Məhkəmə qərarları › İş №e-2(057)-3123/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-3123/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-3123/2025 04.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Dadaşov Cavid Zeydulla oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsindən irəli gələn borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ASC ilə X8 arasında bağlanmış 43-xx-xx-088119 saylı, xx.xx.2019-cu tarixli Kredit müqaviləsindən görünür ki, borc verən tərəfindən borc alana illik 1% olmaqla, 60 ay müddətinə 1501.22 manat kredit verilməsi öhdəliyi götürülmüşdür. Salyan rayon İcra hakimiyyəti Başçısının Arbatan kənd İcra Ərazi Dairə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 051382 nömrəli, xx.xx.2020-ci il tarixli X3 görünür ki, X8 xx.xx.2020-ci ildə ölmüşdür. Ölümün səbəbi “Miokard infarktı” diaqnozu olmuşdur. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 nömrəsi ilə qeyd edilmişdir. Salyan Regional “ASAN Xidmət ” Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən 668 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla X1 göndərilən xx.xx.2022-ci il tarixdə Salyan rayon 2 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 2V-54 reyestr nömrəli Vərəsəlik Şəhadətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələri – arvadı olmuş X6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2dur və onların hər birinin miras əmlakdan ¼ hissə almaları müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak: 1. DTXK Salyan Rayon Şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X7 verilmiş Seriya nömrəsi JN:0043, Kod : 80903018 olan dövlət aktına əsasən Salyan rayonu, Arbatan kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan, ümumi sahəsi 1.51 ha olan torpaq sahəsinin ona məxsus hissədən ibarətdir. 2. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi 2191/02 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Salyan rayonu, Arbatan kəndi ünvanında yerləşən torpaq sahəsi ipoteka yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. X2 tərəfindən iddia ərizəsinə əlavə olunmuş 12-5/2-Ə-21-14255/2025 saylı, xx.xx.2025-ci il tarixli Maliyyə Arayşından görünür ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış 43-xx-xx-088119 saylı, xx.xx.2019-cu tarixli Kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixə 1461.24 manat məbləğində əsas borc, 61.86 manat faiz borcu, AR MM-in 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 % olmaqla gecikdirilmiş 412 günə münasibətdə 83.62 manat məbləğində olmaqla, 1606.71 (bir min altı yüz manat altı manat yetmiş bir qəpik) manat borcunun olması müəyyən edilmişdir. X2 tərəfindən iddia ərizəsinə əlavə olunmuş 12-5/2-Ə-21-14255/2025 saylı, xx.xx.2025-ci il tarixli borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanan Xəbərdarlıqdan görünür ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlərlə və restrukturizasiya ilə bağlı X5 müraciəti əsasında, "xxxx" ASC ilə X8 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 43-xx-xx-088119 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən 1,501,22 (bir min beş yüz bir manat 22 qəpik) manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. X8 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Salyan regional "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında olan X6, ünvan 1eydiyyatda olan Cavabdeh3, ünvan 1eydiyyatda olan Cavabdeh1 və ünvan 1eydiyyatda olan Cavabdeh2, X5 ölümündən sonra mirası rəsmi olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən, Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən isə, Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Nəzərinizə çatdırırıq ki, bank qarşısında xx.xx.2025-ci il tarixə 1.523,09 (bir min beş yüz iyirmi üç manat 09 qəpik) manat icra edilməmiş borcunuz mövcuddur.Kreditor borclarını ödəməkdən qəsdən yayınmağınız Sizin məsuliyyətə cəlb edilməyinizlə nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2019-cu il tarixli 43-xxxx-088119 nömrəli manat 09 qepik) manat gecikmis borc məbləğinin 3 (üç) gün müddətində banka ödənilməsini təmin etməyiniz Sizdən xahiş olunur. Əks təqdirdə Bank kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 13 iyun 2019-cu il tarixli, 43-xx-xx-088119 saylı kredit müqaviləsi üzrə cəmi 1.606,71 (bir min altı yüz altı manat 71 qəpik) manat, bundan 1.461,24 (bir min dörd yüz altmış bir manat 24 qəpik) manat məbləğində əsas borcu ve 61,85 (altmış bir manat 85 qəpik) manat faiz borcu, 83,62 (səksən üç manat 62 qəpik) manat Azerbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun ve 36.07 (otuz altı manat 07 qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, Muğanbank" Açıq Səhmdar Cəmiyyəti iləX8 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli, 43-xx-xx-088119 saylı Kredit müqaviləsinə əsasən, borcalana restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 (bir) faiz, 60 (altmış) ay müddətinə olmaqla, xx.xx.2024-cü il tarixinə qədər 1.501,22 (bir min beş yüz bir manat 22 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən kredit və faizlər ödənilmədikdə və yaxud qismən ödənildikdə Borc alana bu barədə xəbərdarlıq göndərməklə öhdəliyin vaxtından əvvəl icra olunmasını tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borc öhdəliyini lazımınca icra etmədikdə öhdəliyin icrasının vaxtında əvvəl tələb edilməsi barədə Borc verən Borc alanı xəbərdar etdikdən 3 (üç) iş günü müddətində borc öhdəliyini qeyri-şərtsiz icra etmək Borc alanın vəzifəsidir. X8 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində onun 05 avqust 2025-ci il tarixinə Banka 1.461,24 (bir min dörd yüz altmış bir manat 24 qəpik) manat məbləğində əsas borcu və 61,85 (altmış bir manat 85 qəpik) manat faiz borcu, 83,62 (səksən üç manat 62 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1.606,71 (bir min altı yüz altı manat 71 qəpik) manat məbləğində borcu qalmışdır. AZ-İİ Nº 051382 nömrəli X3 görünür ki, X8 xx.xx.2020-ci ildə ölmüşdür. Salyan Regional "ASAN Xidmət" mərkəzində Notariat Ofisindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə, 2V-54 Ne ilə rəsmiləşdirilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən xx.xx.2020-ci il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2dur. iddiaya etiraz İddia tələbinə qarşı etiraz daxil olmamışdır. b) məhkəmə icraat iştiakçılarının izahatları İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. 25.3-cü maddəsinə əsasən, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. 25.4-cü maddəsinə əsasən, fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1103.1-ci maddəsinə əsasən, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1288-ci maddəsdinə əsasən, miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. 1306.1-ci maddəsdinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən, Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.07 (otuz altı manat yeddi qəpik) manat dövlət rüsumun əvəzi iddia tələbibinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. 217.1-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ilə hazırda ləğv prosesində olan İddiaçı ASC arasında 43-xx-xx-088119 saylı, xx.xx.2019-cu tarixli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə borc verən tərəfindən borc alana illik 1% olmaqla, 60 ay müddətinə 1501.22 manat kreditin verilməsi barədə tərəflər müqavilə öhdəlikləri götürmüşlər. X8 xx.xx.2020-ci ildə ölmüşdür. 2V-54 reyestr nömrəli Vərəsəlik Şəhadətnaməsi ilə mərhum X5 miras qalan əmlakının onun vərəsələri olan X6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Kredit müqaviləsi üzrə borclu olan və vəfat etmiş X5 vərəsələri tərəfindən qəbul edilən miras əmlakını DTXK Salyan Rayon Şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X7 verilmiş Seriya nömrəsi JN:0043, Kod : 80903018 olan dövlət aktına əsasən Salyan rayonu, Arbatan kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan, ümumi sahəsi 1.51 ha olan torpaq sahəsinin ona məxsus hissədən təşkil etmişdir. Kredit müqaviləsi üzrə borclu X5 üzərinə götürdüyü şəxsi xarakterli olmadığından və o, vəfat etdikdən sonra miras əmlakı vərəsələri tərəfindən qəbul edildiyindən iddiaçı olan ləğv prosesində olan İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, AR MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin həmin normanın 3-cü bəndində qeyd olunur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Burada mirası tamamilə qəbul etməsi miras qoyanın aktiv və passiv miras əmlakı nəzərdə tutulur. Aktiv mirası əmlakı qəbul etməklə bərabər miras şərikləri tərəfindən miras qoyanın passi miras əmlakı hesab olunan digər şəxslər qarşısında olan şəxsi xarakterli olmayan öhdəlikləri qanunvericilikdə nəzərdə tutulur. Hazırki halda isə miras qoyan borclu X5 vərəsələri olan X6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras əmlak qəbul edildiyindən və həmin əmlakın hissəvi qəbuluna yolverilmədiyindən məhkəmə hesab edir ki, vərəsələr miras qoyanın aktiv olan yuxarıda qeyd olunan aktiv əmlakını qəbul etməklə bərabər onun kreditor qarşısında olan öhdəliklərini də qəbul etmiş sayılmalıdır. Bu tələb AR MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan bu tələbdə 1257.1-ci maddəsinin tələb olmaqla, həmin normada qeyd olunur ki, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmçinin mülki qanunverciliyin tələblərindən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, miras əmlakı qəbul edən hər bir vərəsə kreditor qarşısında qəbul etdikləri mirası əmlakın onlara düşən hissəsinə uyğun olaraq kreditor qarşısında öhdəlik daşıyır. Hazırki mülki işlə müəyyən olunur ki, miras qoyan X5 vərəsələrinin hər birinin miras əmlak üzərində hər birinə münasibətdə ¼ hissə müəyyən olmaqla pay hüquqları vardır. Məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirməyi zəruri hesab edərək qeyd edir ki, iddiaçı 15 avqust.2025-ci il tarixdə borclulara bildiriş göndərərək cavabdehdən sözügedən müqavilə üzrə olan əsas borcunu və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etmiş, əks təqdirdə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Belə olan halda, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Bu səbəblə məhkəmə 15 avqust 2025-ci il tarixə hesablanmış 61.85 manat faiz borcunun tutulmasını ədalətli və mütənasib hesab edir. Həmçinin yuxarıda qeyd olunan əsaslara görə məhkəmə, iddiaçı tərəfindən tələb olunan gecikdirilmiş vaxt üçün hesablanan illik 5 (beş)% dərəcəsi üzrə hesablanan borc məbləği 83.62 manat faiz borcunun tutulmasını ədalətli və mütənasib hesab edir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 1.461,24 (bir min dörd yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc üzrə ve 61,85 (altmış bir manat səksən beş qəpik) manat faiz borcu üzrə, 83,62 (səksən üç manat altmış iki qəpik) manat Azerbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borc üzrə olmaqla, cəmi 1.606,71 (bir min altı yüz altı manat yetmiş bir qəpik) manat və 36.07 (otuz altı manat yeddi qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən, MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 1.461,24 (bir min dörd yüz altmış bir manat iyirmi dörd qəpik) manat məbləğində əsas borcu ve 61,85 (altmış bir manat səksən beş qəpik) manat faiz borcu, 83,62 (səksən üç manat altmış iki qəpik) manat Azerbaycan Respubikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcu olmaqla, cəmi 1.606,71 (bir min altı yüz altı manat yetmiş bir qəpik) manat və 36.07 (otuz altı manat yeddi qəpik) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar