Məhkəmə qərarları › İş №e-2(057)-215/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-215/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-215/2025 23.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq sabit pul məbləğində hər ay hər uşağa 235 manat aliment olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 08 dekabr 2020-ci il tarixli Qobustan Rayon Məhkəməsinin 2(026)-194/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsinə qət edilmişdir. İndi isə alimentin artırılması üçün iddia ərizəsi verir. Həmin məbləğ çox azdır və uşaqların təminatına çatmır. Hazırda həmin vaxtdan 4 il müddət keçmişdir, uşaqlar böyümüşdür və xərcləri kifayət qədər artmışdır, verilən aliment isə heç yaşayış minimumunun yarısı deyildir. Qanunvericiliyə əsasən uşaq yaşayış minimumundan az aliment ala bilməz. Ailə Məcəlləsinin 76.2 maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Cavabdehdən aliment tutulmasına baxmayaraq uşaqlarının heç bir xərcini ödəmir. Odur ki, o, alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət edir ki, bütün bunları nəzərə alınsın. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Amma Cavabdeh ödədiyi aliment pulu hər uşağa görə yaşayış minimumuna çatmır və qətnamə qəbul edilərkən bu mütləq nəzərə alınmalıdır. Odur ki, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2015-cu il təvəllüdlü X11 məktəblidirlər və bu da xərclərin artması deməkdir. Bu qeyd olunanların nəzərə alınaraq o, cavabdehdən mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq sabit pul məbləğində hər ay hər uşağa 235 manat aliment olmaqla cəmi 470 manat sabit pul məbləğində artırılmasını məhkəmədən xahiş edir. Odur ki, mən alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət edir ki, bütün bunlar nəzərə alınsın. Çünki uşaq məktəblidir, xərcləri həddindən artıq artmışdır. Belə ki, hər gün məktəbə marşurutla gedib-gəlməsi, uşağın gündəlik yemək məktəb xərcləri, məktəb ləvazimatları xərcləri, məktəbli forması xərcləri, mövsümə uyğun olaraq üst geyim, alt geyim və ayaqqabı xərcləri, məktəbdənkənar kurslarda iştirak xərcləri, hər günün səhər, günorta və axşam yemək xərclərini hesablasaq və bundan əlavə onunda bu xərclərdə eynilə şərik olması və bütün günü uşağı ilə məşğul olması, uşağının təhsili, sağlamlığı, tərbiyəsi və bütün təminatı ilə məşğul olmasını hesablasaq yaşayış minimumumdan qat-qat çox az məbləğ edir. Faktiki uşaqların saxlanılmasının bütün gücü onun üzərinə düşür və əziyyətini o çəkir, xərclərini ödəmək çox çətindir. Çünki xx.xx.2011ci il təvəllüdlü X10 və xx.xx.2015-cu il təvəllüdlü X11 məktəblidirlər və xərcləri əhəmiyyətli dərəcədə artmışdır. Ona görə də, təkbaşına uşaqlara baxdığı üçün verilən alimentin az olması onun və uşaqlarının dolanışığı üçün çatmır. Buna görə də, məcburiyyət qarşısında qalaraq alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət edir. X2 apardığı ilkin mediasiya prosesində iştirak etmiş və cavabdeh iştirak etmədiyi üçün X7 iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə bildirmişdir ki, iddianı müdafiə edir. Qobustan Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məlumdur ki, 2024-cü il üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat, 2025ci il üçün isə biraz daha artaraq miqdar 246 manat müəyyən edilmişdir. Bu bir daha onu göstərir ki, qətnamə ilə müəyyən edilmiş məbləğ uşaqlar üçün təyin olunmuş yaşayış minimumundan azdır. Həmçinin hazırda uşaqlar böyümüş və tələbatları artmışdır. Uşaqlar məktəblidirlər, məktəb və əlavə məktəbdənkənar kurslarda iştirak xərcləri iddiaçının üzərinə düşür. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, mediator tərəfindən ona hər hansı bir təklif göndərilməmiş, alimentlə bağlı işdən xəbəri olmamışdır. 10 aydır ki, artıq alimenti hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində ödəyir. Bundan başqa hər dəfə uşaqlara ünsiyyətdə olarkən onlara 50 manata yaxın pul xərcləyir. Məhkəmə iddiaçının nümayəndəsi vəkil və cavabdehin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qobustan Rayon Məhkəməsinin 2(026)-194/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Qobustan rayon Cəyirli kəndi üzrə Nümayəndəliyində 14 iyul 2010-cu il tarixdə 19 sayla qeydə alınmış nikahın pozulmuş, 31 iyul 2011-ci ildə anadan olmuş X10 və 26 sentyabr 2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilmişdir. İş materiallarında olan X3 notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan X9 Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 16 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X7 iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarı ilə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.4-cü bəndinə əlavə edilmiş 8.4-3-cü yarımbəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin məzmunundan, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və tərəflərin izahatından görünür ki, tələbin mahiyyətin indeksasiya xarakteri daşıdığından bu məsələyə icra icraatı qaydasında həll edilməlidir. MPM-in 261.0.1-ci mаddəsinə əsаsən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hаkim iş üzrə icrааtа хitаm verir. MPM-nin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, hazırki iddiaya mülki məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya icra qaydasında müraciət edilməli olduğu izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, alimentin məbləğinin indeksasiyası ilə bağlı icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar