Məhkəmə qərarları › İş №e-2(057)-292/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-292/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-292/2025 16.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonra - cavabdeh) və Cavabdeh1 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsi üzrə əsas borcuna görə 153.33 (bir yüz əlli üç manat otuz üç qəpik) manat, faiz borcuna görə 5.32 (beş manat otuz iki qəpik) manat olmaqla, cəmi 158.65 (bir yüz əlli səkkiz manat altmış beş qəpik) manat və 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1241.4 (bir min iki yüz qırx bir manat qırx qəpik) manat, faiz borcuna görə 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat, cərimə borcuna görə 1.13 (bir manat on üç qəpik) manat olmaqla, cəmi 1257.41 (bir min iki yüz əlli yeddi manat qırx bir qəpik) manat olmaqla, ümumilikdə 1416.06 (bir min dörd yüz on altı manat altı qəpik) manat məbləğində pulun və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Şirvan filialı ilə borclu X5 arasında bağlanmış 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsinə əsasən illik faiz dərəcəsi 25 % olmaqla 48 ay müddətinə 200 manat məbləği limitində cavabdehə kredit xətti açılmışdır. İddiaçı ASC-nin Şirvan filialı ilə borclu X5 arasında bağlanmış 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 14 % olmaqla 18 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsinə və 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 153.33 manat, faiz borcuna görə 5.32 manat olmaqla, cəmi 158.65 manat təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 1241.4 manat, faiz borcuna görə 14.88 manat, cərimə borcuna görə 1.13 manat olmaqla, cəmi 1257.41 manat təşkil edir. Salyan Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli X3 əsasən, X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X2 xx.xx.2023-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsi və 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredimt üqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsələrindən tələb edir. Salyan Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin sorğumuza verdiyi cavab məktubu ilə xx.xx.2023-cü il tarixli 2V-525 reyestr nömrəli qanun üzrə X6 şəhadətnamənin surəti göndərilmişdir. xx.xx.2023-cü il tarixli 2V-525 reyestr nömrəli qanun üzrə X6 şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsələri – Cavabdeh2 və Cavabdeh1dır. Bu səbəbdən13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsi və 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X2 qanun üzrə vərəsələri – Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1306.1. maddəsinə qeyd edilir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (X2 qanun üzrə vərəsələri) 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsi üzrə əsas borcuna görə 153.33 (bir yüz əlli üç manat otuz üç qəpik) manat, faiz borcuna görə 5.32 (beş manat otuz iki qəpik) manat olmaqla, cəmi 158.65 (bir yüz əlli səkkiz manat altmış beş qəpik) manat və 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1241.4 (bir min iki yüz qırx bir manat qırx qəpik) manat, faiz borcuna görə 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat, cərimə borcuna görə 1.13 (bir manat on üç qəpik) manat olmaqla, cəmi 1257.41 (bir min iki yüz əlli yeddi manat qırx bir qəpik) manat olmaqla, ümumilikdə 1416.06 (bir min dörd yüz on altı manat altı qəpik) manat məbləğində pulun və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı saylı Kredit müqaviləsindən (razılaşma) görünür ki, İddiaçı ASC X4 illik faiz dərəcəsi 25 % olmaqla 48 ay müddətinə 200 manat məbləği limitində kredit xətti açmışdır. Belə ki, iş materiallarında olan 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC cavabdehə illik faiz dərəcəsi 14 % olmaqla 18 ay müddətinə 3000 manat məbləğində cavabdehə kredit verilmişdir. Belə ki, iş materiallarında olan Salyan Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli X1 görünür ki X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 2V-525 reyestr nömrəli Qanun üzrə X6 Şəhadətnamənin surətindən görünür ki, borclunun qanun üzrə vərəsələri - Cavabdeh2 və Cavabdeh1dır. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli RB-02/PK-5951 saylı arayışdan görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsi üzrə 26 noyabr 2024-cü il tarixə əsas borcuna görə 1241.4 (bir min iki yüz qərx bir manat qırx qəpik), faiz borcuna görə 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat, cərimə borcuna görə 1.13 (bir manat on üç qəpik) manat olmaqla, cəmi 1257.41 (bir min iki yüz əlli yeddi manat qırx bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 26 noyabr 2024-cü il tarixli RB-02/PK-5952 saylı arayışdan görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 kredit müqaviləsi üzrə 26 noyabr 2024-cü il tarixə 153.33 (bir yüz əlli üç manat otuz üç qəpik) manat, faiz borcuna görə 5.32 (beş manat otuz iki qəpik) manat olmaqla, cəmi 158.65 (bir yüz əlli səkkiz manat altmış beş qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişlərin surətlərindən görünür ki, cavabdehlər banka gecikdirilmiş borclarının olması, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət edildiyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 35 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsi üzrə əsas borcuna görə 153.33 (bir yüz əlli üç manat otuz üç qəpik) manat, faiz borcuna görə 5.32 (beş manat otuz iki qəpik) manat olmaqla, cəmi 158.65 (bir yüz əlli səkkiz manat altmış beş qəpik) manat və 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1241.4 (bir min iki yüz qırx bir manat qırx qəpik) manat, faiz borcuna görə 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat, cərimə borcuna görə 1.13 (bir manat on üç qəpik) manat olmaqla, cəmi 1257.41 (bir min iki yüz əlli yeddi manat qırx bir qəpik) manat olmaqla, ümumilikdə 1416.06 (bir min dörd yüz on altı manat altı qəpik) manat məbləğində pulun və 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13 iyun 2022-ci il tarixli, SVKRK-01074 saylı kredit kart müqaviləsi üzrə əsas borcuna görə 153.33 (bir yüz əlli üç manat otuz üç qəpik) manat, faiz borcuna görə 5.32 (beş manat otuz iki qəpik) manat olmaqla, cəmi 158.65 (bir yüz əlli səkkiz manat altmış beş qəpik) manat və 13 iyun 2022-ci il tarixli, SVNPU-05017 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1241.4 (bir min iki yüz qırx bir manat qırx qəpik) manat, faiz borcuna görə 14.88 (on dörd manat səksən səkkiz qəpik) manat, cərimə borcuna görə 1.13 (bir manat on üç qəpik) manat olmaqla, cəmi 1257.41 (bir min iki yüz əlli yeddi manat qırx bir qəpik) manat olmaqla, ümumilikdə 1416.06 (bir min dörd yüz on altı manat altı qəpik) manat məbləğində pulun və 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar