Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-187/2025 17.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1287/2020 saylı Qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq (dəyişdirilərək) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsinin tutularaq ona ödənilməsi barədə, həmin məbləğin Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanununda uşaqlar üçün nəzərdə tutulan 235 manatdan az olduqda, çatışmayan hissənin isə sabit pulməbləğində tutulub ona verilməsi barədə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin və dövlət rüsumu olaraq ödədiyi 60 (altmış) manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixində Salyan rayonu Qızılağac kənd İnzibati Ərazi Nümayəndəliyində 02 №-li Akt qeydi əsasında rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı övladları anadan olmuşdurlar. Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1287/2020 saylı Qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı “Nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh ilə X7 arasında xx.xx.2011ci ildə 02 nömrəli qeydlə Salyan rayon Qızılağac kənd İƏN-də rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə anadan olmuş Rüfan və xx.xx.2013-cü ildə anadan olmuş Məryəm adlı uaqların iddiaçı X3 himayəsində saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci ildən başlayaraq hər uşağa ayda 120 manat olmaqla, cəmi 240 manat miqdarında aliment alınaraq X4 verilməsi qət edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1287/2020 saylı Qətnaməsi qət olunarkən Cavabdeh uzun müddətdir ki, Azərbaycan Respublikası Daxili X8 Rayon Polis Şöbəsində Polis əməkdaşı olaraq xidmət eləməsini və onun aylıq qazancının təqribi olaraq 1000 manat civarında olması qəsdən, bilərəkdən məhkəmədən və ondan gizlədilmişdir. Salyan rayon Məhkəməsi sözügedən qətnaməni qət edərkən alimentin tutulmasını hər iki uşağa görə, yəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, (Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı) 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi tutulmalı olduğu halda, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci ildən başlayaraq hər uşağa ayda 120 manat olmaqla, cəmi 240 manat miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanununda göstərilir ki, əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də Cavabdeh kifayət qədər yüksək qazancının olmasını nəzərə alaraq, Cavabdeh tutulmalı olan alimentin miqdarı dəyişdirilərək, artırılaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi və həmin məbləğin Azərbaycan Respublikasının 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanununda uşaqlar üçün nəzərdə tutulan 235 manatdan az olduqda, çatışmayan hissənin isə sabit pul məbləğində tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsi qanuni və ədalətli olardı. Cavabdeh tərəfindən ödənilməli olan aliment uşaqların gündəlik tələbatlarına çatmır. İndiki şərtlərlə onun uşaqların həmin ödəniləcək məbləğdəki alimetlə saxlanılması qeyri-mümkündür. Uşaqların saxlanılması hər gün çətinləşir və demək olar ki, dözülməz həddə gəlib çatmışdır. Odur ki, Cavabdeh tutulan alimentin məbləğinin dəyişdirilməsi, artırılması tələbinin zərurəti yaranmışdır. Ölkə üzrə yaşayış minimumu hər bir vətəndaşa minimum lazım olan aylıq maliyyə vəsaitinin göstəricisidir. Lakin uşaqlar üçün nəzərdə tutulmuş 235 manat məbləğində vəsait yalnız onların minimum yaşayışının təmin edilməsini göstərir. Belə isə onun uşaqların normal yaşayışının təmini üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsində tutulması zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı, həmçinin “iddia tələbinin həcminin dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Həmin ərizə olunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən ödənilməli olan aliment uşaqların gündəlik tələbatlarına çatmır. İndiki şərtlərlə uşaqların həmin ödəniləcək məbləğdəki alimetlə saxlanılması qeyri-mümkündür. Uşaqların saxlanılması hər gün çətinləşir və demək olar ki, dözülməz həddə gəlib çatmışdır. Odur ki, Cavabdeh tutulmalı olan alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasmm 2025-ci il üçün yaşayış minimumu haqqmda 16 dekabr 2024-cü il tarixli Qanununda göstərilir ki, əhalinin əsas sosial-demoqrafık qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumu hər bir vətəndaşa minimum lazım olan aylıq maliyyə vəsaitinin göstəricisidir. Lakin uşaqlar üçün nəzərdə tutulmuş 246 manat məbləğində vəsait yalnız onların minimum yaşayışının təmin edilməsini göstərir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-3-cü bəndində qeyd olunur ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Təqdim edilmiş iddia ərizəsindən görünür ki, alimentin miqdarının artırılması tələbi azyaşlı uşaqların ehtiyaclarının artması, 2024-cü il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən olunması ilə əsaslandırılmış və məhz uşaqların yaşayış minimumu üçün tələb olunan məbləğdə alimentin artırılaraq tutulması xahiş olunmuşdur. Bununla da, müəyyən olunur ki, iddia tələbi uşaqlar üçün yaşayış minimumunun artımına əsaslanmaqla iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası ilə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblrinin və ərizələrinin təmin edilməsinə yol verilmir. Belə olan halda, məhkəmə hesab edir ki, həmin məsələ icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olduğundan alimentin miqdarının artırılması barədə müstəqil iddianın qaldırılması istisna olunur və bu səbəbdən də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.01.-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin İddiaçı qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmə hesab edir ki, qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-187/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-187/2025
17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver