Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-226/2024 08.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Kommersiya Bankı ASC rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh cəmiyyətin xeyrinə 8000 manat əsas, 1579,30 manat faiz, 57,96 manat cərimə borcu, 0 manat komisyon haqqı olmaqla, cəmi 9637,26 manat məbləğində borcun və ödənilmiş 116,78 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı 10331nkSLYb/22 saylı kredit müqaviləsi üzrə borcun tutulmasına dair idda tələbindən həmin kredit müqaviləsi üzrə banka olan borc məbləği tam olaraq ödənildiyi üçün iddiadan imtina etdiklərini bildirmiş və bununla əlaqədar olaraq həmin mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının tələb etdiyi məbləğ cavabdeh tərəfindən tam ödənilmiş və iddiaçı imtina edərək, icraata xitam verilməsini xahiş etmişdir. Odur ki, iddiaçının imtinası məhkəmə tərəfindən qəbul olunmuşdur və icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0-cı maddəsində qeyd olunmuşdur ki, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261,263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" Kommersiya Bankı ASC rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh cəmiyyətin xeyrinə 8000 manat əsas, 1579,30 manat faiz, 57,96 manat cərimə borcu, 0 manat komisyon haqqı olmaqla, cəmi 9637,26 manat məbləğində borcun və ödənilmiş 116,78 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi üzrə iş üzrə icraata xitam verilsin. "xxxx" Kommersiya Bankı ASC-nin ödədiyi 116,78 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-226/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-226/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver