Məhkəmə qərarları › İş №e-2(057)-323/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-323/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-323/2025 23.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23 may 2022-ci il tarixli, SVNPU-04930 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1603 (bir min altı yüz üç) manat, faiz borcuna görə 70.96 (yetmiş manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 324.82 (üç yüz iyirmi dörd manat səksən iki qəpik) manat, cəmi 1998.78 (bir min doqquz yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pulun və 40 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Rabitəbank”ASC-nin Şirvan filialı ilə Cavabdeh arasında bağlanmış 23 may 2022-ci il tarixli, SVNPU-04930 saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir. 23 may 2022-ci il tarixli, SVNPU-04930 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 23 may 2022-ci il tarixli, SVNPU-04930 saylı kredit müqaviləsinə görə, Cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hərayın 23-dan gec olmayaraq hər ay 170.89 (bir yüz yetmiş manat 89 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydada icraetməmişdir. Maliyyə arayışına əsasən cavabdehin 23 may 2022-ci il tarixli, SVNPU-04930 saylı kredit müqaviləsi üzrə borcunun məbləğiəsas borcuna görə 1603 (bir min altı yüz üç manat) manat, faiz borcuna görə 70.96 (yetmiş manat 96 qəpik) manat, dəbbə borcuna görə 324.82 (üç yüz iyirmi dörd manat 82 qəpik) manat, cəmi 1998,78 (bir min doqquz yüz doxsan səkkiz manat 78 qəpik) manat təşkil edir. Odur ki, cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehdən 23 may 2022-ci il tarixli, SVNPU-04930 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1603 (bir min altı yüz üç) manat, faiz borcuna görə 70.96 (yetmiş manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 324.82 (üç yüz iyirmi dörd manat səksən iki qəpik) manat, cəmi 1998.78 (bir min doqquz yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pulun və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 may 2022-ci il tarixli, SVNPU-04930 saylı Razılaşmadan görünür ki, cavabdehə illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir İş materiallarında olan 28 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin 23 may 2022-ci il tarixli, SVNPU-04930 saylı kredit müqaviləsi üzrə 28 noyabr 2024-cü il tarixə banka əsas borca görə 1603 (bir min altı yüz üç) manat, faiz borcuna görə 70.96 (yetmiş manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 324.82 (üç yüz iyirmi dörd manat səksən iki qəpik) manat, cəmi 1998.78 (bir min doqquz yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə gecikdirilmiş borcunun olması, yaranmış borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 324.82 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 30 manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən əsas borca görə 1603 (bir min altı yüz üç) manat, faiz borcuna görə 70.96 (yetmiş manat doxsan altı qəpik) manat, cərimə borcuna görə 30 (otuz) manat, cəmi 1703.96 (bir min yeddi yüz üç manat doxsan altı qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 37.03 (otuz yeddi manat üç qəpik) manat pulun əvəzi tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borca görə 1603 (bir min altı yüz üç) manat, faiz borcuna görə 70.96 (yetmiş manat doxsan altı qəpik) manat, dəbbə borcuna görə 30 (otuz) manat, cəmi 1703.96 (bir min yeddi yüz üç manat doxsan altı qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 37.03 (otuz yeddi manat üç qəpik) manat pulun əvəzi tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar