Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-310/2024 31.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Cavabdeh mənzilinə dəymiş maddi ziyanın əvəzi olan 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 126 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 22, M12, m 6) iddiaçının mülkiyyətində, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 138 saylı mənzil isə iş üzrə cavabdeh olan qonşusu Cavabdeh mülkiyyətindədir. Cavabdehin səhlənkarlığı səbəbindən, iddiaçinın mənzilinə su axıdılmış və iddiaçıya 8000 manat maddi ziyan vurulmuşdur. Bu barədə cavabdehə şifahi şəkildə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. İddiaçı vurulmuş ziyanla bağlı "xxxx" MMC-nin Uğur-2 yaşayış kompleksinin Komendatına ərizə ilə müraciət etmiş, bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktla iddiaçının evinə ziyan dəyməsi müəyyən olunmuşdur. Hazırda mənzilinə ciddi ziyan dəymişdir. Onun hesablamalarına görə dəymiş zərərin məbləği 8000 manat təşkil edir. Tərtib olunmuş aktla müəyyən olunmuşdur ki, zərərvuran şəxsin qonşusu Cavabdehdur. Odur ki, Cavabdeh onun mənzilinə dəymiş maddi ziyanın əvəzi olan 8000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ekspert rəyi ilə razı olmadığını, lakin təkrar ekspertiza keçirilməsini istəmədiyini bildirərək, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli texniki pasportda reyestr nömrəsi **********56-05301-093091 saylı ünvan 3 ünvanında yerləşən 126 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 22, M12, m 6) İddiaçı mülkiyyətindədir. Uğur-2 yaşayış kompleksinin direktoru İlqar Əliyev, sahə nəzarətçisi Abbasov Roman və santexnik Bəkirov Yusif oğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi bina 8 mənzil 126-nin ev sahibi İddiaçı dediyinə əsasən, xx.xx.2023-cü il tarixində bina 8 mənzil 138-in sahibi Cavabdeh mənzilindən su krantının qırılması nəticəsində su basmışdır. Su basma hadisəsinin binanın su və kanalizasiya xəttinə aidiyyəti yoxdur. Bina 8 mənzil 138-dən olmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi məhəllə 2595, ev 8, mənzil 126 yeni qaydalarla: AZ 1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 22, M12, m 6)yerləşən reyestr nömrəsi **********56-05301-093091 olan ümumi sahəsi 70,90 kvm olan mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə “Elektron Məhəkəmə” sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı vəsatətdən görünür ki, Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Salyan Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(057)-310/2024 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq mülki iş üzrə ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 14 avqust 2024-cü il tarixli 3-16-16/2-10/1459 saylı rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 126 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən ünvan 3 ünvanında yerləşən 138 saylı mənzildən su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4271,0 manat məbləğində təşkil etdiyi müəyyən olunmuşdur. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 126 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 22, M12, m 6) iddiaçının mülkiyyətində, (Uğur-2 yaşayış kompleksi) bina 8 ünvanında yerləşən 138 saylı mənzil isə iş üzrə cavabdeh olan qonşu Cavabdeh mülkiyyətindədir. Cavabdehin səhlənkarlığı səbəbindən, iddiaçinın mənzilinə su axıdılmiş və iddiaçıya maddi ziyan vurulmuşdur. Bu barədə cavabdehə şifahi şəkildə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. İddiaçı vurulmuş ziyanla bağlı "xxxx" MMC-nin Uğur-2 yaşayış kompleksinin komendatına ərizə ilə müraciət etmiş, bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Həmin aktla iddiaçının evinə ziyan dəyməsi müəyyən olunmuşdur. Onun hesablamalarına görə dəymiş zərərin məbləği 8000 manat təşkil edir. İddiaçı ərizədə həmin zərərin 8000 manat olduğunu qeyd etsə də, ekspert rəyi ilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq 4271,0 manat məbləğində olması müəyyən olunmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, ekspertizanın rəyini digər sübutlarla yanaşı qiymətləndirərək və hazırkı halda iddia predmetinin araşdırılması xüsusi bilik tələb etdiyindən, ekspert rəyini sübut kimi qəbul edərək onunla razılaşır. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzilə yuxarı mərtəbədə yerləşən cavabdehə məxsus mənzildən su sızması müəyyən edildiyindən, suyun axıdılmasının nəticəsində ona dəymiş 4271,0 manat məbləğində ziyanın əvəzini cavabdehdən tutularaq ona ödənilməlidir. İddia həm də ona görə təmin edilməməlidir ki, iddiaçı öz tələbini əsaslandırarkən mülki qanunvericiliyin deliktə dair normalarına istinad etmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 53,38 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti cavabdehən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4271,0 manat məbləğində pul, 53,38 manat məbləğində dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4271 manat məbləğində dəymiş ziyan və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 53,38 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh tutularaq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-310/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-310/2024
31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver