Məhkəmə qərarları › İş №e-2(057)-2178/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2178/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2178/2023 25.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Açıq Səhimdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhimdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, № GTKR0284540A153 saylı Kredit müqaviləsinə əsasən 300.74 manat əsas borc, 165.73 manat faiz borcu, cəmi 466.47 manat borcun, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, RGTK4375512A140 saylı Kredit müqaviləsinə əsasən 2636.70 manat əsas, 373.58 manat faiz, cəmi 3010.28 manat məbləğində borcun və 54.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış № GTKR0284540A153 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən xx.xx.2019-cu il tarixli, GTKR0284540A153 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, Z-GTKR0284540A153 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdehlər öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, № GTKR0284540A153 saylı Kredit müqaviləsinə əsasən 300.74 manat əsas borc, 165.73 manat faiz borcu, cəmi 466.47 manat borcu, xx.xx.2021-ci il tarixli, RGTK4375512A140 saylı Kredit müqaviləsinə əsasən isə 2636.70 manat əsas, 373.58 manat faiz, cəmi 3010.28 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, № GTKR0284540A153 saylı Kredit müqaviləsinə əsasən 300.74 manat əsas borc, 165.73 manat faiz borcu, cəmi 466.47 manat borcun, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, RGTK4375512A140 saylı Kredit müqaviləsinə əsasən 2636.70 manat əsas, 373.58 manat faiz, cəmi 3010.28 manat məbləğində borcun və 54.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № GTKR0284540A153 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 27.84 % dərəcəsi ilə 10.250 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan № RGTK4375512A140 saylı, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25 % dərəcəsi ilə 4477.42 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nə məxsus 14 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli, RGTK4375512A140 saylı Kredit müqaviləsinə üzrə 2636.70 manat əsas, 373.58 manat faiz, cəmi 3010.28 manat borcu, № GTKR0284540A153 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 300.74 manat əsas borc, 165.73 manat faiz borcu, cəmi 466.47 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 54.77 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsin əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 № GTKR0284540A153 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 300.74 (üç yüz manat yetmiş dörd) manat əsas borc, 165.73 (yüz altmış beş manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 466.47 (dörd yüz altmış altı manat qırx yeddi qəpik) manat borcun, Cavabdeh1 RGTK4375512A140 saylı, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə 2636.70 (iki min altı yüz otuz altı manat yetmiş qəpik) manat əsas, 373.58 (üç yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat faiz, cəmi 3010.28 (üç min on manat iyirmi səkkiz qəpik) manat borcun və 54.77 (əlli dörd manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 344-1-344-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 № GTKR0284540A153 saylı, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 300.74 (üç yüz manat yetmiş dörd) manat əsas borc, 165.73 (yüz altmış beş manat yetmiş üç qəpik) manat faiz borcu, cəmi 466.47 (dörd yüz altmış altı manat qırx yeddi qəpik) manat borcun, Cavabdeh1 RGTK4375512A140 saylı, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə 2636.70 (iki min altı yüz otuz altı manat yetmiş qəpik) manat əsas, 373.58 (üç yüz yetmiş üç manat əlli səkkiz qəpik) manat faiz, cəmi 3010.28 (üç min on manat iyirmi səkkiz qəpik) manat borcun və 54.77 (əlli dörd manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar