Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2658/2024 10.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 880.37 manat məbləğində kredit bоrcu, 2.22 manat məbləğində faiz bоrcu və 15.52 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 898.11 manat məbləğində bоrcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 149-cu maddəsinin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. MPM-in 149.2.2-ci madəsinə əsasən, işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsində Cavabdeh1 ünvanı Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 14, digər Cavabdeh2 ünvanı ünvan 2nvanları dedikdə cavabdeh fiziki şəxsin qeydiyyatda olduğu ünvan nəzərdə tutulmuşdur. Bu məsələ işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçının nümayəndəsi tərəfindən tərtib olunuş kağız daşıyıcıda olan iddia ərizəsində Göycay Rayon Məhkəməsi qeyd olunsa da, elektron ərizə imzalanarkən Salyan Rayon Məhkəməsi seçilmişdir. Həmçinin dövlət rüsumu Göycay Rayon Məhkəməsinin adına ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış yeri onların qeydiyyata alındığı ünvan 3 ünvanıdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən icraata qəbul olunaraq baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən və MPM-in 35, 152, 263, 264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borc” tələbinə dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2658/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2658/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver