Məhkəmə qərarları › İş №e-2(057)-2108/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2108/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2108/2024 29.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra -"xxxx" ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********17 saylı X9 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 999.11 manat əsas borc, 19.06 manat faiz borcu olmaqla, cəmi 1018.17 manat borc və ödənilmiş 30.19 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, BPM**********17 saylı X9 Müqaviləsinə əsasən ona illik 24 %-lə, 36 ay müddətinə 1000 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2022-ci il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********17 saylı X9 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 999.11 manat əsas borc, 19.06 manat faiz borcu olmaqla, cəmi 1018.17 manat borcu yaranmışdır. Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli AZ-İİ № 312601saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2022ci il tarixdə vəfat etmişdir. Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-130 Qanun üzrə X8 şəhadətnaməsindən görünür ki, X2 qalmış mirasa Cavabdeh qanun üzrə X8 şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X1 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, X3 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********17 saylı X9 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 999.11 manat əsas borc, 19.06 manat faiz borcu olmaqla, cəmi 1018.17 manat borc və ödənilmiş 30.19 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********17 saylı X9 Müqaviləsindən görünür ki, "xxxx" ASC cavabdehə illik 24 %-lə, 36 ay müddətinə 1000 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 banka ödənilməmiş əsas borc 999.11 manat, 19.06 manat faiz borcu olmaqla, cəmi 1018.17 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30.19 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 30.59 manat pul ödəmişdir. İş materiallarında olan X6 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan Salyan Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli Qanun üzrə X8 Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-X3 vərəsəsi ünvan 1i ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X4 verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki işdə olan Salyan Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli Qanun üzrə X8 Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-X3 vərəsəsi ünvan 1i ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüş və onun vərəsəsi arvadı Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh 999.11 manat əsas borc, 19.06 manat faiz borcu olmaqla, cəmi 1018.17 manat məbləğində kredit borcu tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30.19 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı olmaqla cəmi 30.59 manat pul cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh № BPM**********17 saylı, 23 dekabr 2020-ci il tarixli X9 Müqaviləsinə əsasən ödənilməmiş əsas borc 999.11 (doqquz yüz doxsan doqquz manat on bir qəpik) manat, 19.06 (on doqquz manat altı qəpik) manat faiz olmaqla, cəmi 1018.17 (bir min on səkkiz manat on yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30.59 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 344-1-344-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh № BPM**********17 saylı, 23 dekabr 2020-ci il tarixli X9 Müqaviləsinə əsasən ödənilməmiş əsas borc 999.11 (doqquz yüz doxsan doqquz manat on bir qəpik) manat, 19.06 (on doqquz manat altı qəpik) manat faiz olmaqla, cəmi 1018.17 (bir min on səkkiz manat on yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30.59 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar