Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2191/2023 25.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhimdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 16 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA160719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1054.90 (bir min əlli dörd manat doxsan qəpik) manat məbləğində borcun-bundan 1029.40 (bir min iyirmi doqquz manat qırx qəpik) manat əsas və 25.50 (iyirmi beş manat əlli qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 32.43 (otuz iki manat qırx üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Əməliyyat filialı ilə Cavabdeh Əliağa oğlu arasında bağlanmış 16 iyul 2019-cu il tarixli, MBNP ***- *******FİMSA160719-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 05 il müddətinə, illik 1 faiz dərəcəsi ilə 1030.17 (bir min otuz manat on yeddi qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Kredit müqaviləsinin 1.1, 1.2, 1.3, 2.4.4 və 2.4.13-cü bəndlərinə əsasən Cavabdeh Əliağa oğlunu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 15 fevral 2022-ci il tarixli, **********646 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. xx.xx.2019-cu il tarixdə isə banka 2 manat məbləğində sonuncu ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh Əliağa oğlunun 16 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA160719-01 nörrrəli kredit müqaviləsi üzrə 11 fevral 2022-ci il tarixə banka ödənilməmiş cəmi 1054.90 (bir min əlli dörd manat doxsan qəpik) manat məbləğində borcu vardır. Bundan 1029.40 (bir min iyirmi doqquz manat qırx qəpik) manat əsas və 25.50 (iyirmi beş manat əlli qəpik) manat faiz borcu təşkil edir. Göstərilənləri nəzərə alaraq, 16 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA160719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1054.90 (bir min əlli dörd manat doxsan qəpik) manat məbləğində borcun-bundan 1029.40 (bir min iyirmi doqquz manat qırx qəpik) manat əsas və 25.50 (iyirmi beş manat əlli qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 32.43 (otuz iki manat qırx üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № MPNP ***-*******FİMSA160719-01 saylı, 16 iyul 2019-cu il tarixli Kredit Müqaviləsindən (güzəştli şərtlərlə kreditin verilməsinə dair) görünür ki, Cavabdeh əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1030.17 (bir min otuz manat on yeddi qəpik) manat məbləğində restrukturizasiya olunan pul məbləğini, illik faiz dərəcəsi 1 % olmaqla və 60 ay müddətinə bağlanmışdır. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh əsas borcu 1029.40 (bir min iyirmi doqquz manat qırx qəpik) manat, 25.50 (iyirmi beş manat əlli qəpik) manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, 1054.90 (bir min əlli dörd manat doxsan qəpik) manat borcu yaranmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 3(103)-130/2020 saylı, 30 aprel 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilməsi, əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş səhələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamasına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC-nin məhkəmədə iddia qaldırmaqla əlaqədar olaraq 32.43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MBNP ***- *******FİMSA160719-01 nömrəli, 16 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1054.90 (bir min əlli dörd manat doxsan qəpik) manat məbləğində borcun-bundan 1029.40 (bir min iyirmi doqquz manat qırx qəpik) manat əsas və 25.50 (iyirmi beş manat əlli qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 32.43 (otuz iki manat qırx üç qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 230, 233 və 332.72-1-332.72-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MBNP ***-*******FİMSA160719-01 nömrəli, 16 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 1054.90 (bir min əlli dörd manat doxsan qəpik) manat məbləğində borcun-bundan 1029.40 (bir min iyirmi doqquz manat qırx qəpik) manat əsas və 25.50 (iyirmi beş manat əlli qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 32.43 (otuz iki manat qırx üç qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2191/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2191/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver