Məhkəmə qərarları › İş №e-2(057)-1885/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1885/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1885/2025 17.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlu, Rzayev Hüseyn mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Xalq’’ Bank ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Bank ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”-nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/004N05A01394322 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" Bank ASC qarşısında 631,86 (altı yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə qədər hesablanmış 171,26 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 97,07 manat məbləğində zərərin əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 86,43 manat məbləğində penya, cəmi 986,62 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC "xxxx" Bankı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2022-ci il tarixli, DKM/004N05A01394322 №-li Kredit müqaviləsi bağlanaraq cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə, 1800 (bir min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin verilməsi müddətinin bitdiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə kredit üzrə əsas borc məbləğini və əsas borc məbləğinə hesablanmış faizləri tam şəkildə banka qaytarmamışdır. Beləliklə, kreditləşmə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 803,12 (səkkiz yüz üç manat 12 qəpik) manat təşkil edir ki, bunun da 631,86 (altı yüz otuz bir manat 86 qəpik) manatı vaxtı keçmiş əsas borc məbləğindən, 171,26 (bir yüz yetmiş bir manat 26 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 86,43 (səksən altı manat 43 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli NÇ-XO-6.5.2025- 002 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməlli addım atılmamışdır. Təqdim edilmiş bu məlumatlardan göründüyü kimi, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər olan dövr ərzində ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər (digər istehlak krediti növü) üzrə orta faiz dərəcəsi 20 % (iyirmi faiz) təşkil edir. İstehlak kreditləri ilə bağlı açıqlanmış rəsmi məlumatda qeyd olunan bank sektoru üzrə orta illik faiz dərəcəsi kredit müqaviləsində nəzərdə tutulmuş illik faiz dərəcəsindən daha yüksək olsa da, iddiaçı kreditləşmə müddətinin bitdiyi, yəni xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi Kredit müqaviləsində nəzərdə tutulmuş illik faiz dərəcəsini (16%) əldə rəhbər tutulmasını əsaslı və yetərli hesab edir. Müvafiq hesablama aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 97,07 (doxsan yeddi manat 07 qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli DKM/004N05A01394322 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" Bank ASC qarşısında 631,86 (altı yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə qədər hesablanmış 171,26 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 97,07 manat məbləğində zərərin əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 86,43 manat məbləğində penya, cəmi 986,62 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" Bank ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini, cavabdeh tərəfdən də məhkəmənin baxış iclasında iddia ərizəsində qeyd olunanları qəbul etdiyini bildirərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mənkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz etmədiyini, kredit borcunu etiraf etdiyini bildirmiş, əvvəl “Oba” marketdə satış müdiri işlədiyi üçün, həm də valideynlərinin pensiyasından istifadə etdiyi üçün krediti vaxtında ödəyə bilmiş, sonradan həm işdən çıxdığı üçün, həm də valideynləri vəfat etdiyi üçün kredit borcunu vaxtında ödəyə bilməmişdir. Həmçinin işin məhkəmə baxışına təyin olunmasına etiraz etmədiyini bildirirək məhkəmədən qətnamə qəbul edərkən yuxarıda qeyd etdiklərini nəzərə almağını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; İş meateriallarında olan xx.xx.2022-ci il tarixli DKM/004N05A01394322 nömrəli kredit müqaviləsindən görünür ki, bankla olan müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 1800 manat məbləğində kreditdən istifadəyə görə illik 16 % faiz ödənilməsi şərtilə bank kredit verməyi, borcalan isə kreditdən borc öhdəliklərinin bağlanması üçün kreditdən istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli DKM/004N05A01394322 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, mübahisə predmeti olan borcun xx.xx.2024-cü il tarixə qədər olan əsas və faizlərinin ödənilmə sırası qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Bank ASC-nin Cavabdeh ünvanladığı NÇ-XO-6.5.2025-002 saylı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan Cavabdeh həmin tarixə olan borcunu xx.xx.2025-ci il tarixə qədər ödəməsi ondan tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixə cavabdehin borcunun qeyd olunduğu cədvəldən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Bank ASC qarşısında 631,86 (altı yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə qədər hesablanmış 171,26 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 97,07 manat məbləğində zərərin əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 86,43 manat məbləğində penya, cəmi 986,62 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı "xxxx" Bank ASC arasında bağlanmış müqavilə üzrə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" Bank ASC həmin malı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan aldığı kredit borcunu, həmçinin həmin borc əsasında hesablanmış faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməz. Belə ki, şişirdilmiş qiymət olmayan cərimə və digər faizlər, həmçinin cavabdehin ödəmədii müddət ərzində iddiaçının həmin məvacibdən istifadə edərək əldə edəcəyi gəlir üçün ağlabatan qiymətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 manat məbləğində dövlət rüsumu Cavabdehoğlundan alınaraq iddiaçı "xxxx" Bank ASC -nin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehdan iddiaçı "xxxx" Bank ASC qarşısında 631,86 (altı yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə qədər hesablanmış 171,26 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 97,07 manat məbləğində zərərin əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 86,43 manat məbləğində penya, cəmi 986,62 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank ASC -nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" Bank ASC ilə Cavabdeh arasındakı xx.xx.2022-ci il tarixli DKM/004N05A01394322 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh iddiaçı "xxxx" Bank ASC qarşısında 631,86 (altı yüz otuz bir manat səksən altı qəpik) manat məbləğində əsas borcu, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə qədər hesablanmış 171,26 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 97,07 manat məbləğində zərərin əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 86,43 manat məbləğində penya, cəmi 986,62 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar