Məhkəmə qərarları › İş №e-2(057)-233/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-233/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-233/2025 08.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 3653.88 manat məbləğində əsas kredit borcunun, 179.17 manat məbləğində faiz, 27.47 manat məbləğində cərimə borcunun, cəmi 3860.52 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 58.61 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli 21250***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə illik faiz dərəcəsinin 29 %-dən çox olmamaq şərti ilə 50.000 (əllimin) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1 və 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 30 ay müddətinə illik 15.5 % dərəcəsi ilə (aylıq ödəniş 312.58 manat olmaqla hər ayın 06-dək ödənilmək şərti ilə) 7700 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh2 ilə 21FİZAM113014103 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və o, müqavilə üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə,eləcədə öhdəlik üzrə zamin Cavabdeh2dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 3653.88 manat əsas, 179.17 manat faiz, 27.47 manat cərimə olmaqla,cəmi 3860.52 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən, cavabdehlərdən müştərək qaydada 3653.88 manat məbləğində əsas kredit borcunun, 179.17 manat məbləğində faiz, 27.47 manat məbləğində cərimə borcunun,cəmi 3860.52 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 58.61 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 21250***-*******02L saylı “Əsas Kredit Limiti Razılaşmasından” görünür ki, Bank tərəfindən borcalana 120 ay müddətinə illik faiz dərəcəsinin 29 %-dən çox olmamaq şərti ilə 50.000 (əllimin) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 21FİZAM113014103 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC-nin qarşısında kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cu il tarixli, 21250***-*******02L saylı kredit müqaviləsi üzrə 19 noyabr 2024-cü il tarixə 3653.88 manat məbləğində əsas kredit borcu, 179.17 manat məbləğində faiz, 27.47 manat məbləğində cərimə borcu, cəmi 3860.52 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişlərin surətlərindən görünür ki, cavabdehlər banka gecikdirilmiş borclarının olması, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət edildiyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən dövlət nəfinə 58.61 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsin əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlıçəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 3653.88 (üç min altı yüz əlli üç manat səksən səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 179.17 (bir yüz yetmiş doqquz manat on yeddi qəpik) manat məbləğində faiz, 27.47 (iyirmi yeddi manat qırx yeddi qəpik) manat məbləğində cərimə borcu, cəmi 3860.52 (üç min səkkiz yüz altmış manat əlli iki qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 58.61 (əlli səkkiz manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu əvəzi tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3653.88 (üç min altı yüz əlli üç manat səksən səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 179.17 (bir yüz yetmiş doqquz manat on yeddi qəpik) manat məbləğində faiz, 27.47 (iyirmi yeddi manat qırx yeddi qəpik) manat məbləğində cərimə borcu, cəmi 3860.52 (üç min səkkiz yüz altmış manat əlli iki qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 58.61 (əlli səkkiz manat altmış bir qəpik) manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar