Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2999/2025 08.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizəsinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 13 iyun 2019- cu il tarixli, 43-xx-xx-088119 saylı kredit müqaviləsi üzrə cəmi 1.606,71 (bir min altı yüz altı manat 71 qəpik) manat, bundan 1.461,24 (bir min dörd yüz altmış bir manat 24 qəpik) manat məbləğində əsas borcu və 61,85 (altmış bir manat 85 qəpik) manat faiz borcu, 83,62(səksən üç manat 62 qəpik) manat, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun və 36.07 (otuz altı manat 07 qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iləX4arasında bağlanmış 13 iyun 2019-cu il tarixli, 43-xx-xx-088119 saylı Kredit müqaviləsinə əsasən, borcalana restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 (bir) faiz, 60 (altmış) ay müddətinə olmaqla, xx.xx.2024-cü il tarixinə qədər 1.501,22 (bir min beş yüz bir manat 22 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. X4 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində onun 05 avqust 2025-ci il tarixinə Banka 1.461,24 (bir min dörd yüz altmış bir manat 24 qəpik) manat məbləğində əsas borcu və 61,85 (altmış bir manat 85 qəpik) manat faiz borcu, 83,62 (səksən üç manat 62 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1.606,71 (bir min altı yüz altı manat 71 qəpik) manat məbləğində borcu qalmışdır. AZ-İİ № 051382 nömrəli X2 görünür ki, X4 xx.xx.2020-ci ildə ölmüşdür. Salyan Regional “ ASAN Xidmət” mərkəzində Notariat Ofisindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə, 2V-54 № ilə rəsmiləşdirilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2020-ci il tarixdə ölmüş X3vərəsələriƏliyevaGülbikəGülyar qızı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3dur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən “Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin məcəllənin 1306.2-ci maddəsinə əsasən “Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar”. Borcla bağlı vəfat etmiş X3vərəsələri- Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 12-5/2-Ə-21- 14330/2025 saylı 15 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq cavabdehlər banka olan borcu ödəməmişdirlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki,iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, bankla kredit müqaviləsi bağlayan şəxs X4 xx.xx.2020-ci iləd vəfat etmişdir. Bundan sonra bank Salyan regiolnal Asan Xidmət Mərkəzinə müraciəet etmiş, oradan bildirilmişdir ki, X3 vərəsələri Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3dur. Lakin Elelktorn Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizədə cavabdeh kimi göstərilmiş şəxslərdən biri- Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, qanunda “tərəflərdən biri olan şəxs” ifadəsindən istifadə edilmişdir. Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsində “tərəflərin” anlayışı verilmişdir. Cavabdeh1 iddianın məhkəməyə verilməsindən əvvəl oldüyündən o, fiziki şəxs kimi iş üzrə tərəf sayıla bilməzdi. Ölmüş şəxsə qarşı iddia verilə bilməz, ölmüş şəxs cavabdeh ola bilməz. Odur ki, Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsində ifadə olunmuş norma yalnız məhkəməyə iddia verildikdən sonra baş vermiş ölüm hallarına şamil olunur. Cavabdeh1 məhkəməyə iddia verilməsindən əvvəl öldüyündən, ölmüş şəxsə qarşı qaldırılmış iddiaya isə məhkəmədə baxılmalı olmadığından məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verib-verməməsindən asılı olmayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə hakim qərardad çıxarır. Elelktorn Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçı tərəfindən 30.04 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.3-ci maddələrinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36.10 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, Cavabdeh1 vərəsələrinə qarşı iddia qaldırmaq hüququ vardır. Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı qarşı kredit borcunun qaytarılması barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30.04 (otuz manat dörd qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsi tərəfindən iddiaçı ləğv prosesində olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçıya izah olunsun ki, Cavabdeh1 vərəsələrinə qarşı iddia qaldırmaq hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(057)-2999/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2999/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver