Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2150/2024 13.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh və ya cavabdeh) qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR4720469A128 saylı kredit müqaviləsinə əsasən 8295.84 manat əsas, 746.97 manat faiz, cəmi 9042.81 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli, BBLK4921542A127 saylı kredit kartına dair müqaviləyə əsasən 997.91 manat əsas, 208.18 manat faiz, cəmi 1206.09 manat borcun və ödənilmiş 120.75 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4720469A128 saylı kredit müqaviləsinə əsasən ona 40 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 18800 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK4921542A127 saylı kredit kartına dair müqaviləyə əsasən ona 1200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixli, GTKR4720469A128 saylı kredit müqaviləsinə əsasən 8295.84 manat əsas, 746.97 manat faiz, cəmi 9042.81 manat borcu, xx.xx.2022-ci il tarixli, BBLK4921542A127 saylı kredit kartına dair müqaviləyə əsasən 997.91 manat əsas, 208.18 manat faiz, cəmi 1206.09 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə orada cəza çəkən məhkum (cavabdeh) Cavabdeh təqdim edilməsi və onun iddiaya qarşı münasibətini bildirməsi barədə müvafiq izahatın alınaraq məhkəməyə göndərilməsinə köməklik edilməsi xahiş edilmişdir. İş üzrə Cavabdeh (məhkum) məhkəməyə poçt vasitəsi ilə ərizə ünvanlayaraq, tutulduğu tarixdən son qeyd olunan tarixə qədər hesablanmış faizləri, ona məxsus olan hesab nömrəsinə daxil olunmuş məbləğin tam şəkildə tutularaq və bu haqda rəsmi qeydiyatın olmaması, veteranlıqla əlaqəli təyin olunmuş 80 manat məbləğin tutulması, onun hal-hazırda məhkum olması nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən hazırki müddətə kimi hesablanmış faizləri ləğv etməklə, ilkin müqaviləyə əsasən qalıq borcu qüvvədə saxlayaraq veteranlıqla əlaqəli təyin olunmuş 80 manat məbləğdən tələb olunan faiz miqdarında tutulmaqla ödənilməsini və qalan hissəsinin yəni 80 manatdan tutulduqdan sonra qalan məbləğin hesabında qalmasını təmin etməklə qərar qəbul edilməsini, onun məhkum olmasını, hazırki şəraiti nəzərə alaraq bankın faizlərini qeyd etdiyi tarixlərdən axınının saxlanılmaqla, hissə-hissə hesabına ödənilən 80 manatdan qismən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № GTKR4720469A128 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ksero surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehə illik 18 faiz dərəcəsi ilə 40 ay müddətinə 18800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan № BBLK4921542A127 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ksero surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehə kredit kartına dair müqaviləyə əsasən 1200 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR4720469A128 saylı kredit müqaviləsi üzrə 8295.84 manat əsas, 746.97 manat faiz borcu olmaqla, cəmi 9042.81 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, BBLK4921542A127 saylı kredit kartına dair müqaviləyə əsasən 997.91 manat əsas, 208.18 manat faiz, cəmi 1206.09 manat borcu yaranmışdır. İş materiallarında olan bildirişin (xəbərdarlıq) surətindən görünür ki, Cavabdeh İddiaçıya gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu kimi 120.75 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, GTKR4720469A128 saylı, xx.xx.2022-ci il tarixli, BBLK4921542A127 saylı kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdehdən xx.xx.2022-ci il tarixli, GTKR4720469A128 saylı kredit müqaviləsinə əsasən 8295.84 manat əsas, 746.97 manat faiz, cəmi 9042.81 manat, xx.xx.2022-ci il tarixli, BBLK4921542A127 saylı kredit müqaviləsinə əsasən 997.91 manat əsas, 208.18 manat faiz, cəmi 1206.09 manat kredit borcu tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 120.75 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 120.75 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4720469A128 saylı kredit müqaviləsinə əsasən 8295.84 (səkkiz min iki yüz doxsan beş manat səksən dörd qəpik) manat əsas, 746.97 (yeddi yüz qırx altı manat doxsan yeddi qəpik) manat faiz, xx.xx.2022-ci il tarixli, BBLK4921542A127 saylı kredit müqaviləsinə əsasən 997.91 (doqquz yüz doxsan yeddi manat doxsan bir qəpik) manat əsas, 208.18 (iki yüz səkkiz manat on səkkiz qəpik) manat faiz borcu və 120.75 (bir yüz iyirmi manat yetmiş beş qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 10369.65 (on min üç yüz altmış doqquz manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2150/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2150/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver