Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1995/2024 26.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “6277,09 manat borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılmasına” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra - İddiaçı QSC BOKT və ya iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “6277,09 manat borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 3637,28 manat əsas borcun, 2639,81 manat faiz borcunun, cəmi 6277,09 (altı min iki yüz iyirmi yeddi manat doqquz qəpik) manat məbləğin və ödənilmiş 82,77 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evinə, habələ onun və ailə üzvləri Cavabdeh3 və X3 paylı mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 6277,09 (altı min iki yüz iyirmi yeddi manat doqquz qəpik) manat borcun tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 aprel 2015-ci il tarixli S-11-2015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 6%-lə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evi onun və onun ailə üzvləri Cavabdeh3 və X4 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC BOKT-nın Salyan filialı ilə ipotekaqoyanlar arasında 04 aprel 2015-ci il tarixli -S-11-2015 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Salyan filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh2 04 aprel 2015-ci il tarixli S-11-2015 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan əsas borcu 3637,28 manat, faiz borcu 2639,81 manat, cəmi borcu 6277,09 (altı min iki yüz iyirmi yeddi manat doqquz qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh2 və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Hesab edirlər ki, cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğu üçün 6277,09 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, Cavabdeh2 3637,28 manat əsas borcun, 2639,81 manat faiz borcunun, cəmi 6277,09 (altı min iki yüz iyirmi yeddi manat doqquz qəpik) manat məbləğin və ödənilmiş 82,77 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evinə, habələ onun və ailə üzvləri Cavabdeh3 və Cavabdeh1 paylı mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 6277,09 (altı min iki yüz iyirmi yeddi manat doqquz qəpik) manat borcun tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Əlavə olaraq İddiaçı QSC BOKT İdarə Heyəti sədrinin müavini Nümayəndə məhkəmənin “Elektron kabinet” vasitəsi ilə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, göstərmişdir ki, "xxxx" QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 3637,28 manat əsas borcun, 2639,81 manat faiz borcunun, cəmi 6277,09 manat məbləğin və ödənilmiş 82,77 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evinə, habələ onun və ailə üzvləri Cavabdeh3 və X4 paylı mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 6277,09 manat borcun tutularaq İddiaçı QSC BOKT-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd edilənlərlə əlaqədar hesab edir ki, iddia ərizəsinə dəqiqləşmə verilməklə iddia tələbi azaldılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh2 3637,28 manat əsas borcun, 26,37 manat faiz borcunun, cəmi 3663,65 manat məbləğin və ödənilmiş 82,77 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilməsi, borc tələbinin Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evinə, habelə onun və ailə üzvləri Cavabdeh3 və X4 paylı mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 3663,65 manat borcun tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdehlərlə dəfələrlə əlaqə saxlayaraq aralarında razılığa gəlməyi təklif etmişlər. Hətta cavabdehlərə güzəşt olunacağı barədə də, məlumat verilmişdir. Lakin buna baxmayaraq heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh X5 onun oğludur. Ailə vəziyyəti ağırdır. İki körpə nəvəsi var. Cavabdeh2 məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, iddianı əsas borc hissəsində qəbul edərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul edir. Əlavə olarq bildirmişdir ki, ailə üzvləri altı nəfərdən ibarətdir. Torpaq sahələri olsa da maddi imkanları ağırdır. Əri taksi fəaliyyəti ilə məşğuldur. Borcdan hər ay hissə-hissə olmaqla ödəniş edə bilərlər. Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək iddianın əsas borc hissəsində qəbul etdiyini göstərmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi üçüncü məhkəmə baxış iclasından bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçının “Elektron kabinet” vasitəsi ilə məhkəməyə ünvanladığı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi ilə bağlı bildirir ki, MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi iddia tələbinin azaltmaq haqqındadır. Mülki qanunvericilik iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər imkan tanıyır. Ərizə məhkəmə baxışında verildiyi üçün təmin edilməməlidir. Məhkəmə baxışında Cavabdeh2 məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, iddianı əsas borc hissəsində qəbul edərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək iddianın əsas borc hissəsində qəbul etdiyini göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddiaçının nümayəndəsini və məhkəmə iclasında iştirak edən cavabdehləri dinləyib, eyni zamanda cavabdehlərin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli S-11-2015 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 36 ay müddətinə, illik 6 faizlə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04 aprel 2015-ci il tarixli, S-11-2015 saylı ipoteka müqaviləsinin ksero surətindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62,4 kv.m yaşayış, 11,6 kv.m yardımşı sahədən ibarət fərdi yaşayış evi və onun ailə üzvləri Cavabdeh3 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan rayonu, Sarvan kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62,4 kv.m yaşayış, 11,6 kv.m yardımşı sahədən ibarət fərdi yaşayış evi və onun ailə üzvləri Cavabdeh3 və X4 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2015-ci ildən 36 ay müddətinə İddiaçı SKT Salyan Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər banka olan kredit borcunun ödənilməsinin zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh kredit təşkilatı qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 82.77 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 aprel 2015-ci il tarixli S-11-2015 saylı kredit müqaviləsinə əsasən cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 04 aprel 2015-ci il tarixli, S-11-2015 saylı ipoteka müqaviləsinin ksero surətindən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 62,4 kv.m yaşayış, 11,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və onun ailə üzvləri Cavabdeh3 və Cavabdeh1 paylı mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. Buna baxmayaraq Cavabdeh2 öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun xx.xx.2015-ci il tarixli S-11-2015 saylı kredit müqaviləsi üzrə 3637,28 manat əsas borc, 2639,81 manat faiz borcu, cəmi borcu 6277,09 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı cavabdehlərə qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaklara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb qismən təmin olunmalı və Cavabdeh2 3637,28 manat əsas məbləğ və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 56.37 manat pul olmaqla, cəmi 3693.65 manat pul tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməli, borc tələbi Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evinə, habələ onun və ailə üzvləri Cavabdeh3 və X4 paylı mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməli, əmlakın açıq hərraca çıxılaraq satılması hesabına 3693.65 manat borc tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməli və borc ödənildikdən sonra satışdan əldə olunan qalan vəsait cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qaytarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 56.37 manat pul cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 3637,28 manat əsas məbləğ və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 56.37 manat pul olmaqla, cəmi 3693.65 manat pul tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Borc tələbi Cavabdeh2 məxsus, ipoteka qoyulmuş Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evinə, habələ onun və ailə üzvləri Cavabdeh3 və X4 paylı mülkiyyətində olan Salyan rayonu, Sarvan kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilsin. Əmlaklar açıq hərraca çıxılaraq satılsın, satışdan əldə olunan pul vəsaitindən 3693.65 manat borc tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Borc ödənildikdən sonra satışdan əldə olunan qalan pul vəsait cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1995/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1995/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver