Məhkəmə qərarları › İş №e-2(057)-2106/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2106/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2106/2024 28.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X12 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması ” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan "xxxx" ASC -nin xeyrinə 10917.12 manat əsas məbləğ üzrə, 1782.5 manat faiz üzrə, 460.32 manat cərimə, cəmi 13159.94 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 131 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 arasında bağlanılmış xx.xx.2022ci il tarixli BPM**********92 saylı Kredit müqaviləsinə əsasən ona illik 21 %-lə, 48 ay müddətinə 10000 manat nağd kredit və xx.xx.2020-ci il tarixli BPM**********43 saylı X15 Müqaviləsinə əsasən 24 %-lə, 36 ay müddətinə 1500 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********92 saylı Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 8884.48 manat əsas, 188.78 manat faiz borcu olmaqla cəmi 9073.26 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********43 saylı X15 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 1497.23 manat əsas borc, 48.86 manat faiz borcu olmaqla cəmi 1546.09 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 10619.35 manat borcu yaranmışdır. Hacıqabul rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İİ № 354715saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Salyan regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-382 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X2 qalmış mirasa Cavabdeh, X7, X8 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X1 vərəsələri Cavabdeh, X7, X8 və X5 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, X3 vərəsəsi və digər vərəsələr X7, X8 və X4 qanuni nümayəndəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********92 saylı Kredit müqaviləsinəəsasən nağd kredit üzrə 8884.48 manat əsas, 188.78 manat faiz borcu olmaqla cəmi 9073.26 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********43 saylı X15 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 1497.23 manat əsas borc, 48.86 manat faiz borcu olmaqla cəmi 1546.09 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 10619.35 manat (on min altı yüz on doqquz tam yüzdə otuz beş) manat v ə ödənilmiş 121.86 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında təşkilatın nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********92 saylı Kredit müqaviləsinə əsasən ona illik 21 %-lə, 48 ay müddətinə 10000 manat nağd kredit və xx.xx.2020-ci il tarixli BPM**********43 saylı X15 Müqaviləsinə əsasən 24 %-lə, 36 ay müddətinə 1500 AZN məbləğində kart kredit limiti verilmişdir. Hacıqabul rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İİ № 354715saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, borclu X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Salyan regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-382 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X2 qalmış mirasa Cavabdeh, X7, X8 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 17 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 121,86 manat dövlət rüsumu ödəmişdir. 05 sentyabr 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixli BPM**********92 saylı Kredit müqaviləsi üzrə 8884.48 manat əsas, 188.78 manat faiz borcu olmaqla cəmi 9073.26 manat borc və xx.xx.2020-ci il tarixli BPM**********43 saylı X15 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 1497.23 manat əsas borc, 48.86 manat faiz borcu olmaqla cəmi 1546.09 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 10619.35 manat (on min altı yüz on doqquz tam yüzdə otuz beş) manat borcu vardır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank tərəfindən Borcluya illik 21 %-lə, 48 ay müddətinə 10000 manat nağd kredit və xx.xx.2020-ci il tarixli BPM**********43 saylı X15 Müqaviləsinə əsasən 24 %-lə, 36 ay müddətinə 1500 AZN məbləğində kart kredit limiti verilmişdir. Cavabdeh həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüş, onun mirası arvadı Cavabdeh və övladları tərəfindən qəbul edilmiş və xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə borclu olan mərhum həyat yoldaşı X3 qanun üzrə vərəsəsi kimi bank qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" ASC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X1 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh X3 qanun üzrə vərəsəsi kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2020-2022-ci il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1288-ci maddəsdinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. 1306.1-ci maddəsdinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konistutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.”. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 121.86 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, X3 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********92 saylı Kredit müqaviləsinəəsasən nağd kredit üzrə 8884.48 manat əsas, 188.78 manat faiz borcu olmaqla cəmi 9073.26 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********43 saylı X15 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 1497.23 manat əsas borc, 48.86 manat faiz borcu olmaqla cəmi 1546.09 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 10619.35 manat (on min altı yüz on doqquz manat 35 qəpik) manat və ödənilmiş 121.86 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X3 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********92 saylı Kredit müqaviləsinəəsasən nağd kredit üzrə 8884.48 manat əsas, 188.78 manat faiz borcu olmaqla cəmi 9073.26 manat borc, xx.xx.2020-ci il tarixli BPM**********43 saylı X15 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 1497.23 manat əsas borc, 48.86 manat faiz borcu olmaqla cəmi 1546.09 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 10619.35 manat (on min altı yüz on doqquz min manat 35 qəpik) manat və ödənilmiş 121.86 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar