Məhkəmə qərarları › İş №e-2(057)-2118/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2118/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2118/2024 27.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-sü il tarixli FN01-0033 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2165,63 (iki min bir yüz altımış beş manat 63 qəpik) manat əsas, 871,92 (səkkiz yüz yetmiş bir manat 92 qəpik) manat faiz, 500,00 (beş yüz manat 00 qəpik) manat məbləğində ödənilməmiş dəbbə borcu və 55,38 manat dövlət rüsumu olmaqla cəmi 3592,93 manat tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə iddiaçı təşkilat arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış FN01-0033 sayh kredit ərizəsinə əsasən “Borc verən” bu müqavilədə göstərilən pul məbləğinin “Borcalan”a verməyi, “Borcalan” isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə "Borc verən” 2500 (iki min beş yüz manat 00 qəpik) manat məbləğində pulu “Borcalan”a 18 (on səkkiz) ay müddətinə müqavilə müddəti üzrə 35 (otuz beş) faiz dərəcəsi ödəməklə və gündəlik tələbat ehtiyaclarının ödənilməsi məqsədi üçün verilmişdir.Cavabdeh1 xx.xx.2023-cü il tarixli FN01-0033 saylı kredit müqaviəsi üzrə zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. “Borcalan” Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdən etibarən kredit müqaviləsi ilə nəzərdə tutulmuş borc öhdəliyi tam yerinə yetirməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanaraq gecikdirilmiş borcun tez bir zamanda qaytarılması tələb olunsa da, o bundan imtina etmişdir. Borcalan Cavabdeh2 xx.xx.2024-cü il tarixə 2 165,63 (iki min bir yüz altımış beş manat 63 qəpik) AZN əsas, 871,92 (səkkiz yüz yetmiş bir manat 92 qəpik) AZN faiz, 500,00 (beş yüz manat 00 qəpik) AZN məbləğində ödənilməmiş dəbbə borcu qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli FN01-0033 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2165,63 (iki min bir yüz altımış beş manat 63 qəpik) manat əsas, 871,92 (səkkiz yüz yetmiş bir manat 92 qəpik) manat faiz, 500,00 (beş yüz manat 00 qəpik) manat məbləğində ödənilməmiş dəbbə borcu və 55,38 manat dövlət rüsumu olmaqla cəmi 3592,93 manat tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin direktoru M.F.Şərifov məhkəməyə teleqram ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Ona görə də, məhkəmə cavabdehlərin iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; FN01-0033 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən cavabdehə illik 35 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. FN01-0033 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 bank qarşısında FN01-0033 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 2500 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 FN01-0033 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2165,63 (iki min bir yüz altımış beş manat 63 qəpik) manat əsas, 871,92 (səkkiz yüz yetmiş bir manat 92 qəpik) manat faiz, 500,00 (beş yüz manat 00 qəpik) manat məbləğində ödənilməmiş dəbbə borcu vardır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, banka olan kredit borcunun ödənilməsinin zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 55.38 manat dövlət rüsumu ödəmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh2 ilə iddiaçı təşkilat arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış FN01-0033 sayh kredit ərizəsinə əsasən “Borc verən” bu müqavilədə göstərilən pul məbləğinin “Borcalan”a verməyi, “Borcalan” isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə "Borc verən” 2500 (iki min beş yüz manat 00 qəpik) manat məbləğində pulu “Borcalan”a 18 (on səkkiz) ay müddətinə müqavilə müddəti üzrə 35 (otuz beş) faiz dərəcəsi ödəməklə və gündəlik tələbat ehtiyaclarının ödənilməsi məqsədi üçün verilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli FN01-0033 saylı kredit müqaviəsi üzrə zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İş üzrə İddiaçı BOKT MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinin əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə, eyni zamanda digər cavabdehin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış öhdəliyə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 55,38 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, 2165,63 (iki min bir yüz altımış beş manat 63 qəpik) manat əsas, 871,92 (səkkiz yüz yetmiş bir manat 92 qəpik) manat faiz, 500,00 (beş yüz manat 00 qəpik) manat məbləğində ödənilməmiş dəbbə borcu və 55,38 manat dövlət rüsumu olmaqla, cəmi 3592,93 (üç min beş yüz doxsan iki manat 93 qəpik) borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2165,63 (iki min bir yüz altmış beş manat 63 qəpik) manat əsas, 871,92 (səkkiz yüz yetmiş bir manat 92 qəpik) manat faiz, 500,00 (beş yüz manat 00 qəpik) manat məbləğində ödənilməmiş dəbbə borcu və 55,38 manat dövlət rüsumu olmaqla cəmi 3592,93 (üç min beş yüz doxsan iki manat 93 qəpik) manat borc tutularaq İddiaçı BOKT MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar