Məhkəmə qərarları › İş №e-2(057)-2772/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-2772/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-2772/2025 25.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB (Azərbaycan” ASC) (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Xəlilova (Zeynalova) Azadə Məhəbbət qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 343609-CNS-33928 saylı "Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 38.02 manat məbləğində əsas borc, 2.77 manat məbləğində faiz borcu, 22.60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 63.39 manat pul məbləğinin, həmçinin "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2022-ci il tarixli 343609-1-33924 saylı Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 5640.98 manat məbləğində əsas borc. 593.94 manat məbləğində faiz borcu, 403.85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6638.77 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 87.02 manat dövlət rüsumunun Xəlilova (Zeynalova) Azadə Məhəbbət qızından tutularaq "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında 343609-CNS-33928 saylı,xx.xx.2022-ci il tarixli “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və cavabdeh illik 23% dərəcəsi ilə 60 ay müddətinə 1020 manat kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Həmçinin İdiaçı ilə Cavabdeh arasında 343609-1-33924 saylı, xx.xx.2022-ci il tarixli “Yenidən Maliyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi” bağlanılmış və illik 26.5% hesablanması şərti ilə 60 ay müddətinə 9800 manat məbləğində kredit ona verilmişdir. Lakin sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin "xxxx" ASC-yə 343609-CNS-33928 saylı,xx.xx.2022-ci il tarixli “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”-nə əsasən ümumilikdə 63.39 manat və 343609-1-33924 saylı, xx.xx.2022-ci il tarixli “Yenidən Maliyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi”-nə əsasən isə ümumilikdə 6638.77 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Qeyd olunanlarə nəzərə alınmaqla, iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilir. İddiaçı və cavabdeh tərəfə lazımi qaydada xəbərdar edilməsi və AZMEİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclas zalında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bütün zəruri sənədlərin məhkəmə təqdim edilməsinin nəzərə alınmaasını və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 343609-CNS-33928 saylı,xx.xx.2022-ci il tarixli “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” müqaviləsinə, 343609-1-33924 saylı, xx.xx.2022-ci il tarixli “Yenidən Maliyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi” müqaviləsinə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsinə və Bankın akseptinə əsasən müəyyən olunur ki, Cavabdeh 343609-CNS- 33928 saylı,xx.xx.2022-ci il tarixli “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” –nə əsasən illik 23% dərəcəsi ilə 60 ay müddətinə 1020 manat, 343609-1-33924 saylı, xx.xx.2022-ci il tarixli “Yenidən Maliyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi”-nə əsasən isə və illik 26.5% hesablanması şərti ilə 60 ay müddətinə 9800 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 343609-CNS-33928 saylı,xx.xx.2022-ci il tarixli “nağd pul krediti müqaviləsi” üzrə 38.02 (otuz səkkiz manat iki qəpik) manat əsas, 2.77 (iki manat yetmiş yeddi qəpik) manat faiz, 22.60 (iyirmi iki manat altımış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 63.39 (altımış üç manat otuz doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 343609-1-33924 saylı, xx.xx.2022-ci il tarixli “nağd pul krediti müqaviləsi” üzrə 5640.98 (beş min altı yüz qırx manat doxsan səkkiz qəpik) manat əsas, 593.94 (beş yüz doxsan üç manat doxsan dörd qəpik) manat faiz, 403.85 (dörd yüz üç manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6638.77 (altı min altı yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 462 (cərimə borcuna münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə kredit müqaviləsi üzrə mübahisələru (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu kredit müqaviləsi üzrə mübahisələr məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə kredit müqaviləsi üzrə mübahisələru hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə kredit müqaviləsi üzrə mübahisələrunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və müqavilədə göstərilən faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Hesab edilir ki, Cavabdeh hər iki kredit müqaviləsi üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə mübahisələra və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə mübahisələr və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə mübahisələr məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh “Borcverən” "xxxx" ASC qarşısında öhdəliklərini yerinə yetirməməklə bağlanmış kredit müqavilərinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, MM-in 462, 739 və 741-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” kredit müqaviləsi üzrə mübahisələr məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin kredit müqaviləsi üzrə mübahisələr məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi Mülki Məcəllənin 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər Mülki Məcəllənin xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda Mülki Məcəllənin ümumi normalarına (385-ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 343609-CNS-33928 saylı,xx.xx.2022-ci il tarixli “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” müqaviləsinə, 343609-1-33924 saylı, xx.xx.2022-ci il tarixli “Yenidən Maliyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi” müqaviləsinə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsinə və Bankın akseptinə əsasən müəyyən olunur ki, Cavabdeh 343609-CNS-33928 saylı,xx.xx.2022-ci il tarixli “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” –nə əsasən illik 23% dərəcəsi ilə 60 ay müddətinə 1020 manat, 343609-1-33924 saylı, xx.xx.2022-ci il tarixli “Yenidən Maliyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi”-nə əsasən isə və illik 26.5% hesablanması şərti ilə 60 ay müddətinə 9800 manat kredit verilmişdir. Lakin, sözügedən müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə Cavabdehnun "xxxx" ASC-yə 343609-CNS-33928 saylı,xx.xx.2022-ci il tarixli “nağd pul krediti müqaviləsi” üzrə 38.02 (otuz səkkiz manat iki qəpik) manat əsas, 2.77 (iki manat yetmiş yeddi qəpik) manat faiz, 22.60 (iyirmi iki manat altımış qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 63.39 (altımış üç manat otuz doqquz qəpik) manat, həmçinin 343609-1-33924 saylı, xx.xx.2022ci il tarixli “nağd pul krediti müqaviləsi” üzrə 5640.98 (beş min altı yüz qırx manat doxsan səkkiz qəpik) manat əsas, 593.94 (beş yüz doxsan üç manat doxsan dörd qəpik) manat faiz, 403.85 (dörd yüz üç manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6638.77 (altı min altı yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə borcluya bildiriş göndərərək cavabdehdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Qeyd olunanlara münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 343609-CNS-33928 saylı və xx.xx.2022-ci il tarixli 343609-1-33924 saylı kredit müqavilələri üzrə hesablanmış faiz borclarının tutulması ədalətli hesab olunmalıdır. Kredit müqaviləsinin 2.10-cu bəndinə görə müştəri kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu əsasdan çıxış edən məhkəmə, xx.xx.2022-ci il tarixli, 343609-1-33924 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə hesablanmış 403.85 cərimə borcunun tutulmasını ədalətli və mütənasib hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 87.02 (səksən yeddi manat iki qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Cavabdeh tərəfindən iddianın təkzib edilməsi ilə bağlı hər hansı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, iddia barədə şifahi formada da olsa mülahizə məhkəməyə bildirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Xəlilova (Zeynalova) Azadə Məhəbbət qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 343609-CNS-33928 saylı "Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 38.02 manat məbləğində əsas borc, 2.77 manat məbləğində faiz borcu, 22.60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 63.39 manat pul məbləğinin və Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2022-ci il tarixli 343609-1-33924 saylı Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 5640.98 (beş min altı yüz qırx manat doxsan səkkiz qəpik) manat əsas, 593.94 (beş yüz doxsan üç manat doxsan dörd qəpik) manat faiz, 403.85 (dörd yüz üç manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6638.77 (altı min altı yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat kredit müqaviləsi üzrə mübahisələr və ödənilmiş 87.02 (səksən yeddi manat iki qəpik) manat dövlət rüsumunun olmaqla, cəmi cəmi 6789.18 (altı min yeddi yüz səksən doqquz manat on səkkiz qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 343609-CNS-33928 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”-nə əsasən 38.02 (otuz səkkiz manat iki qəpik) manat əsas, 2.77 (iki manat yetmiş yeddi qəpik) manat faiz, 22.60 (iyirmi iki manat altımış qəpik) manat cərimə borcunun, ümumilikdə 63.39 (altımış üç manat otuz doqquz qəpik) manatın borcun olmaqla, 343609-1-33924 saylı, xx.xx.2022-ci il tarixli “Yenidən Maliyələşdirilən Kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi”-nə əsasən 5640.98 (beş min altı yüz qırx manat doxsan səkkiz qəpik) manat əsas, 593.94 (beş yüz doxsan üç manat doxsan dörd qəpik) manat faiz, 403.85 (dörd yüz üç manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6638.77 (altı min altı yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat kredit müqaviləsi üzrə mübahisələr və ödənilmiş 87.02 (səksən yeddi manat iki qəpik) manat dövlət rüsumunun olmaqla, hər iki müqavilə və ödənilmiş dövlət rüsumuna münasibətdə cəmi 6789.18 (altı min yeddi yüz səksən doqquz manat on səkkiz qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar