Məhkəmə qərarları › İş №e-2(057)-2498/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2498/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2498/2025 30.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2086,92 manat əsas məbləğ üzrə, 7,42 manat faiz üzrə, 1,09 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 2095,43 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 41,36 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” vasitəsi ilə əldə edilmiş cavabdehə məxsus şəxsiyyəti vəsiqəsinə dair məlumatlardan görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan – ünvan 1vanıdır. Göründüyü kimi, Cavabdeh Salyan rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 149.2.2-ci madəsinə əsasən, işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. Bu baxımdan hesab edirəm ki, mövcud iddia ərizəsinin Salyan Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. MPM-in 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 40.96 manat pul X1 İdarəsi tərəfindən "xxxx" KB ASC-yə qaytarılmalıdır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən icraata qəbul olunaraq baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən və MPM-in 35, 152, 263, 264 və 268-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit müqaviləsi üzrə yaranmış borc” tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 40.96 manat pul X1 İdarəsi tərəfindən "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar