müştərək qaydada tutulub LPO "xxxx" ASC-nin Ləğvedici Əmanətləri Sığortalanması Fondunun hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-1824/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1824/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver